Günə kimlər tezdən başlayır? | Eurasia Diary - ednews.net

16 Dekabr,


Günə kimlər tezdən başlayır?

Maraqlı A- A A+

Eurasia Diary "BBC"yə istinadən xəbər verir ki, başda bəzi aktyorlar və Silikon vadisi baş direktorları daxil olmaqla bəzi insanlar günə səhər tezdən başayırlar. Bu, daha çox iş görmək üçün bir üsuldurmu?

İlk dəfə Akademiya Mükafatına namizəd göstərilən Hollywood ulduzu Mark Wahlberg hər səhər 02:30-da ayağa qalxdığını, axşamlar isə 19:30-da yatdığını açıqlayıb.

Günə bu qədər tez başlayan təkcə Wahlberg deyil. Apple-ın CEO-su Tim Cook-un 03:45-də qalxdığı söylənilirdi. Disney CEO-su Bob Iger isə hər səhər 4:25-də məşqə başlayırmış.

Peşəkarların istifadə etdiyi Linkedin kimi sosial mediada diqqət çəkən geniş inanca görə, uğur qazanmaq istəyirsinizsə tezdən qalxmağınız lazımdır.

Bəs hər kəs bunu sınamalıdırmı? Belə olan halda daha məhsuldarmı olacağıq? Bəlkə də. Amma bunun da bir qiyməti var.

Bundan başqa sübh tezdən qalxıb nə qədər "məhsuldar"olduğumuz mövzusunda insanlara təsir göstərmək arzusunun effektini də görmək lazımdır.

Tim Cook

Kifayət qədər yatmaq vacibdir

02:30 kimi tez bir vaxtda qalxmaq uzun bir gün və ya az yatmaq kimi qəbul edilə bilər. Amma Wahlberg tez yataraq hər gecə 7 saatlıq yuxu normasını təmin edir.

Məhsuldar olmaq üçün lazım olan qədər yatmaq çox əhəmiyyətlidir. Yuxusuzluq həm sağlamlığa, həm də insanın bilik bacarıqlarına mənfi təsir göstərir.

Washington Universitetindən Christopher Barnes ilə Michigan Universitetindən Gretchen Spreitzer bu mövzuyla bağlı ətraflı araşdırma aparıblar.

Şirkətlər işçilərin kifayət qədər yatmasını təmin etməlidirmi kimi suallar araşdırılıb. Speritzer-in fikrincə, Wahlberg gün ərzində oyaq olduğu saatları dəyişdirib günə tez başlayaraq daha məhsuldar ola bilər.

"Bunun bəzi üstünlükləri var"deyir Spreitzer. "Bir nizamınız olur və özünüzə daha çox vaxt ayıra bilirsiniz.

Ailəniz və dostlarınız oyanmadan əvvəl özünüz edəcəyiniz işləri görürsünüz". Lakin axşam çox tez yatmaq insanın sosial münasibətlərini inkişaf etdirməsinə mane ola bilər. Sosial münasibətlər isə ruh sağlamlığı üçün lazımlıdır.

sabah erken kalkmak

Səhər tez, yoxsa gec qalxırsınız?

Bəs günə səhər tezdən başlamaq hər kəsin quruluşuna uyğundurmu? İnsanın yuxu nizamını təyin edən bədən saatıdır. Bu saat nizamlı fasilələrlə bədənimizdə yuxu və oyanıqlıq vaxtını müəyyən edir.

Çox insan hər gün eyni saatda yatıb-durmağa meyllidir.

Davamlı olaraq yaşadığımız ölkədən fərqli bir zaman kəsiyinə keçdiyimizdə jet lag (yüksək sürətli təyyarələrdə uzun transmeridian səyahətlərin, bədənin günlük ritmlərinin dəyişməsinin səbəb olduğu psixioloji vəziyyət.) ilə bədənimizin şoka girməsi bundandır.

Bu bədən saatına əsaslanaraq tədqiqatçılar insanları iki əsas qrupa ayırır: tez qalxıb tez yatanlar və gec qalxıb gec yatanlar.

Barnes insanların fərqli olduğunu, amma ümumi olaraq uşaqlıqda səhər tez qalxanların ilk gənclik çağlarında gec qalxdıqlarını, yaş artdıqca yenidən tez qalxmaq qaydasına geri qayıtdıqlarını söyləyir.

Barnes Wahlberg kimi anadangəlmə "super tez qalxan" insanların nadir olduğuna inanır.

"Psixoloji və davranış olaraq insan üçün ən doğru olan şey təbii bədən saatına uyğunlaşaraq yatib-qalxma vaxtını ona görə müəyyənləşdirməkdir".

Buna nəzarət etməyib həddən artığına qaçanlar fərqli bir motivasiya ilə hərəkət edirlər deməkdir.

Başqalarına təsir göstərmək bir ehtiyacdırmı?

Bəs niyə bir çox insan səhər nə qədər tez qalxmaqları ilə öyünürlər? Bunun səbəbi tez qalxmağın məhsuldarlıqla əlaqələndiriliməsi ola bilər. Bundan başqa cəmiyyətdə tez qalxanları qorumağa bir meyllilik var.

2014-cü ildə aparılan araşdırmada 120 işçinin müdirləri tərəfindən necə qiymətləndirildiyi nəzərdən keçirilmiş və işə gec başlayanlar məsuliyyətsiz kimi qəbul edilərək aşağı bal alıblar.

Bundan başqa səhərlər özü tez qalxan müdirlər gec qalxan müdirlərlə müqayisədə onları daha mənfi qiymətləndiriblər.

"İş rejimi dəyərləndirilərkən bir yanaşma görürürük. Günə səhər tezdən başladığınıza görə daha müsbət qəbul edilirsiniz".

Lakin vacib olan başqalarına təsir etmək deyil, bədənə qulaq asıb nə vaxt yatıb-qalxacağını ona görə müəyyən etməkdir. Həqiqətən günə səhər tezdən başlamaq məhsuldarlığı artıra bilər.

Lakin bunu edərkən bir şeyi soruşmaq lazımdır: Bunu həqiqətən daha çox iş görmək üçünmü edirik, yoxsa özünü və başqalarını buna inandırmaq üçünmü?

Səbəbi nə olursa-olsun, vacib olan sağlamlıqdır. Barnes-in araşdırmaları bədən saatının yatmaq istədiyi bir vaxtda güclə oyaq qalmağa cəhd etməyin düzgün olmayan davranışlarda olmaq riskini artırdığını göstərir.

"Enerjinizin azaldığı, özünü yaxşı hiss etmədiyiniz vaxtlarda başınıza pis hadisələr gələ bilər,"- deyir Barnes.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...