Yaponiya hökuməti düşmənin radarları və əlaqə vasitələrini sıradan çıxaracaq xüsusi zərbə qurğuları hazırlamaq niyyətindədir.
Eurasia Diary xəbər verir ki, bu məlumatı “Yomiuri” qəzeti yayıb. Məlumata görə, yeni hazırlanan qurğuların Yaponiya ordusunun arsenalında olan nəqliyyat və patrul təyyarələrinə quraşdırılması nəzərdə tutulub.
Qəzet həmçinin Yaponiyanın elektron müharibə üçün qurğularının artıq mövcud olduğunu bildirib:
“İndiyə qədər olan qurğular müdafiə xarakteri daşıyırdı. Bunlardan biri düşmənin atdığı ballistik raketin sistemini sıradan çıxara biləcək yeni sistemlərdir. Hazırkı fəaliyyətdə əsas məqsəd Rusiya və Çinin elektron müharibə aparılması üçün artan imkanlarına qarşı müqavimətdir”.