Ukraynalı futbolçu Müslüm Maqomayevin mahnısını oxudu - VİDEO | Eurasia Diary - ednews.net

19 Dekabr, Çərşənbə


Ukraynalı futbolçu Müslüm Maqomayevin mahnısını oxudu - VİDEO

Maraqlı A- A A+

Ukrayna millisinin və "Şaxtyor"un futbolçusu Sergey Krivtsov Azərbaycanın əfsanəvi müğənnisi və bəstəkarı Müslüm Maqomayevin "Mavi əbədiyyət" ("Sinyaya veçnost") mahnısını ifa edib.

Eurasia Diary xəbər verir ki, 27 yaşlı müdafiəçi məşhur musiqini yığmanın UEFA Millətlər Liqasında qrup qalibi adını vaxtından əvvəl qazanaraq, elit diviziona və "play-off"a vəsiqə qazanması şərəfinə səsləndirib.

Bu münasibətlə təşkil olunmuş gecədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko və baş məşqçi Andrey Şevçenko da iştirak edib.

Krivtsovun komandaya dəstək məqsədilə oxuduğu mahnı gur alqışlarla qarşılanıb. (publika)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...