“Bir insanı xilas edən bütün insanlığı xilas etmiş olur” Jeroen Vilyams - ÖZƏL

Müsahibələr 12:47 28.08.2017

Bu yaxınlarda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, əməliyyatlar bölməsinin rəhbəri Jeroen Vilyams və layihə meneceri Ramilə Aslanova ilə birlikdə Azərbaycanın müharibədən zərər çəkmiş ərazilərinə səfər edib. Səfərin məqsədi qonaqları Azərbaycanın Tərtər və Bərdə rayonlarının geniş sosial-iqtisadi inkişafı ilə tanış etmək, həmçinin BAMF-ın uzun illər ərzində orada gördüyü işləri əyani olaraq göstərmək idi.

Səfər zamanı BAMF Tərtər və Bərdə rayonlarının icra başçıları ilə bir neçə mühüm görüş təşkil edib. Tərəflər uzunmüddətli əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Qonaqlar həmçinin BAMF-ın Tərtər rayonunda yerləşən Peşə Təhsil Mərkəzinə baş çəkiblər və Fondun beynəlxalq təşkilatlar və  BMT strukturları ilə, Azərbaycandakı müxtəlif diplomatik missiyalar və Azərbaycan höküməti ilə əməkdaşlıq əlaqələri quraraq reallaşdırdığı layihələrlə tanış olublar.

Qısa tanışlıqdan sonra Jeroen Vilyams BAMF-ın işini yüksək qiymətləndirib. Avropalı rəsmi bildirib ki,  bu ərazilərdə sosial-iqtisadi inkişaf layihələrinin həyata keçirilməsi regionların inkişaf tempindəki fərqi azaltmağa və insanların hələ də hiss etdikləri münaqişənin ağır nəticələrini aradan qaldırmağa imkan verir.

Jeroen Vilyams səfər barədə təəssüratlarını Eurasia Diary ilə bölüşüb.

“AB-də insanların əksəriyyəti bəlkə də Dağlıq Qarabağ münaqişəsini yaddan çıxarıb, lakin Bərdədə eləcə də Tərtərdə biz 25 il bundan öncə sahib olduqları hər şeyi məcburən tərk etmiş və bu günədək o zaman yaşananların ağır nəticələri ilə üzləşən çox sayda insan görürük. Əgər söhbət böyük siyasətdən gedirsə bu mənim səlahiyyətlərimə daxil deyil, ancaq məsələ bu insanlara münasib iş tapmaq, öz bacarıqlarını artırmaqdan ibarətdirsə bu sahədə Avropa Birliyi  dövlət, özəl sektor və vətəndaş cəmiyyəti ilə səylərini birləşdirməyi davam etdirməyə şad olar”, deyə Jeroen Vilyams bildirib.

“Mən BAMF-ın bu sahədə gördüyü işlərlə tanış oldum və biz bunu yüksək qiymətləndiririk. Ümid edirəm ki, BAMF daha geniş miqyasda fəaliyyət göstərərək Azərbaycanın sərhədlərini aşacaq. Ehtiyatlarınızın məhdud olduğunu və bir layihənin yalnız müəyyən sayda insana yönəldildiyini anlasaq da bu məqamda bir atalar sözünü dilə gətirmək istəyirəm. Bir insanı xilas edən bütün insanlığı xilas etmiş olur. QHT-lərin icmalar və həssas qrupların sosial-iqtisadi inkişafı üçün gördüyü mühüm işlər dənizdə bir damla kimidir və ola bilər ki, hər kəsin həyatını yaxşılaşdıra bilməsin. Lakin biz bəzi insanların həyatını AB-nin də köməyilə yaxşılaşdıra bilmişiksə o zaman düşünürəm ki, insanlığı qorumuşuq. Əgər biz kənd icmalarında həssas qruplara özləri üçün istənilən formada hədəflər müəyyən etmələrinə imkan yarada bilsək ən azından şəxsi həyatlarında onlara yardımçı olmuş oluruq” deyə Avropalı qonaq əlavə edib.

