Notr-Dam yanğınından sonra ən çox satılan kitab | Eurasia Diary - ednews.net

24 Aprel, Çərşənbə


Notr-Dam yanğınından sonra ən çox satılan kitab

Maraqlı A- A A+

Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının beş nəşri kilsədəki yanğından sonra aprelin 16-da “Amazon” platformasının Fransa seqmentində ən çox satılan 100 kitabdan biri olub.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, online-reteylerin saytında dərc olunan məlumata əsasən, həmin kitablar hazırda siyahıda 2-ci, 6-cı, 18-ci, 35-ci və 58-ci yerləri tutur. Həmçinin Notr-Dam kilsəsinin tarixi və memarlığı barədə bir neçə kitab da bestsellerlər sırasına düşüb.

“Paris Notr-Dam kilsəsi” romanı 1831-ci ildə dərc olunmuşdu. Bundan on il sonra kilsənin miqyaslı bərpasına başlanılmışdı. Böyük Fransa inqilabı zamanı zədələnmiş heykəltəraşlıq hissəsi təmir olunmuş, həmçinin binaya yeni mil qoyulmuşdu.

Xatırladaq ki, Parisin simvolu sayılan Notr-Dam kilsəsində yanğın aprelin 15-də yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 20:50) başlayıb. Təqribən 9 saat davam edən yanğını yalnız aprelin 16-da səhərə yaxın söndürmək mümkün olub. Alovla mübarizədə 400-ə yaxın yanğınsöndürən iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...