ABŞ dövlətlərin daxili siyasətinə niyə müdaxilə edir? Amerikalı politoloq - ÖZƏL

Müsahibələr 11:08 17.04.2018
Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Azərbaycan hökuməti yanında amerikalı məsləhətçi Ceyson Katz Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüş zamanı Eurasia Diary-nin supergüclərin və BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin dünyada gedən müharibələrə görə məsuliyyət daşıması ilə bağlı suallarını cavablandırıb. 
 
- Amerika Birləşmiş Ştatları və BMT Təhlükəsizlik Şurasının üzv olan digər ölkələrin dünyada baş verən çoxsaylı münaqişələrdə rolu və məsuliyyəti nədən ibarətdir?
 
- ABŞ-ın xarici siyasəti Truman hakimiyyəti dövründə işlənib-hazırlanıb. İkinci Dünya müharibəsindən sonra Amerika xarici siyasəti məlum olduğu kimi, Marşal planından başladı (1947-ci ildə Avropa ölkələrinin iqtisadiyyatının müəyyən şərtlərə bərpasını nəzərdə tutan Marşal Planı hazırlanıb). Bu, Yaponiyanın bərpası ilə başlandı.
 
O zamanlar Amerika sülhyaratma və demokratiya və azadlığın təminatçısı missiyasını üzərinə götürmüşdü. Mən həqiqətən, bu rola inanıram, baxmayaraq ki, Birləşmiş Ştatlar bir müddətdir ki, bu adı itirib.
 
Eyni zamanda, Amerika digər ölkələrdə Amerika idarəçiliyini, Amerika dəyərlərini tətbiq etməməlidir. Bunun səmərəsiz olduğu sübut edilib. ABŞ İraq xalqına məhz demokratiyanı gətirmək üçün ikinci dəfə İraqa hücum etdi. Biz demokratik seçkilər keçirdik və onun İraqda keçirilməsinə sevinirdik. KİV-də bu seçkilərə çox diqqət ayrılırdı: iraqlıların səs verdikləri zaman bənövşəyi barmaqları ilə olan görüntülərini yayırdılar. Əslində, səsvermə demokratiyanın funksiyalarından yalnız biridir, demokratiyanın özü deyil. Biz İraqda demokratiyanın qələbəsinin çox erkən qeyd edildiyini görürük. Bir neçə onillikdən sonra İraq demokratiyaya bir az da olsa belə yaxınlaşmayacaq. İraqda iğtişaşlar davam edir. İndi ölkə xarici qüvvələrin təsirinə məruz qalır.
 
- Bəlkə, o zaman İraqın daxili işlərinə müdaxilə etmək lazım deyildi? Ümumiyyətlə, super güclərin suveren dövlətlərin daxili işlərinə müdaxiləsini necə qiymətləndirirsiniz?
 
- Amerika hökuməti xüsusilə, İkinci Dünya Müharibəsindən sonra digər ölkələrdə qan tökülməsinə biganə qala bilmir. ABŞ ehtiyacı olanlara yardım etməyin lazım olduğu fikrindədir.
 
Fakt faktlığında qalır: ABŞ əsgərləri İraqı tərk etməsəydilər, Suriyada müharibə, İŞİD və Rusiyanın bölgəyə müdaxiləsi baş verməyəcəkdi. İraqı vaxtından əvvəl tərk etməklə böyük səhv etdik. Bunun nə ilə nəticələndiyini görürük. Əfqanıstan üçün də eyni şeyi demək olar. İndi biz bu insanların qarşısında məsuliyyət daşıyırıq.
 
ABŞ Ukraynaya münasibətdə yanlış davrandı. Bir zamanlar ABŞ Ukraynaya onun beynəlxalq arenada ən əsas kartı olan nüvə silahlarından imtina edəcəyi təqdirdə onun təhlükəsizliyin təminat vermişdilər. Biz onları qoruyacağımıza dair təminat verdik, sonra isə bunu etmədik.
 
Digər tərəfdən, ABŞ-ın hər yerdə müdaxilə etməsi lazım olduğunu düşünmürəm. Müdaxilə ehtiyatlı, düşünülmüş, metodik və yalnız ölkədə qan töküldüyü halda olmalıdır. İdeal halda, əlbəttə ki, suveren dövlətlər daxili məsələrini özləri  həll etməlidirlər. Hesab edirəm ki, BMT dövlətlərin daxili işlərinə sadəcə qan tökülməsini dayandırmaq üçün müdaxilə edir. Onları digər ölkələrdəki seçkilərin nəticələri, nazirlərin tərkibi və s. narahat edir.
 
- Necə düşünürsünüz, BMT Təhlükəsizlik Şurası öz vəzifələrini yerinə yetirirmi?
 
- Hesab edirəm ki, BMT bütövlükdə öz funksiyasını itirir. Üzv ölkələrin edə biləcəyi yeganə şey veto qoymaqdır. Veto qoyulduqdan sonra müzakirə ləğv edilir.
 
Əgər biz BMT-nin beynəlxalq təhlükəsizlik məsələləri və beynəlxalq münaqişələrdə hakim rolu oynamasını istəyiriksə, ona qərar qəbul etmə zamanı üstünlük verilməlidir.
 
Biz görürük ki, BMT-nin qətnaməsi əhəmiyyətsizdir. BMT-nin Dağlıq Qarabağa dair 25 il əvvəl qəbul edilmiş qətnamələri mövcuddur və onlar Ermənistan tərəfindən inkar edilirlər. BMT-nin özü quruluş etibarilə buna şərait yaradır.

 


İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı