Günəş sistemində peyda olan “Oumuamua” adlı cismin mənşəyi barədə Harvard Universitetinin alimləri sensasion açıqlama veriblər.
Eurasia Diary xəbər verir ki, Harvard alimləri Şmuel Biali və Abraham Löv ilk dəfə 2017-ci ildə peyda olan “Oumuamua”nın hansısa bir yadplanetli sivilizasiyasına aid kosmik gəmi ola biləcəyini açıqlayıblar.
Aimlərin fərziyəsi təsdiqlənməsə də, bir çox alim cismin ölçülərinə baxmayaraq, öz-özünə təcil alması faktını nəzərə alaraq, bu versiyanı istisna da etməyib.
Qeyd edək ki, hər iki alim ötən ay da “Oumuamua” ilə bağlı öz versiyalarını irəli sürmüşdülər.