Anaları tərtərli, ataları banqladeşli olan bacılar FOTOLAR

Maraqlı 21:42 16.02.2019
İlahə Süleymanova - Hosman əslən Tərtər rayonundandır. 14 ildir Banqladeş əsilli Anwor Hossainla (Ənvər Hüseyn) ailəlidir. 4 övladları var- 2 qız, 2 oğlan. İlahə xanım Bakı Asiya Universitetini bitirib. Bir müddət "Lukoil" neft şirkətində tərcüməçi işləyib. Həyat yoldaşı maliyyə məsələləri üzrə məsləhətçi vəzifəsində çalışır. Hazırda ABŞ-ın Nyu-York ştatında yaşayırlar.
Bu gün mən sizə İlahə xanımdan deyil, qızları Şevrin və Şanneldən söhbət açacam. Şevrinin 12, Şannenin 10 yaşı var.



Əvvəlcə Şevrin barəsində 

O, 6-cı sinifdə oxuyur, dərs əlaçısıdır. Eyni zamanda rəqsə gedir. "Broadway Dance" məktəbinin rəqqasələrindən biridir və 6 fərqli rəqs üzrə məşqlər edir. Şevrin bir çox ölkələrdə yayımlanan, uşaqların çox sevdiyi “Super Why” cizgi filminin baş qəhrəmanlarını səsləndirib. 

İndi də Şannen haqqında 

5-ci sinifdə oxuyur. Musiqi alətlərinə çox böyük marağı var. Piano və skripkada sərbəst ifa edir. 



Bacılar, ay bacılar 

"Travel Channel"də yayımlanan "Mysteries at the Museum" filmlərində hər iki bacı birlikdə müxtəlif rollar alıblar. Bundan əlavə, karatenin Takvando növü ilə birgə məşğul olurlar, "Swim Team" üzgüçülük məktəbinə gedirlər. Son 3 ildə bu iki bacı birlikdə və ayrılıqda filmlərdə, verilişlərdə, uşaq talk şou proqramlarında, reklamlarda çəkiliblər və müxtəlif cizgi filmlərini səsləndiriblər. 

Şannenin ilk rolu ona böyük şöhrət gətirib. Bollivud ulduzu Priyanka Çoprani haqqında çəkilən reklam çarxında sənətkarın uşaqlığını canlandırıb. 



Şannen hazırda dünyada tanınan, 45 ölkədə yayımlanan "Master Chef Junior" telemüsabiqəsinə qatılıb. Bu müsabiqə Amerika və Kanadada yaşayan 8-13 yaşlı uşaqların arasında aparılır. Təxminən 4 mərhələdən ibarət olan seçim turuna minlərlə uşaq qatılsa da cəmi 24 iştirakçı seçilir. Şannen də bu 24 uşağın arasındadır. O, bütün sınaqlardan uğurla keçdiyi üçün bu müsabiqədə iştirak etmək hüququ qazanıb. Yarışmaya münsiflik edən insanların arasında Qordon Ramsey, Kristina Tosi, Aaron Şancez kimi dünya şöhrətli aşpazlar da var. Əgər Şannen bu müsabiqənin qalibi olsa 100 milyon pul mükafatına layiq görüləcək 

Azərbaycana sevgi 

Haqqında ABŞ mətbuatında çox məqalələr yazılıb, çox müsahibələrin qəhrəmanı olub. Qəzetlərdən birinin əməkdaşı Şannenə sual verir,- “Sən bu qədər fərqli və dadlı yeməklər hazırlamağı necə öyrənmisən?” O, isə- “Anam Azərbaycandan olduğu üçün evdə həmişə yemək hazırlayır. Və adətən bişirdiyi yeməklər çox fərqli olur. Anamın vətəni olan Azırbaycanı çox insanlar tanımır. Mən xüsusi olaraq kulinariya kurslarına getməmişəm. Elə evdə anamdan öyrənmişəm yemək hazırlamağı, çünki bu işi sevə-sevə edirəm, demək olar ki, elə anam mənim ilk müəllimimdir. Mən Azərbaycan mətbəxinin təamlarını da hazırlaya bilirəm. Atam Banqladeşdən olduğu üçün, gələcəkdə məni o yerlərə aparsa hind yeməklərini də hazırlamağı öyrənərəm. Bilirsiniz, hind yeməklərinin tərkidində çoxlu fərqli ədviyyat olur. Əslində, mən həm atamın və anamım birgə mədəniyyətinin təcəssümüyəm"- deyə, cavab verir.

Bu da yekun 

Bəli, ABŞ-ın Nyu-York ştatında bir beynəlmiləl ailə var. Həmin ailədə ana azərbaycanlıdır. Övladlarına Azərbaycanı sevdirən bu anaya, balalarını həmişə xoşbəxt görməyi arzulayırıq. 



Elman Eldaroğlu, 
ABŞ, Miçiqan 

 
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Hamısı