Bir neçə gün öncə Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə baş tutan üçtərəfli görüşdə yaşanan maraqlı dialoq kameraların obyektivindən yayınmayıb.
Eurasia Diary xəbər verir ki, rusiyalı jurnalist Dmitri Smirnovun paylaşdığı videoda liderlərin avtomobilə doğru hərəkət etdiyi görünür. Bu zaman avtomobilə yaxınlaşan Ərdoğan “Görəsən zirehlidir?” deyə soruşur.
Türk liderin bu sualının tərcümə edilməsindən sonra Putin maşının şüşəsinə barmağı ilə vuraraq, “Xeyr, ərazi zirehlidir” deyə cavab verir.
Kreml rəhbərinin bu cavabına Ruhani də daxil olmaqla, bir çoxları gülüb.
Эрдоган об автобусе, на котором его возили в Сочи: Бронированная?
— Дмитрий Смирнов (@dimsmirnov175) 17 февраля 2019 г.
Путин: Территория бронированная pic.twitter.com/fMQup2ZrP6