Heydər Əliyev Hafiz Əsədən nəyi istəyir? Tarixi fakt

Maraqlı 14:15 13.01.2019

Cənab Prezidentimiz İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda belə bir bir cümlə var:

“Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.”

Eurasia Diary xəbər verir ki, bunu deputat Musa Qasımlı yazıb.

Deputat bununla əlaqədar olaraq bir neçə tarixi faktı sadalayıb:

“Birincisi, Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini söyləyir. Azərbaycan rəhbərinin istəyini yerinə yetirərək Hələbə gətirirlər və növbəti gün oteldə bir neçə saat gözlədirlər. Çünki yerli hakimiyyət orqanlarının nümayəndələri məzarı tapa bilmirdilər. Nəhayət, məzarı tapırlar, qaydaya salırlar və hətta məzara xidmət edən şəxs də ayırırlar. Ondan sonra Heydər Əliyev məzarı ziyarət edir.

İkincisi, Heydər Əliyev Bakıya döndükdən sonra Nəsiminin tanıdılması, 600 illik yubileyinin keçirilməsi və kinofilmin çəkilişi məsələlərini gündəliyə gətirir. Nəsiminin yubileyinin keçirilməsi barədə məsələ Azərbaycan KP MK Bürosunun 1970-ci il 27 mart, 1971-ci il 24 mart, 29 aprel, 23 iyul tarixli iclaslarında müzakirə edilir. Bundan sonra Heydər Əliyev Moskvaya, Sov. İKP MK-ya məktub yazır. Həmin məktubunda Nəsiminin şeirlərindən nümunə olaraq gətirilən misralar dörd dəfə Azərbaycan dilində verilib və rus dilində tərcüməsi də əlavə olunub. Məktubda xahiş edilirdi ki, Sov. İKP MK Nəsiminin yubileyinin ümumittifaq və ümumdünya miqyasında qeyd edilməsindən ötrü SSRİ Nazirlər Sovetinə müvafiq göstərişlər versin və yubiley komissiyası yaradılsın. Heydər Əliyevin məktubuna SSRİ Nazirlər Sovetinin Sədri A.N.Kosıginin imzası ilə qəbul olunacaq qərar layihəsi də əlavə olunur.

Heydər Əliyevin tapşırığı ilə akademik Həmid Araslı və alim Araz Dadaşzadə Azərbaycanın valyuta fondu hesabına Suriyaya ezam edilirlər. Onlar Nəsiminin məzarının vəziyyəti ilə tanış olurlar və bərpası məsələsini qaldırırlar. Heydər Əliyevin səyləri ilə məzar bərpa edilir. Nəsiminin portretini bərpa etmək üçün beynəlxalq müsabiqə elan edilir. Azərbaycan KP MK Bürosunun 1972-ci il 2 fevral, 1973-cü il 13 mart və 28 avqust tarixli iclaslarında həmin məsələ müzakirə edilir. Tədbirlər planı işlənib hazırlanır. 1973-cü ilin sentyabrında Azərbaycanda yubliyey toplantısı keçirilir. Yubileyə dünyanın 29 ölkəsindən alim və ədəbiyyatçı gəlir. Heydər Əliyev onları qəbul edir. YUNESKO-nun "Kuryer" jurnalında Nəsimi haqqında geniş məqalə dərc edilir, əsərləri ingilis, fransız və b. dillərə tərcümə edilir.

Üçüncüsü, söyləyəcəyim digər fakt İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsi və abidənin qoyulması yolunda olan maneələrin Heydər Əliyev tərəfindən qətiyyətlə aradan qaldırılması ilə bağlıdır. Bununla əlaqədar olaraq Azərbaycan SSR Ali Sovetinin deputatı, xalq yazıçısı Mirzə İbrahimovun Ali Sovetin 1978-ci il dekabrın 15-də açılan IX sessiyasındakı çıxışındakı aşağıdakı fikirlərini diqqətinizə çatdırıram:

“... Heydər Əliyev yoldaşın əməyi, zəhməti, onun ilhamlı fəaliyyəti respublikamızın şərəfini artırır, Azərbaycan torpağının şərəfini, şöhrətini artırıb... mən 50 ilə yaxın partiya təşkilatı işlərində işləyirəm. Çox dramatik hadisələrin partiya həyatımızın tarixində çox fərəhli hadisələrin şahidi olmuşam. Mən deyə bilərəm ki, bu illər ərzində ədəbiyyatımız üçün, mədəniyyətimiz üçün çox çətinliklə həll etdiyimiz məsələləri Heydər Əliyevin dövründə çox asanlıqla, çoz ləzzətlə bizim üçün həll olunur. Mən sizə bir misal gətirmək istəyirəm. Biz Nəsiminin yubileyinə hazırlaşırdıq. Bilirsiz ki, Nəsimi Azərbaycan xalqının 600 il əvvəl feodalizm əsarəti zülmü içərisində xalqın iradəsini ifadə edən bir şəxsdir. Ancaq Nəsimi öz dövrünün övladı olaraq ziddiyyətlərə malikdir. Onun bəzi ziddiyyətlərindən istifadə edərək, ona qarşı bərk etiraz edənlərə rast gəldik və mən bir məktub almışdım, orada Nəsimiyə qarşı böyük etiraz var idi. Mənim o zaman ürəyim titrədi, görəsən Nəsiminin yubileyini batıracayıq, yoxsa keçirəcəyik. Lakin sevimli oğlumuz Heydər Əliyev yoldaş sinəsini qabağa verərək Nəsiminin heykəlini ucaltdı.

Yoldaşlar, biz partiya və siyasi cəhətdən mürəkkəb respublikadayıq. Bu respublikada sükanı düz xətlə irəli aparmaq böyük istedad tələb edir.”

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Hamısı