  BAMF-ın minalardan təmizlənmə üzrə qrupu ilə görüş zamanı Jeroen Vilyams ekspertlərlə görüşərək onların cəbhə xəttinə yaxın ərazidə gördükləri işlə tanış olub. “Şəxsən mənim üçün minalardan təmizləmə işi çox təsirli oldu çünki, heç vaxt münaqişənin nəticələrini görmək üçün təmas xəttinə bu qədər yaxın olmamışdım. Sanki sən müharibə vaxtı oradasan. Orada güllələnmiş evləri və kiçik həyatı görürsən. Bunu hiss etmək olur. Həqiqətən də bizi ora apara bildiyiniz üçün sizə böyük təşəkkür edirəm. Bu bizim üçün uzun müddət yaddaşımızdan silinməyəcək bir səfər idi” – deyə Avropalı qonaq təəssüratını bölüşüb. Yeri gəlmişkən, BAMF qonaqların Azərbaycanın Tərtər və Bərdə rayonlarında yerləşən istixanalarına, kəndlərinə, ferma və fabriklərinə də səfərlərini təşkil edib. Bu ərazilərə və obyektlərə baxış həyata keçirən Jeroen Vilyams bildirib ki, Azərbaycan kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir.Bu sahələrin böyük  potensialı var və kənd təsərrüfatının inkişaf etdirilməsi sayəsində Azərbaycana daha çox gəlir verə bilər.

Jeroen Vilyams həmçinin qeyd edib ki, AB-nin iştirakı ilə bu ərazilərdə kənd təsərrüfatı və turizmin inkişafı istiqamətində qarşılıqlı fayda verəcək layihələrin həyata keçirilməsi üçün yaxşı potensial var. “Azərbaycan və AB regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində layihələr üzərində birgə çalışa bilər. Məsələn, biz istehsalı artırmaları üçün kiçik fermerlərə dəstək olmaq istərdik. Birgə işləyərək və bir-birindən öyrənməklə kiçik fermerlər misal üçün, daha keyfiyyətli toxumları əldə edə bilərlər. Bu cür kiçik addımlar böyük təsirə malik ola bilər və düşünürəm ki, biz burada önəmli rol oynaya bilərik. Bərdə şəhəri qədim tarixi keçmişi ilə turizmin inkişafı üçün böyük potensiala malikdir. Ekspert olmasam da, “ Nüşabə türbəsi” mənə görə UNESCO-nun mədəni irsi siyahısına daxil edilə bilər. Əgər yaxşı işıqlandırma olsa, şəhərdə müxtəlif tarixi abidələrin gözəl təsviri yerləşdirilsə, tarixdən bəhs edən bir neçə stend qoysanız çoxlu sayda turist cəlb etmiş olarsınız. Kənd yerlərində turizmin inkişaf etdirilməsi sahəsində sizinlə əməkdaşlıq etməyə şad olarıq”

Avropalı rəsmi  həmçinin AB-nin dəstək olduğu Tərtər rayonundakı çiyələk fermasında da olub. Ferma “Azərbaycanda kənd təsərrüfatı rayonlarının meliorasiyası – çiyələk və tərəvəzçilik  üçün münbit şəraitin inkişaf etdirilməsi yolu ilə kiçik fermerlərə dəstək olmaq  layihəsi çərçivəsində yaradılıb. Bir zaman yeni şitillərlə və damcı üsulu ilə suvarma üçün sadə lakin effektli alətlərlə təmin edilən fermerlərə baş çəkərkən o bunun yaxşı bir nümunə olduğunu deyib və əlavə edib ki, az sayda vasitələrlə, iri şirkətlər və investisiyalar olmadan buradakı  insanlar həyatını dəyişə, gəliri ikiqat artıra və həyat keyfiyyətini yaxşılaşdıra bilər.

“ Səfər bütövlükdə xoşuma gəldi və mən çox şey gördüm. Biz cəbhə xəttinə yaxın ərazidə yerləşən, daha əvvəl görmədiyim iki rayonda olduq. Siz orada həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin əhaliyə təsiri və çox sayda qaçqın görə bilərsiz. Siz burada Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)  gördüyü çox mühüm işlərə də şahid ola bilərsiz. Fondun işi qürürvericidir çünki, onlar kənd təsərrüfatı və ya minalardan təmizlənmə kimi sahələrdə çalışmaq üçün imkanlar yaratmaqla bu çətin şəraitdə insanlara ümid verirlər. Onların eləcə də, “Avrasiya Kredit” adlı yaxşı idarəolunan mikromaliyyələşdirmə strukturu var. “Avrasiya Kredit” müharibədən zərər çəkmiş regionların yoxsul ailələrinə kredit verir. Bu ümid və səadətdir. Bunu daha da inkişaf etdirmək lazımdır. Gördüklərimiz min dənə kitab və hesabatdan daha qiymətlidir. Bunun insana təsiri daha uzun sürəndir” –deyərək Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmisi, əməliyyatlar bölməsinin rəhbəri Jeroen Vilyams səfər barədə təəssüratını yekunlaşdırıb.

Müsahibəni götürdü:

 Anastasiya Lavrina, Eurasia Diary 

İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

Polşada Zelenskiyə sui-qəsd etməyə çaılan adam həbs olunub
Polşada Zelenskiyə sui-qəsd etməyə çaılan adam həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Hamısı