Parisin məhv olan simvolunun tarixçəsi - FOTO | Eurasia Diary - ednews.net

24 Aprel, Çərşənbə


Parisin məhv olan simvolunun tarixçəsi - FOTO

Maraqlı A- A A+
Dünən Fransanın paytaxtı Parisin ən qədim tarixi abidələrindən olan məşhur Paris Notr-Dam kilsəsində güclü yanğın olub. İlkin məlumata əsasən, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib. Tarixi abidədə qeydə alınan yanğın təxminən 9 saat sonra söndürülüb. Rəsmi şəxslər kilsənin təmiri üçün beynəlxalq yardım kampaniyası başladacaqlarını açıqlayıblar.
 
Parisin simvolu
 
Paris Notr-Dam kilsəsi (və ya Paris Məryəm ana kilsəsi) Paris şəhərinin mərkəzində yerləşir və Fransa paytaxtının başlıca simvolu sayılır. Qotik üslublu katolik kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb. Kilsənin inşası tamamlandığında qərbin ən böyük kilsələrindən biri olub. Öz memarlığı ilə fərqlənən kilsə uzun müddət Paris memarlığında birinciliyi öz əlində saxlayıb və kralların tac geyindiyi Reyms Notr-Dam kilsəsi, Amyen Notr-Dam kilsəsi və Bove Notr-Dam kilsələri ilə müqayisə edilib. Bu kilsələr 1239-cu ildə Müqəddəs Tacın orta əsrlər Kral kilsəsinə gətirilməsi, 1804-cü ildə Napoleonun tacqoyma mərasimi, Bordo hersoqunun vaftiz edilməsi, Adolf Tier və Sadi Karnonun dəfn mərasimləri kimi tarixi hadisələri özündə cəmləşdirir. 26 avqust 1944-cü ildə Parisin azad edilməsi günündə general Şarl de Qollun hüzurunda Maqnifikat sərgilənir. Dini mərasimlərə 1970-ci il 12 noyabrda Şarl de Qollun ölümü, 1974-cü il 6 apreldə Jorj Pompidunun ölümü və 1996-cı il 11 yanvarda Fransua Mitteranın ölümü kimi hadisələr daxildir. 
 
Dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı tarixi romanı sayəsində katedral dünyanın ən tanınmış abidəsinə çevrilir. 
 
Bu kilsəni (eyni zamanda kiçik bazilikanı) il ərzində 20 milyondan çox insan ziyarət edir. Bu ziyarətçi sayı kilsəni Parisin və bütün Avropanın ən çox ziyarət edilən məkanına çevirir. 2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilib. 
 
Image result for costruzione della cattedrale di notre dame
 
 
 
Dəhşətli yanğın
 
Dünyanın mədəniyyət incisi adlandırılan, 856 illik Notr-Dam-de-Paris kilsəsi 2019-cu il 15 aprel tarixində yanğın nəticəsində kilsənin qülləsi aşıb.
 
 
Пожар в соборе Парижской Богоматери
 
Пожар в соборе Парижской Богоматери
 
Пожар в соборе Парижской Богоматери
 

Ehtimal edilir ki, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib. Paris meri Ann İdalqo açıqlamasında bildirib ki, kilsənin mehrabı və mehrab xaçı yanğın zamanı zərər çəkməyib. Yanğında xilas olan bütün sənət əsərləri Paris meriyasına gətirilib. Çərşənbə axşamı və ya çərşənbə günü onlar Luvr muzeyinə köçürüləcək.

 

Hazırda yanğınla bağlı "tarixi abidənin bilmədən yandırılması" maddəsi üzrə istintaq işlərinə başlanılıb. Paris Prokurorluğu hadisənin cinayət əməli deyil, qəza nəticəsində baş verdiyini güman edir.

Bütün dünya üçün faciə

The Guardian qəzetində Parisin "dəhşətli itki" ilə üzləşməsilə bağlı təəssüf hissi keçirdiyi deyilir və əlavə olaraq qeyd olunur ki,  Notre Dame-dakı yanğın "güclü emosional ağrıya" səbəb olub. Nəşrdə deyilir ki, "Fransanın ürəyi və Avropanın ruhu qəfil çıxarılıb". "Parislilər küçədə ağlayırdılar, həqiqətən də bütün dünya ağlayırdı", - Independent qəzeti yazır. 

 

Katedralın gələcəyi 
 
Amerikan qəzeti The Washington Post yazır ki, "Notre Dame ölməyib və yenidən qalxacaq, amma heç vaxt əvvəlki kimi olmayacaq". Nəşrdə həmçinin, qeyd olunur ki, "Katedralın dağılması Parisə zərbədir".

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...