Dünyanın ən böyük arısı, "Nəhəng Uolles arısı" kimi tanınan "Megachile pluto" İndoneziyadakı Molukk adalarının şimalında aşkarlanıb.
Eurasia Diary Daily Mail-ə istinadən bildirir ki, bu arı məhv olmuş, nəsli kəsilmiş sayılırdı. Amerikalı və avstraliyalı bioloqlar erkək "Megachile pluto"nu yerdən 2 metr hündürlükdəki termit yuvasında tapıblar.
Son 38 ildə bu arını görən olmamışdı.
"Megachile pluto"nu ilk dəfə britaniyalı naturalist Alfred Uolles 1858-ci ildə aşkarlayıb.
Növbəti dəfə alimlər bu arı ilə 1981-ci ildə qarşılaşıblar. Amerikalı entomoloq Adam Messer "Megachile pluto"neu araşdıraraq bu arıların pətəklərini necə inşa etdiklərini müşahidə etmişdi.
Arının uzunluğu 4 sm-ə çatır.