Son 100 ildə adını dəyişən ölkələr SİYAHI

Maraqlı 21:24 25.03.2019

Coğrafi məkanlar müntəzəm şəkildə öz adını bu və ya digər səbəbdən dəyişir. Məsələn, Qazaxıstanın paytaxtı Astana şəhəri tarixdə 4-cü dəfə adını dəyişərək, bundan sonra Nur-Sultan adlanacaq.

Tək şəhərlər deyil, bütöv ölkələr də adını dəyişir. Sonuncu dəfə ötən il Makedoniya Respublikası Yunanıstanla çoxillik mübahisələrə son vermək və NATO-ya üzv olmaq üçün adını "Şimali Makedoniya Respublikası"na dəyişib.  

Eurasia Diary modern.az-a istinadən bu və ya digər səbəbdən adını dəyişmiş ölkələrin siyahısını təqdim edir.

Şri-Lanka/Seylon

Seylonu hələ XVI əsrdə portuqallar Şri-anka adlandırmışdılar. Bu toponim adada çoxluq təşkil edən "sinqal" xalqının adından yaranmışdı. Portuqallardan sonra Şri-Lankaya hollandlar, daha sonra isə britaniyalılar gəlmişdi. Buna baxmayaraq, ada öz adını dəyişməmişdi. 

Hind-Çin yarımadasının digər ölkələrindən fərqli olaraq, Şri-Lanka heç vaxt Böyük Britaniyaya nifrət etməmişdi. Çünki müstəmləkə dövründə ada ciddi iqtisadi inkişafa nail olmuşdu. 

1948-ci ildə Şri-Lanka Britaniya İmperiyasının tərkibində müstəqillik qazandı. 70-ci illərdə nəhayət Seylon adası Şri-Lankaya çevrildi. Əvvəlcə, "Şri-Lanka Respublikası" adlanan ölkə 1978-ci ildə "Şri-Lanka Demokratik Sosialist Respublikası" adlanmağa başladı. Buna rəğmən, istər Qərbdə, istərsə də Şri-Lankanın özündə "Seylon" adı geniş istifadə olunurdu.

2005-ci ildə Şri-Lankanın prezidenti Racapaksa seçildi. Dövr çox ağır idi: ölkədə sinqallar (ölkə əhalisinin 60%-i) ilə tamillər (əhalinin 10%-i) arasında müharibə gedirdi. Milli qarşıdurmanı dayandırmaq üçün prezident Racapaksa xalqları birləşdirmək üçün "Seylon" adından rəsmən imtina etdi.

Esvatini Krallığı/Svazilend

Daha bir toponim dəyişikliyi 2018-ci ilin aprelində Svazilend dövləti ilə bağlı olub. Belə ki, yerli dildə bu ad "svazilərin torpağı" anlamını verir. Lakin kral III Msvati Böyük Britaniyadan  müstəqil olmasının 50 illiyi münasibətilə ölkəsinin adını Esvatini Krallığına dəyişdi. O bunu Swaziland adının ingiliscə Switzerland (İsveçrə) adı ilə oxşar olmasını və xarici ölkə vətəndaşlarının bundan çaş-baş qalmasını əsas gətirmişdi.

İran/Persiya

İranlılar (arilər ölkəsi) öz ölkələrini qədimdən belə adlandırsalar da, sakinlərin çoxunu farslar təşkil edirdi. Hələ qədim yunanların Persiya adlandırdığı ölkə digər millətlər tərəfindən də belə adlandırılmışdı. 1935-ci ilə qədər Persiya adlansa da, Rza şah Pəhləvi ölkəni İran adlandırmağa başladı.

1959-cu ildə Rza şah həm İran, həm də Persiya adlarının paralel olaraq işlədilməli olduğunu desə də, 1979-cu il İran İslam İnqilabından sonra rəsmi sənədlərdə yalnız indiki adı qaldı.

Kambodca Krallığı/Kampuçiya

XX əsrin ortalarından başlayaraq Asiyanın cənub-şərqində yerləşən bu ölkənin adı 5 dəfə dəyişib. 1953-cü ildə Kambodca Krallığı adlanan ölkə Fransadan müstəqillik qazanmışdı. 1970-ci ildə kral Sianuk devrilmiş, hakimiyyətə isə antikommunist və ABŞ əleyhidarı Lon Nola gəlmişdi. Bundan sonra, ölkənin adı Kxmer Respublikasına çevrilmişdi. Bu addım etnik səbəbdən atılmışdı - ölkə sakinlərinin çoxu bu xalqa məxsus idi.

1975-ci ildə "qırmızı kxmerlər" hakimiyyətə gəldikdən sonra ölkənin adı "Demokratik Kampuçiya Respublikası"na çevrildi. Lakin 1979-cu ildə Vyetnamla müharibədən və hakimiyyət dəyişikliyindən sonra vyetnamlı müttəfiqlər ölkənin adını Demokratik Kampuçiya Respublikasına dəyişdilər. 1989-cu ildə konstitutsion dəyişikliklərdən sonra ölkə Kambodca Respublikası adlandırıldı.

Ölkə əvvəlki adına - Kambodcaya yalnız 1993-cü ildə geri döndü. Ölkədə monarxiya bərpa edildi və dövlət Kambodca Krallığı adlanmağa başladı.

İordaniya/Transiordaniya

1921-ci ilin aprelində Millətlər Liqasının Böyük Britaniyadan aldığı mandat əsasında Fələstin ərazisində Transiordaniya Əmirliyi yaradıldı. Bu Əmirlik 1946-cı ildə tam müstəqillik qazandı. 1948-1949-cu il İsrail-Ərəb münaqişəsindən sonra Krallıq adını dəyişərək, İordaniya Haşimi Krallığı qısaca, İordaniya adlanmaşa başladı.

Myanma Respublika İttifaqı/Birma

1948-ci ildə ingilislərdən müstəqillik qazanmış Myanma ilk vaxtlar Birma adlanırdı. Bu toponim də ölkədəki milli çoxluğun adından götürülüb. 1974-cü ildə ölkə sosialist kursu götürdü və Sosialist Birma Respublikası İttifaqı adlanmağa başladı.

Birma adındakı problem onunla bağlı idi ki, ölkə əhalisinin çoxunu təşkil edən birmalılar özlərini bama adlandırırdılar və Birma sözünü bəyənmirdilər. XX əsrin 80-ci illərində hərbi diktatura qorulduqdan sonra bir çox toponimlər, o cümlədən ölkənin adı da Myanma İttifaqına çevrildi.

Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO

Xəbər xətti

Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Hamısı