ABŞ Prezidenti Donald Trampın Parisdə fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı maraqlı anlar yaşanıb.
Eurasia Diary xəbər verir ki, ikitərəfli görüşdə Makron Trampı yaxşı dost adlandırıb və əlini onun dizinin üstünə qoyub. Tramp isə bu an heç bir reaksiya verməyib.
Bu barədə video-görüntü paylaşan "Assoşeyted Press" agentliyi görüş zamanı Trampın çox qonaqpərvər davrandığını, ancaq fransız liderinin yaxşı dost olmalarını vurğulaması anında Trampın "daş kimi" donub oturduğunu bildirib.