"Üçüncü dünya müharibəsi olmayacaq" Oleq Kuznetsov - ÖZƏL

Müsahibələr 12:17 16.04.2018

Rusiyalı politoloq və tarixçi Oleq Kuznetsov Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə keçirdiyi görüş zamanı ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələrinin Suriyaya endirdiyi zərbələrlə bağlı Eurasia Diary-ə özəl müsahibə verib.

Qeyd edək ki, NATO koalisiyanın qərarını dəstəkləyib. Rusiyaya isə hücum barədə öncədən xəbər verilməmişdi.

- Suriyada son günlərdə gərginliyin artmasını necə dəyərləndirirsiniz?

 - Rusiya və Suriyanın havadan müdafiə sistemi olduqca güclüdür. 2013-ci ildə Suriyaya, qanuni hökumət olan  B. Əsədə qarşı kollektiv şəkildə raket zərbələri endirilməsi ilə bağlı ilk plan müzakirə edilərkən NATO-nun 1300 təyyarəsi vardı. Əgər onların hamısı havaya qalxaraq hücum təşkil etsəydilər 450-550 təyyarə itirəcəkdilər. Bu əslində bütün donanmanın üçdə bir hissəsidir. Hərbi təyyarələrin qiyməti isə 700 milyon dollardan 1,5 milyard dollara kimidir. 2013-cü ildə Suriya havadan  müdafiə sistemləri o qədər güclü idi ki, onlar  Dəməşqə zərbə endirsəydilər, həmin vaxt İŞİD-lə mübarizə aparan Amerika yönlü koalisiya döyüş təyyarələrinin üçdə birini məhv edə bilərdi.

Buna uyğun olaraq, belə bir müharibənin qiyməti və NATO ölkələrinin maddi itkiləri, trilyon dollarla ölçülərdi. Təbii ki, hər hansı bir müharibə müəyyən qədər maddi gəlir əldə etmək üçün aparılır. Bu cür maddi xərclər açıq-aydın Əsəd rejiminin devrilməsindən əldə olunan qazancla müqayisə olunmaz idi. Və o zaman NATO ordusu bundan imtina etdi.

İndi Rusiyanın Suriyadakı hərbi iştirakı yüksək səviyyəyə çatıb. Suriya hava məkanının 40%-i Rusiyanın havadan müdafiə sistemlərinin nəzarəti altındadır. Bu mənada, Suriya Ərəb Respublikasının bütün ərazisində hər hansı genişmiqyaslı hücumların həyata keçirilməsi fiziki anlamda mümkünsüzdür. Xüsusilə də, Rusiya Baş Qərargahı aydın şəkildə bildirib ki, yalnız qanadlı raketlər deyil, həm də təyyarə və onların digər daşıma vasitələri vurulacaq. Daşıma vasitələrinə həm sualtı qayıqlar, həm də gəmilər aid edilə bilər və məhz bu obyektlərə cavab zərbəsi endirilə bilər. Ancaq yenə də, başa düşmək lazımdır ki, bu dəniz və ya hava gəmisinin dəyəri müqayisəolunmaz dərəcədə yüksəkdir. Üstəgəl müqayisəolunmaz reputasiyanın qazanılması üçün çəkilən xərclər var.

Mən çох yaxşı başa düşürəm ki, Suriya ordusunun döyüş qabiliyyəti aşağı səviyyədədir. Dəfələrlə Ərəb-İsrail müharibəsi zamanı ərəb pilotlar psixi emosional durumları ilə istənilən döyüşdə davamsızlıq göstərirdilər. Hətta müharibə maşınının işə düşməsi təsdiqini tapmadıqda belə onlar oradan uzaqlaşırdı. Suriya tank bölmələri, üsyançılar və beynəlxalq terrorçuların atəşinə tuş gələndə, həm də onların emosional durumuna görə öz döyüş sursatlarını atıb qaçırdılar, lakin tanklar hədəfə tuş gəlsə də ciddi zərər görməmiş və döyüşü davam etdirə bilmişdilər. Canlı qüvvənin keyfiyyəti baxımından Suriya ordusunun səviyyəsi güclü deyil. Təbii  ki, bundan NATO hərbçiləri də istifadə edir. Və bunun üzərindən bir çox hesablaşmalar aparılır. Ancaq Rusiyanın məsuliyyətli olduğu əraziyə hər hansı zərbə endirilərsə ABŞ-ın müttəfiqləri daha ciddi problemlə üzləşəcəklər.

- Nə üçün beynəlxalq ictimaiyyət, xüsusilə, BMT Təhlükəsizlik Şurasına daxil olan supergüclər Suriya vətəndaşlarının həyatını yüksək qiymətləndirmirlər?

