Babək necə məğlub edildi? Ən məxfi fakt

Maraqlı 10:55 14.03.2019

Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Xürrəmilər hərəkatının rəhbəri, görkəmli sərkərdə Babəkin anım günüdür. Mövzunun aktuallığını nəzərə alaraq, Babək və Xürrəmilər hərəkatının sonunu gətirən səbəblərlə bağlı yazını bir daha təqdim edirik:

"833-cü ildə Xəlifə əl-Məmunun ölümündən sonra Xürrəmilər Hərəkatı yeni qüvvə ilə alovlandı. Nizamülmülkün yazdığına görə, üsyan İsfahan, Fars və bütün Kuhistanı bürüdü. 20 illik hakimiyyəti ərzində xürrəmilərə qarşı mübarizə aparan Xəlifə əl-Məmun qardaşı Mötəsimə vəsiyyətində xürrəmilərlə müharibəyə qətiyyətli və amansız adam göndərməyi tövsiyə etmişdi.

Kult.az xəbər verir ki, bu barədə “Viki kitab” elektron ensiklopediyasında qeyd edilib. Məqalədə Xürrəmilər Hərəkatı ilə bağlı az bilinən bəzi məlumatlar və Babəkin sonunu gətirən səbəblər barədə yazılıb:

“Yeni xəlifə mərhum qardaşının vəsiyyətinə əməl edərək, xürrəmilərlə müharibəyə ciddi şəkildə hazırlaşmağa başladı. Mötəsim anlayırdı ki, bu hərəkata qarşı mübarizənin boş buraxılması Xilafətin öz varlığı üçün təhlükə törədə bilər. 833-cü ildə Həmədan döyüşündə ərəblər 60 min üsyançını həlak etdilər. Xürrəmilərin 14 min nəfərdən ibarət hissəsi Bizansa qaçdı. Mənbələrdə onların Bizansda xristianlığı qəbul edərək, ərəblərə qarşı aparılan hərbi əməliyyatlarda fəal iştirak etməyə başladıqları yazılıb. Həmədan uğurundan sonra Xəlifə Mötəsim başa düşdü ki, xürrəmilər üzərində qələbə qazanmaq üçün Bizansa qarşı aparılan müharibəni dayandırmaq lazımdır. Bizans-Ərəb sərhədində əldə edilmiş dörd illik (833-837-ci illər) sülh Babəkə qarşı bütün Xilafət qüvvələrini səfərbər etməyə imkan verdi.

Mötəsim Zəncan-Ərdəbil yolu boyunca hərbi hissələrin yaradılmasını əmr etdi. Ərdəbil və Samirə şəhərləri arasındakı rabitə sistemi yenidən bərpa olundu. Bu yolun hər fərsəxində istənilən məlumatı lazımı ünvana çatdırmağa hazır olan atlı qasidlər yerləşdirildi. Yüksəkliklərdə duran gözətçilər bir-birilərini görə və atlı qasidlərin hərəkəti haqqında xəbəri bir-birilərini səsləməklə çatdıra bilirdilər. Bu yolla göndərilən xəbər cəmi dörd günə baş komandanın qərargahından xəlifə sarayına çatdırılırdı.

Xəlifə yalnız bu hazırlıq tədbirlərindən sonra istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu xürrəmilərlə döyüşəcək qoşunların baş komandanı təyin etdi. Təkcə 837-ci ildə Babəklə müharibəyə bir milyon dirhəm xərcləyən Mötəsim hərbi əməliyyatlar olmayan günlərdə Afşinin özünə xəzinədən hər gün 5 min dirhəm, döyüş günlərində isə 10 min dirhəm ödənilməsini təmin etmişdi.

Ərdəbilə gələn Afşin xürrəmilərin dağıtdığı strateji əhəmiyyətli qalaların bərpasının sürətləndirilməsini, öz qərargahının isə Bəzzə daha yaxın yerə - Bərzəndə köçürülməsini əmr etdi.

Bütün bu vaxt ərzində xürrəmi dəstələri tez-tez ərəb hərbi hissələrinə hücumlar edirdilər. Müaviyənin başçılıq etdiyi bu dəstələrdən biri xeyli ərəb əsgərini əsir aldı, sonra isə Bəzz qalasına doğru yönəldi. Öz qoşunlarını yenidən toplayan Əbu Səid Sindəbəyə adlanan yerdə Müaviyənin dəstəsini haqladı və xürrəmilər Xilafətin nizami qoşunları tərəfindən məğlub edildilər. Ələ keçmiş xürrəmilər edam edildilər, başları isə Samirəyə göndərildi. Bu hadisə xürrəmilərin tezliklə darmadağın olunacağını hiss edən müttəfiqlərini Babəkdən uzaqlaşdırdı. Həmin müttəfiqlərdən biri - Məhəmməd ibn əl-Bəis öz qayınatası, Babəkin sərkərdəsi İsma ibn əl-Kürdinin dəstəsini darmadağın etdi, İsmanın özünü isə xəlifənin hüzuruna göndərdi. İsma ibn əl-Kürdi ağır işgəncələrə məruz qaldıqdan sonra Babəkin mühüm sirlərini açdı və ərəblərə kömək edəcək qiymətli məlumatları xəlifəyə ötürdü. Təbərinin fikrincə, bu, Babəkə endirilmiş ikinci, bəlkə də ən ağır zərbə idi.

