Deputat canlı yayımda karbamid yedi

Maraqlı 19:16 21.01.2019

Gürcüstanın Acarıstan muxtar bölgəsinin Ali Sovetinin "Gürcü arzusu” hakim partiyasından deputatı Lado Mqaloblişvili canlı yayımda karbamid kimyəvi birləşməsini yeyib və bununla da onun təhlükəsizliyini sübut edib.

Karbamid, yaxud sidik cövhəri – azot tərkibli mineral gübrədir. Bu, qoxusu olmayan rəngsiz kristaldır. Karbamid ammonyakla karbon qazının sintezindən əldə edilir. Sidik cövhərindən yalnız gübrə kimi deyil, həm də bitkilərin zərərvericilərdən mühafizəsi məqsədilə istifadə edilir.

Eurasia Diary "Qruziya-Onlayn” nəşrinə istinadən xəbər verir ki, karbamidin daşınması üçün Batumi limanında mineral gübrələr terminalının tikintisi planlaşdırılır. Şəhərin bəzi sakinləri bu layihənin qəti əleyhinədirlər və onu "Batumiyə kimyəvi hücum” kimi qiymətləndirirlər. Onlar terminalın tikintisinin qadağan edilməsi tələbi ilə bir neçə piket də keçiriblər.

Mqaloblişvili etiraz edənlərə Acarıstan televiziyasının canlı efirində cavab verib. Telekanalın studiyasında aparıcı ilə yanaşı, aksiyaların təşkilatçılarından biri - Aleksandr Tevzadze də olub. Deputatın efirə canlı qoşulması vaxtı o, plastmas stəkan götürüb və stəkanın içərisindəki karbamidin bir hissəsini yeyib. Bu zaman Mqaloblişvili bildirib ki, etiraz aksiyaları "pulla tutulmuş adamlar” tərəfindən keçirilir və onları "Rusiya təbliğatının bir hissəsi” adlandırıb.

"Burada məndə sorma konfetlər var, onlar qatil adlandırırlar. Qonağınız (Aleksandr Tevzadze) bunları götürüb laboratoriyada yoxlaya bilər ki, doğrudan da karbamiddir, ya yox. Guya ki, bu sorma konfetlər insanları öldürür. Budur, lap gözünüzün qabağında...”, - deyərək Mqalobişvili qranulaları yeyir.

Kimyəvi maddəni udandan sonra deputat çıxışını davam etdirib. O, etiraz aksiyalarının iştirakçılarını yalan danışmaqda ittiham edib və deyib ki, aksiya iştirakçılarının iddiasına görə, yeni terminaldan başqa kimyəvi maddələrin də daşınması üçün istifadə olunacaq.

"Bu, dolayı yolla Rusiya təbliğatıdır, bunlar pulla alınmış adamlardır... Budur, bu, Batumidə daşınması üçün terminal tikilməli olan maddədir. Mən onu canlı efirdə yedim. Söhbət yalnız daşınmadan gedir, başqa heç nə”, - Mqaloblişvili deyib.

Karbamid terminalının tikintisinin əleyhinə növbəti etiraz aksiyası bu gün keçirilməlidir.

Batumidə karbamidin daşınması üçün terminalın tikilməsində məqsəd Azərbaycanda istehsal edilən bu maddənin həmin liman vasitəsilə Asiya və Avropa ölkələrinə daşınmasıdır. Gözlənildiyinə görə, yeni terminal yük dövriyyəsini 200 min ton artıracaq. Tikintinin yaz aylarında başlanması gözlənilir. Amerikanın "Trammo” korporasiyası layihənin həyata keçirilmsi üçün 20 milyon dollar vəsait ayırıb.


İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
Hamısı