Ən rahat 5 şəhər FOTOLAR

Maraqlı 23:48 20.09.2018

Economist Intelligence Unit-in reytinq siyahısında dünyanın 140 böyük şəhəri yer alıb. Siyahı hər il yaşayış rahatlığına təsir göstərən 30 ən vacib amillərin araşdırılması əsasında tərtib edilir. Bu amillərə isə təhlükəsizlik, səhiyyə xidmətləri, təhsil, yemək keyfiyyəti, yol, ictimai nəqliyyat və təbii ki, kafe və barda vaxtını şən keçirməyin mümkünlüyü daxildir.

Honululu ABŞ

Hawaiian ştatının paytaxtı son 10 il ərzində siyahıda yuxarı pilləyə sıçrayış edib. Hazırda bu şəhər əsasən təhsil və mədəniyyət sahəsində yüksək göstəriciləri sayəsində ABŞ-ın yaşamaq üçün ən rahat şəhərlərindən birinə çevrilib. Honolulu şəhərinin sakinləri deyirlər ki, şəraitin yaxşılaşması dünya iqtisadiyyatının yüksəlməsi və onlar üçün qeyri-adi olan tipik şəhər tərzinin tətbiq edilməsiylə bağlıdır.

"Sonunda rəhbərlik, biznes və sakinlərin özləri də etiraf ediblər ki, şəhəri inkişaf etdirmək lazımdır", - deyə bütün həyatı boyu Hawiian-da yaşayan, The Howard Hughes Corporation əmlak şirkətinin icmanın inkişafı məslələri üzrə vitse-prezidenti Todd Apo deyir.

Honoluludakı təşəbbüslərdən biri gəzinti üçün, böyük piyada ərazilərinin salınması olub. Məsələn, ticarət və yaşayış yerlərinin qarışıq olduğu Ward Village rayonu kimi.

"Honolulunun gözəl mədəniyyəti var. Burada sevgi ruhu hökm sürür, burada şəhər həyatının, cəmiyyət həyatının bütün elementləri var. Burdakı mühit sənə ilham verir və səni canlandırır, bu çox sağlam mühitdir".

Budapeşt, Macarıstan

Macarıstanın paytaxtı və ən böyük şəhəri olan Budapeşt son 10 il ərzində öz infrastrukturunu ciddi şəkildə yaxşılaşdırıb, rayonların tənzimlənməsində çox şey əldə edib və sakinlər bu fərqi hiss edirlər.

"Mən Budapeştdə 8 ildir yaşayıram və böyük irəliləyiş göz qabağındadır", - deyə Budapeştin The Spoiled Queen jurnalının təsisiçisi Victoria Skiba bildirib.

"Çoxlu velosiped yolları salınıb, gecə-gündüz xidmət göstərən avtobus marşrutlarının və tramvayların sayı çoxalıb, şəhərin çox hissəsi sözün əsil mənasında canlanıb, o cümlədən bir vaxtlar tərk edilmiş ərazilər belə".

V əsrdən çaxır və üzüm bağları ölkəsi sayılan Macarıstan hazırda kraft pivəsiylə (ənənəvi reseptlərlə xüsusi pivə bişirənlər tərəfindən hazırlanan pivə) və küçə yeməyi ilə həddən artıq bir məşhurluq yaşayır. Hər yerdə yeni kafelər görmək mümkündür.

Bu sahənin canlanmasına həm də Macarıstan Avropa İttifaqına (Aİ) qoşulduqdan sonra ölkəyə gələn xarici şirkətlər də kömək edib. Yeni iş yerləri açılıb, şəhərə macar dilini bilməyən çoxlu xaricilər gəlib.

Əl-Küveyt, Küveyt

aşayış rahatlığına görə, dünyanın ən yaxşı şəhərlərinin reytinqində təqribən orta sıralarda yer alan Əl-Küveyt böyük mədəni açıqlığına və yol sistemindəki böyük irəliləyişlərə görə davamlı olaraq bu siyahıda irəliləyir. Küveyt Fars körfəzi, Səudiyyə Ərəbistanı və İraq arasında sıxışdırılıb. Əl-Küveyt həmişə beynəlxalq ticarət üçün vacib şəhər və liman olub. Və son 10 il ərzində qlobal təsir onun gündəlik həyatına nüfuz edib.

"Mən orada böyümüşəm və əvvəllər burada musiqi, teatr və kinoya qarşı daha ciddi qaydalar mövcud idi. İndi hər şey dəyişir",- hazırda ABŞ-da yaşayan Midwest Immersive multimedia şirkətinin təsisçisi Akib Usman deyir.

"Əvəllər burada pop musiqisi konserti barədə eşitməzdin. Həyatımda ilk dəfə mən konsertə öz vətənimdə deyil, Hindistanda getmişdim. İndi çoxlu konsertlər olur və bu da məni təəccübləndirir. Son 5 il ərzində hər şey dəyişib".