- Qərbdə "Qızıl Milyard" nəzəriyyəsi var. Qızıl milyard NATO, Aİ və yaxud Böyük Yeddilər Qrupuna daxil olan, o cümlədən Yaponiya və onun ən yaxın müttəfiqləri Honq Konq və Sinqapur kimi iqtisadiyyatı yüksək inkişaf etmiş cırtdan ölkələrdir. Qərbin zehniyyəti, Rusiyanı, Çini, Azərbaycanı, bütün Asiya ölkələrini, bütün İslam aləmini, Afrikanı və bütün Latın Amerikası da daxil olmaqla onlarla birlikdə olmayanların onlara qarşı  olduğu şəklindədir. Bu, qızıl milyard ölkələrilə müqayisədə fərqli davranıla bilinəcək ölkələrdir. Qərb dünyasının zehniyyətində lap əvvəldən "özününkü- özgəsininki” kimi ayrıseçkilik durur.

Yeltsinin hakimiyyəti dövründə Rusiya Böyük Səkkizliyə (G8) daxil idi. Sonra G8 üzvlərinin sayı azaldı və Rusiya Federasiyası bu qızıl milyarddan çıxarıldı. Dünyanın qalan hissəsi, o cümlədən Suriya, heç vaxt bu "elit kluba" aid edilməmişdi. Qərb ideologiyasına görə, qızıl milyardın xaricində olanlar düşmən sayılır. Buna görə Orta Şərq və Rusiyanın sakinlərinin qanı sadəcə nəzərə alınmır. Biz onlar üçün ikinci dərəcəli insanlarıq. Bu mənada, Avropa ekspertlərinin heç birinin orada yüz minlərlə insanın öldürüldüyü ilə bağlı problemləri olmayacaq. Çünki bu insanların onlara aidiyyatı yoxdur.

- Niyə dövlətlərə öz problemlərini həll etməyə imkan verilmir? Supergüclərin suveren ölkələrə müdaxilə etməyə nə haqqı var?

- Yenə də "Qızıl Milyard" nəzəriyyəsinə qayıdıram. Qızıl milyard və ya onlara  müttəfiq olan ölkələrdə yaşayan insanlar öz talelərinə dair qərarları özləri verir. Onlara bu icazə verilir. Digər ölkələr xaos zonası sayılır və onlara münasibətdə BMT konvensiyaları və BMT Baş Assambleyasının bəyannamələrində nəzərdə tutulanlara dair tamamilə fərqli bir siyasət həyata keçirilir. 

- Önümüzdəki illər üçün bu bölgəyə dair proqnozlarınız nədir?

- Ciddi strateji planlaşdırma haqqında danışmaq çox tezdir, lakin müəyyən tendensiyaları izləmək olar. Birincisi, birqütblü dünya artıq yoxdur və olmayacaq. İndi üç alternativ regional mərkəzdə sürətli inkişaf gedir: Çin, Hindistan, Braziliya. Bu ölkələrdə böyük insan və sənaye potensialı var. Və ən əsası, onların siyasi iradəsi var.

Əlbəttə ki, ABŞ-a qarşı çıxan Rusiyanı nəzərə almırıq. Əgər Amerika və onun müttəfiqləri özlərinin əldən çıxmış hegemonluqlarını hərbi vasitələrlə qorumağa çalışdıqları halda Çin və Hindistan öz siyasətlərini daha çox sosial-iqtisadi sahədə yürüdürlər. Biz çox yaxşı bilirik ki, Afrika ölkələrinin yarısı dolları uzun müddətdir ki,  valyuta kimi istifadə etmir. Cənub yarımkürəsində yerləşən Cənubi Afrika və Namibiya istisna olmaqla, bütün Afrika əsas ödəniş vasitəsi kimi Çin yuanından istifadə edir.

- İnsanların müharibənin nə olduğunu bilməməsini, öz torpaqlarında ailələri ilə sülh şəraitində yaşamalarını istərdim. Dünyada sadə vətəndaşa xoşbəxtlik üçün başqa nə lazımdır?

- Mən sizinlə tamamilə razıyam. Təəssüf ki, müharibə aparanların qiymətləndirmə meyarları fərqlidir. Biz yaxşı bilirik ki, Suriyadakı siyasi rejimin məhv edilməsinin əsas məqsədi Qətərdən Avropaya qaz kəmərinin çəkilməsi imkanının yaradılmasıdır. Beləliklə, Avropa Rusiya qazının təsirindən azad olur. Suriyadakı müharibə isə makroiqtisadi baxımdan  tamamilə Rusiyaya qarşı yönəldilib.

Qətər ən böyük təbii qaz ehtiyatlarına malik dünyada ikinci dövlətdir. Qətərdən Avropaya qaz ötürmək üçün iki ölkənin - Suriya və Türkiyənin hökumətlərinin dizlərini yerə qoymaq lazımdır. Buna görə ötən il Türkiyədə dövlət çevrilişinə cəhd edildi, buna görə Suriyada müharibə aparılır, Qətər qazı Avropa bazarında Rusiya ilə rəqabətə apara bilsin.

Müharibələrin təşkilatçıları üçün insanların həyatının, mədəniyyət dəyərlərinin, bu planetin insanlarının əksər hissəsinə yaxın olan universal anlayışlar önəmli deyil. Bu insanlar ümumi iqtisadi, siyasi hökmranlıq üçün çalışırlar. Onlar özlərini tanrılarla müqayisə edirlər.


Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Hamısı