Ölkənin şimal-qərb bölgəsinə qar yağıb.
Eurasia Diary oxu.az-a istinadən bildirir ki, Şamaxıda ötən gün başlayan qar gün boyu davam edib.
Yanvarın 18-də, rayon ərazisində gün boyu qarlı, şaxtalı hava müşahidə olunub. Şəhərin mərkəzində beş, dağlıq ərazilərdə isə 10-15 santimetr qar yağıb.
Müvafiq qurumlar tərəfindən buz bağlayan yollar təmizlənib. :