Rusiyanın istehsal etdiyi “Aurus” limuzininin görüntüləri yayılıb.
Eurasia Diary xəbər verir ki, “Zvezda” telekanalının yaydığı görüntülərdə avtomobilin daxili dəri və taxtadan hazırlandığı, alətlər panelində iki monitor quraşdırıldığı görünür.
Sərnişinlər üçün olan yerlər multimedia sistemi ilə təchiz edilib. Avtomobilin şüşələri xarici videokameranın təsvirlərini əks etdirən ekranla əvəz edilib.
“Aurus” – “Kortej” layihəsinin bazar adıdır. Bu avtomobillərdən Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyev istifadə edir. Rusiya istehsalı limuzin ilk dəfə Rusiya prezidentinin andiçmə mərasimində nümayiş etdirilib.