"Ölkədə spirtli içki qadağan edildiyinə görə, insanlar əylənmək üçün restoranlara gedirlər və bütün yeməklərin dadına baxmaq istəyirlər. Cheesecake Factory Küveytdə öz filialını açmaq istəmədiyinə görə, ölkədəki şirkətlərdən biri bu franşizin (kommersiya münasibəti növü) ölkədə açılmasına sərmayə yatırıb.

Baxmayaraq ki, Küveyt Qərb mədəniyyəti üçün daha açıq olub, maliyyə azadlığının səviyyəsi və gözlənilən yaş həddi burada rekord səviyyəyə çatıb, elə şeylər var ki, potensial xaricilərə bu barədə xəbərdarlıq etmək lazımdır. Burada yalnız küveytlilər torpaq sahibi ola bilərlər.

Küveytdə biznes qurmağı planlaşdıran xaricilərin biznes işində 51 faizdən az payı olmayan küveytli partnyoru olmalıdır. Yeri gəlmişkən, satış və gəlir vergisinin olmaması bu şəhəri və ölkəni iş üçün və pul yığmaq üçün əlverişli yer edir, Usman qeyd edib.

Okland, Yeni Zelandiya

Yeni Zelandiyanın şimalında yerləşən bu şəhər Economist Intelligence Unit reytinqində həmişə yuxarı pillələrdə yer tutur və onun mövqeyi son 10 ildə daima yaxşılaşır.

"Okland mədəni cəhətdən zəngindir və vəziyyət yaxşılaşmaqda davam edir", - deyə şəhər sakini, Hands Up Holidays ailə istirahəti agentliyinin məsləhətçisi Christopher Hill deyir.

Şəhərə həqiqətən ən müxtəlif mədəniyyətlər - aborigen, Asiya, Qərb və Cənubi Afrika mədəniyyəti güclü təsir göstərir.

Bu isə müxtəlif ölkələrin mətbəxiylə restoran biznesi bumunun yaranmasına, Çin Yeni ili və hindlilərin Divali bayramının qeyd edilməsinin daxil olduğu mütəmadi mədəniyyət festivallarına gətirib çıxarıb.

Son illər ərzində Okland öz sakinləri üçün səhiyyə və təhsil sahəsində vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Lakin buna baxmayaraq Hilla-nın sözlərinə görə, özəl məktəblərin və tibb müəssisələrinin keyfiyyəti əvvəlki kimi dövlətinkindən yüksəkdir. O deyir ki, ali təhsil hər vəziyyətdə birinci dərəcəlidir.

Şəhərdə yaxşılaşdırılması lazım olan şeylər var və bu ilk növbədə infrastruktura aiddir.

Taybey, Tayvan (Çin respublikası)

Taybey yaşamaq üçün rahat olan şəhərlər arasında yuxarı pillələrə qalxmaqda davam edir. Şəhər rəhbərliyi fəal şəkildə infrastrukturun və səhiyyənin inkişafına sərmayə qoyur. Metro sistemi şəhərin demək olar ki, bütün nöqtələrini birləşdirirək dünyanın az qala hər yerinə reysi olan beynəlxalq hava limanından da keçir.

aybey sakinləri səhiyyə və təhsil haqqında həvəslə danışırlar. "Səhiyyə sistemi inanılmazdır və bunu mən, Kanadada böyüyən bir insan kimi deyirəm!" -deyə bura Ottavadan gələn korporativ hüquq məsləhətçisi Shannon Watson danışır.

"Siz "ölkədə daimi yaşayan xarici" (işləməyə, oxumağa və ya Tayvan vətəndaşının ailə üzvü olaraq gələn) statusu alan kimi sizə də ölkə sakinlərinə verilən tibbi xidmət kartının eynisi təqdim edilir. Bu tibbi xidmətə, o cümlədən stomotologiya da daxildir. Burada müalicə heç də bahalı deyil".

Burada təhsil almaq üçün də müxtəlif imkanlar var. Buraya ABŞ-dan gələrək media-biznesi məsləhəti üzrə Wild Hearted Words şirkətini açan Judy Tsuey qızı üçün Montessoridə məktəb tapıb. Burada şagirdləri yeməklə təmin edərək Çin dilini öyrədirlər.

Taybeydə uşaqları sevirlər, ona görə də gənc ailələr üçün Tayvan ideal yerdir.

"Qatarda əgər vaqon dolu belə olsa, adamlar uşaqları görən kimi qalxıb yer verirlər", - Tsuey danışır.

Baxmayaraq ki, burada iş tapmaq üçün müəyyən səviyyədə Çin dilini bilmək zəruridir, yerli sakinlər çox mehribandır və xaricilərə kömək etməyə həmişə hazırdırlar, hətta özləri ingiliscə pis danışsalar belə. Judi Tsuey qeyd edib.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı