NATO və Rusiyanın Bakı görüşündən gözləntilər - ÖZƏL | Eurasia Diary - ednews.net

18 İyul, Çərşənbə


NATO və Rusiyanın Bakı görüşündən gözləntilər - ÖZƏL

Müsahibə

A- A A+
NATO və Rusiya Azərbaycanda yüksək səviyyəli görüş keçirəcək. BuzzFeed News-un bazar ertəsi verdiyi xəbərə əsasən, Avropa Müttəfiq Qüvvələr komandiri general Curtis Scaparrotti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla Bakıda yanvar ayının sonlarında görüşəcəklər.
 
Beynəlxalq təhlükəsizlik və hərbi əlaqələr üzrə ekspert, siyasi analitik və İtaliyanın Strateji Araşdırmalar üzrə hərbi mərkəzin sabiq tədqiqatçısı, Fabrizio Minniti Eurasia Diary-ə verdiyi özəl müsahibəsində bildirib ki, Azərbaycan artıq ikinci dəfədir ki, NATO və Rusiya arasındakı maraqların yenilənməsi üçün aparılan danışıqlarda neytral ərazi və geosiyasi bir mərkəz olaraq seçilib. Siyasi analitik qeyd edib ki, ölkə ittifaqda yaxın tərəfdaş kimi qəbul edilərək, NATO-nun Kosovodan Əfqanıstana qədər əməliyyatlarında müdafiə, təhlükəsizlik və sülh quruculuğu sahəsində missiyaları üçün əməkdaşlığa böyük dəstək olub.
 
“Aydındır ki, Azərbaycan belə görüşləri qərəzsiz olaraq özünə uyğun bilir, burada həm Moskva təhdidlə qarşılaşmır, həm də NATO Bakını özünə tərəfdaş olaraq görür”-deyə, o əlavə edib.
 
Fabrizio Minniti qeyd edib ki, geosiyasi nöqteyi nəzərdən, Bakı Rusiya ilə danışıqlarda impulsiv xarakterə malik olmaqla eyni zamanda strateji mərkəz və NATO ilə isə etibarlı müttəfiq rolunu oynayır.
 
Onun fikrincə, Rusiyanın sonuncu hərbi təlimi, Zapad 2017, aşağıdakıları nəzərə alsaq gərginliyi artırıb:
 
1) Rusiya hərbi təlimdən regional sabitliyi sarsıdan qoşunların hərəkətini gizlətmək üçün istifadə edib.
 
2) 2011-ci il Vyana sənədinə əsasən, Moskva bildirişləri və beynəlxalq müşahidəçiləri nəzərdən qaçıraraq, Zapad-da istifadə olunan əsgər sayiı barədə yalan məlumat verib.
 
Ekspert deyib ki, zirvə görüşündən gözləntilər azdır, çünki bu danışıqları eyni zamanda, hərbi fəaliyyətlərin yenilənmiş şəffaqlığını təşviq etməklə tərəflər arasında açıq kanal saxlayır.
 
Atlantik İttifaqı 2014-cü ildə Moskva ilə mülki və hərbi əməkdaşlığı dayandırmağı və Rusiyanın da buna cavab olaraq, Ukrayna ilə münaqişəsi və Baltik və Qara dənizindəki təxribatçı hərbi fəaliyyətləri, NATO-Rusiya münasibətlərini mürəkkəbləşdirir.
 
O sonda bildirib ki, Rusiya və NATO arasında çoxlu fikir müxtəlifliyi var, amma siyasi və hərbi danışıqları davam etdirmək üçün bu əməkdaşlıq vacibdir.
 
Fərid Həsənov

Eurasia Diary

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...