Mənbələrdə yazılıb ki, müharibənin son ilində Afşin Babəklə danışıqlara girməyə cəhd göstərdi. Lakin bu danışıqlar və yazışmalar uğursuzluqla nəticələndi. Yalnız bundan sonra Afşin Bəzz qalasına qəti hücum haqqında əmr verdi. Məğlubiyyətin labüd olduğunu anlayan Babək Afşinlə şəxsi danışıqlara girdi. Afşin Babəkə aman vəd etdi. Babək isə daha bir gün gözləməyi istədi: görünür, o hələ də qalanı möhkəmləndirmək və ərəblərə müqavimət göstərmək ümidini itirməmişdi. Elə ona görə də Babək Afşinin ikinci aman təklifini rədd etdi. Babək bu dəfə Afşinə müraciət edərək, ona və ailəsinə aman verilməsini xahiş etdi. Afşin razılaşdı, qabaqcadan qərarlaşdırıldığı kimi, girovların göndərilməsi şərtini irəli sürdü. Lakin Babək həmin məqamda döyüş meydanında olan və Afşinin girov kimi tələb etdiyi şəxsləri təslim etmək iqtidarında deyildi.

Təbərinin məlumatına görə, 837-ci il avqustun 26-da xürrəmilərin istinadgahı ələ keçirildi. Afşin Bəzz qalasının yerlə yeksan olunması haqda əmr verdi. Əhali əsir alındı. Babəkin oğulları və onların ailə üzvləri də əsir alınanlar arasında idilər. Babəkin özü isə tacir paltarı geyinərək, Həştadsər dağının yanında dərəyə enib gizləndi. O, ərzağı qurtaranadək bu dərədə qaldı. Anası, qardaşları Müaviyə və Abdullah, axırıncı arvadı, Sünik hakimi Vasaqın qızı İbnət əl-Kələndəniyə də onunla idi. Babək buradan Bizansa keçmək istəyirdi.

Təqib olunduğunu bilməyən Babək bataqlığı tərk etdi. Kəşfiyyatçıları tərəfindən xəbərdar edilən Afşin o zamanlar xəlifənin ən yaxşı sərkərdələrindən olan Əbu-Sacı Babəkin ardınca göndərdi. Babək və onun qardaşı Abdullah aradan çıxa bildilər. Onlar gizli yollarla Səhl ibn Sumbatın torpaqlarına yetişdilər.

Onları görən adamlar Səhl ibn Sumbata dağlarda naməlum şəxslərə rast gəldikləri barədə məlumat verirlər. Vaxtilə Babəklə müttəfiq olmuş Sumbat onu öz qalasına dəvət edir və yazda Bizansa yola salacağını vəd verir. Yorğun və ac Babək Səhlə inanaraq razılaşır, lakin qardaşı Abdullahı keçmiş müttəfiqi, Beyləqan hakimi Yesai Əbu Musanın yanına göndərir. Səhl Babəkin və qardaşının yerini Afşinə bildirir, lakin Babəkin qorxusundan ərəblər gələnədək ona qarşı heç bir tədbir görmür.

Afşin Babəkin və onun qardaşının ələ keçməsi barədə Mötəsimə xəbər göndərir və çox keçmədən əsirlərin Samirə şəhərinə aparılması haqda əmr alır.

Mənbələrin əksəriyyəti Babəkin 838-ci il yanvarın 4-də Samirəyə gətirildiyini, elə həmin gün də edam edildiyini yazsalar da, bəzi orta çağ müəllifləri bu hadisənin fərqli tarixdə baş verdiyini bildirirlər. Edam yerinə fil üstündə, şahlara layiq paltarda gətirilən Babək qısa sorğu-sualdan sonra işgəncə ilə edam edilir.

Azərbaycan xürrəmiləri üzərindəki qələbə Xilafətə çox baha başa gəldi. Babəkilər 20 ildən artıq müddət ərzində Xilafətin 225 min döyüşçüsünü və xeyli sərkərdəsini məhv etdilər. Xilafət tarixində baş verən dini-siyasi çıxışlardan ən əzəmətlisi olan, ərəb üsul-idarəsinə qarşı azadlıq müharibəsi səviyyəsində ucalan bu hərəkat ərəb şərqşünası Məsudinin dili ilə desək, “az qala, Abbasilər dövlətini məhv edəcəkdi”.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
Hamısı