Yaponların AXC ilə bağlı əsərləri var

Maraqlı 22:47 09.11.2018

“Yapon dilli ədəbiyyatında Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlı əsərlər də mövcuddur. Lakin mənim araşdırmalarıma görə, yaponiyalı elm adamları AXC-dən daha çox Məhəmməd Əmin Rəsulzadənin tədqiqatına maraq göstəriblər”.

Eurasia Diary-nin verdiyi xəbərə görə, bunu “Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası”nın sədri Əlibəy Məmmədov AzEdu.az-a açıqlamasında deyib. O, AXC ilə bağlı Yaponiyada aparılan araşdırmalardan söz açıb:

“Yaponiyada ən əsas Rəsulzadə araşdırmaçısı Şizuoka Mədəniyyət və İncəsənət Universitetinin professoru Tokumatsu Katsumi-dir. Onun elmi tədqiqat sahəsi Azərbaycanın müasir tarixi, mövzusu isə 20-ci əsrin birinci yarısında Azərbaycanın siyasi tarixi ilə bağlıdır. 1995-ci ildə “Dağlıq Qarabağ problemi və İran”, 1998-ci ildə “İran və Sovet arasında, Azərbaycan Milli Hökümətinin 1 ili”, 2008-ci ildə “Azərbaycan dili” adı altında elmi məqalələri çap olunub.  Tokumatsu Katsumi olduqca maraqlı elm adamıdır. O, özü haqda və elmə gəlməsi haqda yazılarında qeyd edir ki, hələ orta məktəbdə oxuyarkən İranda baş vermiş inqilab, onda Yaxın Şərq regionuna və İslama qarşı böyük maraq oyadıb. Universitetə daxil olduqdan sonra Yaxın Şərq, xüsusilə İranı araşdırmağı qarşısına məqsəd qoyub. Lakin magistraturaya daxil olduqdan sonra İranda olan azərbaycanlı əhalinin çoxluğu və onun tarixi mövqeyinin vacibliyini anlayaraq, Azərbaycan dilində danışan insanların yaşadığı regionun (Cənubi Azərbaycan) tarixini araşdırmaqla, millət və xalqla bağlı problemləri düşünən zaman hər hansısa bir çıxış yolu tapacağını düşünüb. Onun Azərbaycan və azərbaycanlılarla bağlı elmi araşdırmaları da məhz bundan sonra başlayıb.

Cənubi Azərbaycanla bağlı araşdırmalar edərkən, əsas diqqət yetirdiyi şəxs, Rusiyada baş vermiş inqilabdan sonra Azərbaycanda yaranmış hökümətin rəhbəri, eyni zamanda İran və Türkiyədə aktiv fəaliyyət göstərmiş Rəsulzadə olub. O, Rəsulzadənin şəxsində bu regionda yaşayan millətin yaranması, xalq kimi formalaşması prosesini dərinliklərinədək tədqiq etmək qərarını verib. Tokumatsu həm də Türkiyədə tələbə kimi təhsil alıb, mövcud dövlət sərhədlərini aşan insan şəbəkəsinin analizinin vacibliyinin fərqinə varıb. O, qeyd edir ki, Şizuoka Mədəniyyət və İncəsənət Universitetində dərs deməyə başladıqdan sonra fərqinə varıb ki, yaponiyalılar Orta Şərq və İslamla bağlı demək olar ki, heç nə bilmirlər. Qədim sivilizasiyaların yarandığı, hər zaman çoxmillətli, çoxdinli, qarışıq bir cəmiyyət formalaşdırmış Orta Şərqin hələ də sadəcə “islam dininə inanan ərəblərdən ibarət olması” kimi sadəcə bir rəngli görmələri onda dərin təəssüf hissi oyadıb”. 

Müsahibimizin sözlərinə görə, Tokumatsu Katsumi 2010-cu ildə Məhəmməd Əmin Rəsulzadənin “Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri” əsərinin bir hissəsinin yapon dilinə tərcüməsini edib və Şizuoka Mədəniyyət və İncəsənət Universitetinin tədqiqat külliyatında çap etdirib:

“Tokumatsudan əlavə olaraq, Hokkaydo Universitetinin doktorantı olmuş Nakajima Teppeyin 2009-cu ildə qələmə aldığı “Müasir Azərbaycanda millətçilik, Məhəmməd Əmin Rəsulzadə (1884-1955) timsalında” (The nationalism in modern Azerbaijan: focusing on Mehmet Emin Resulzade (1884-1955)), İşihara Keniçinin yazdığı “Məhəmməd Əmin Rəsulzadə və İran” (2003), “Məhəmməd Əmin Rəsulzadə: Bir demokratiya fəalının həyatı və yaradıcılığı” (2005), “Rəsulzadə və İran inqilabı” (2006) elmi əsərlərini göstərmək olar.

İşiharanın 2005-ci ildə qələmə aldığı, Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən əsərində o, Rəsulzadənin həyatına diqqət yetirməklə yanaşı, onun qələmə aldığı əsərlərin tərkibi haqqında məlumatlar verib. Bu əsərləri oxuyub analiz edən İşihara qeyd edir ki, Rəsulzadə bəzən jurnalist, bəzən siyasətçi, bəzən də elm adamı kimi çoxtərəfli və geniş fəaliyyət göstərmiş, yüksək intellektual bir şəxsiyyət olmuşdur. Rəsulzadənin həyatının son anlarına kimi var gücü ilə, durmadan-yorulmadan qələmə aldığı əsərlərdən də bunu görmək olar. İşihara əsərinin nəticəsində qeyd edir ki, sosial-demokrat təşkilatı olan “Hümmət”-də fəaliyyət göstərmiş Rəsulzadənin sonradan fikrini dəyişərək milliyətçi siyasi partiya olan “Müsavat”a üzv olma səbəbini izah edə bilməyib. Bunun üçün əsas şərt “Hümmət” jurnalında olan Rəsulzadənin yazılarını oxumaqdır ki, təəssüflər olsun ki, İşihara bu yazıları əldə edə bilməyib.  Onun 2006-cı ildə çap edilmiş elmi yazısında isə, Məhəmməd Əmin Rəsulzadənin jurnalist kimi Bakıda çap olunan elmi yazı və məqalələrini tarixi sənəd kimi istifadə etməklə, onun 1905-1911-ci illərdə baş vermiş İran inqilabını necə izləməsi, necə qiymət verməsi analiz olunur.

Qeyd olunur ki, fars dilli jurnalları oxuyub, İrandakı rejim haqda məlumatlar yayan Rəsulzadə, İranda baş vermiş inqilabın əsas düşməni kimi qubernator və nazirləri, rüşvətə bulaşmış hakim dairələri tənqid edirdi. O qeyd edirdi ki, ifadə azadlığı, əsərlərin çap olunması azadlığı əsas şərtdir. Rəsulzadənin Rəştə olan səfəri, burada qələmə aldığı tənqidi yazıları da İşiharanın diqqət mərkəzində olub”.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Hamısı