Azərbaycanda insanları sehirləyən ağac Elm onunla bağlı iddiaların yarısını təsdiq edir

Maraqlı 23:15 06.11.2018

"Ziyarətə gələnlər niyyət tutub, ağacın budaqlarına yaylıq, dəsmal bağlayır, istəkləri qəbul olduqda isə, yenidən gələrək qurban kəsib, ehsan paylayırlar"

Eurasia Diary xəbər verir ki, çinar ağacı dünyanın ən uzunömürlü ağaclarından hesab olunur. Dözüm, vüqar və uzunömürlülük simvolu olan bu ağaclar 800-1000 il yaşamaq qabliyyətinə malikdir. Samux rayonunun Kolayır kəndi ərazisində ucalan çinar ağacının isə 1500 yaşı olduğu söylənilir.

Düldül adlandırılan çinar

Ağac haqqında danışan yerli sakinlər bildiriblər ki, rəvayətə görə, yeddinci əsrdə yaşamış Həzrəti Əli (1-ci imam, 4-cü Rəşidi xəlifəsi Əli ibn Əbu Talib) Azərbaycana gəlişi zamanı bu ərazilərdə olub və onun atının ayaq izi çinarın üstündə qalıb. O səbəbdən də İmam Əlinin atının adı ilə "Düldül" adlandırılan bu möhtəşəm çinar müqəddəs sayılaraq, ziyarətgaha çevrilib.

Kənd sakini Musa Hüseynov Azərbaycanın hər yerindən çinarın ziyarətinə gələnlərin olduğunu söyləyir: "Rəvayət var ki, Həzrəti Əli Azərbaycana səfər edib və bu ərazilərdə olub, Düldül adlı atını çinarın kölgəsinə bağlayıb. Düldül adı elə buradan meydana gəlib".

Həzrət Əli bu ərazilərdə olub, Düldül adlı atını çinarın kölgəsinə bağlayıb
 
Həzrət Əli bu ərazilərdə olub, Düldül adlı atını çinarın kölgəsinə bağlayıb

"Ağacın aşağı hissəsində bir oyuq var. Deyilənə görə, bu, Düldülün ayaq izidir. İnsanlar da bunu belə qəbul edib, tək Samuxdan deyil, ətraf rayonlardan, hətta Bakıdan da bu ağacın ziyarətinə gəlirlər" - müsahibimiz danışır.

At nalının yerini göstərən M.Hüseynov ziyarətə gələnlərin niyyət tutub, ağacın budaqlarına yaylıq, dəsmal bağladıqlarını, istəkləri qəbul olduqda isə, yenidən gələrək qurban kəsib, ehsan payladıqlarını deyir.

Çınarın üzərinə asılmış niyyət yaylıqları
 
Çınarın üzərinə asılmış niyyət yaylıqları

Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən çinar ağacının elmi cəhətdən özəlliklərini də araşdırıb. Bu barədə isə Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Arif Qazıyev məlumat verib.

A.Qazıyev, elmi mənbələrdə adı "Platanus Orientalis" kimi çəkilən, ölkəmizdə isə "Şərq çinarı" adlandırılan çinarın ən uzunömürlü ağac növlərindən olduğunu bildirib: "Çinar ağacı həmişə öz forması, əzəməti ilə insanların marağını cəlb edib. İnsanlarımız çinarı müqəddəs sayaraq, onu qırmağı, yandırmağı günah hesab ediblər".

İmam Əlinin atının adı ilə Düldül adlandırılan bu çinar, müqəddəs sayılaraq ziyarətgaha çevrilib
 
İmam Əlinin atının adı ilə Düldül adlandırılan bu çinar, müqəddəs sayılaraq ziyarətgaha çevrilib

"Hətta, Gəncəbasar bölgəsində əzəmətli görkəmi ilə ucalıq, məğrurluq rəmzi olaraq ona "Xan çinar" da deyirlər. Ümumiyyətlə, həm görünüşü, həm də təbiətə verdiyi faydasına görə elmi nəzərdən də çox maraqlı bitki olaraq qəbul olunur, biyaban, park salınmasında geniş istifadə olunur" - dosent qeyd edib.

Düldül çinarın yaşına gəlincə isə, A.Qazıyev bu ağacın 1500 deyil, 700-800 il aralığında yaşı olduğunu təxmin edir: "Ağacın gövdəsinə baxsaq, heç bir kəsintinin, qopmanın olmadığını aydın görürük. Ağac boy atdıqca gövdəsinin eninə görə həlqələr əmələ gəlir. Elmi yolla, yəni bir il ərzində bu ağaclarda neçə həlqə əmələ gəldiyini hesablayıb, qənaətə gəlmişik ki, Düldül çinar kimi tanınan bu ağacın, haradasa, 700 yaşı var".

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı