"Oskar"ın bir addımlığında olmuş Azərbaycan filmi haqqında heç yerdə oxumadığınız FAKTLAR - ÖZƏL

Müsahibələr 12:45 07.05.2018

2013-cü ildə “Çölçü” Azərbaycan filmi “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə dünyanın əsas kino mükafatı olan “Oskar”ın uzun siyahısına daxil edilmişdi.

Bu film çölü özünə yurd yeri seçmiş Ulu və cavan çölçünün məhəbbəti haqqında nağılvari bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə qısa saçlı bir qız gəlir. Və Çölçünün həyatına öz nağılını qatıb, onun həyatını dəyişir..

Eurasia Diary  “Çölçü” filminin rejissoru Şamil Əliyevlə müsahibəni təqdim edir:

Shamil Aliyev adlı şəxsin şəkli.

- Necə oldu ki, Çölçü filmini çəkməyə qərar verdiniz?

- Çölçü filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Filmin büdcəsi 1 milyon 100 min manat civarındadır. Çəkilişlər 2011-ci ildə başa çatdı və film 2012-ci ildə ekranlaşdırıldı.

  Ssenari məndən qabaq bir neçə rejissora təklif olunmuşdu. Ancaq mənə təklif gələndə ssenaridə özümə yaxınlıq hiss elədim və nəyi qabarda bilərəm deyə düşündüm. Hiss elədim ki, burada mən əsasən qloballaşmanın bir faktor kimi önə çıxmasını göstərməyə meyl edəcəm. Bilirsiniz, ssenari ilə film fərqlənə bilir. Burada da elə bir şey baş vermişdi. Filmdəki hadisələr bir neçə istiqamətdə, şaxədə inkişaf edə bilirdi. Bu Vidadi Həsənovun ilk ssenarisi idi. Onun həmin vaxta kimi heç bir ssenarisi qəbul olunmamışdı və çəkilməmişdi, eləcə də o vaxta qədər özü ssenari yazmamışdı.

Bu ssenarinin yazılmasında rəhmətlik Vaqif İbrahimoğlu da yaxından iştirak edib, Vidadiyə müəyyən köməkliklər göstərib. Vidadi  Həsənov özü də onu ustadı hesab edirdi. Biz filmi çəkən ərəfədə Vaqif müəllim rəhmətə getdi. Sağ ikən ustadı ona kömək eləmişdi. Qeyd edim ki, Vidadi Həsənov bu ssenarini Hollivud ekspertlərinin treninqlərində yazmışdı.

O vaxt Gürcüstanda IFASC deyilən bir proqram var idi. Bu proqram İsveçrədən dəstək alırdı. Gürcüstanda üç ölkənin - Azərbaycan, Ermənistan, Gürcüstanın kinomatoqrafçılarına treninqlər keçirdilər. Orada beynəlxalq standartlar səviyyəsində ssenari müəllifləri, dünyaca tanınmış kino ekspertləri Vidadinin rəhbərləri oldu. Ona görə ssenari belə sanballı yazılmışdı. Buna baxmayaraq, ona özüm də müəyyən dəyişikliklər etdim. Mən ssenaridə olan qlobballaşmanı bir faktor və problem, bəşəriyyətin qabağında dura biləcək bir təzahür kimi qabartmağa çalışmışam. Filmdə qloballaşmanın bu və ya digər xalqa nə verə bilməsi, qloballaşmanın əsiri olmaq lazımdırmı, qloballaşmaya qarşı dayana bilərik yoxsa yox kimi nüanslara toxunulur. Axı qloballaşma çox vaxt bizi mədəni özgürlüyümüzdən, kökümüzdən, irsimizdən müəyyən mənada uzaq da sala bilir. Əgər xalq möhkəm, öz mədəniyyətinə, kökünə bağlı olmasa əriyib gedəcək. Dünyada çox xalqlar var ki, itib gedib və itmək üzrədir. Niyyətim isə bunları adi məhəbbət hekayəsi vasitəsilə tamaşaçıya göstərmək idi.

Başlamağımız belə oldu. Mən “Çölçü”nün ssenarisini götürdüm və film üzərində çox gözəl, ustad operatorumuz  Rafiq Quliyevlə bərabər işlədik. Vidadi Ulu çölçünü oynamalı oldu. Pantomima Teatrının aktyoru Bəhruz Vaqifoğlu cavan çölçü obrazını canlandırdı. O, “Çölçü”dən sonra Prezidentin sərəncamı ilə  əməkdar artist adını da aldı. Amma qısa saçlı qız rolunu gürcü aktrisası Salome Demuria oynadı. Mən çox ciddi axtarışlar eləmişdim. 50-ə qədər azərbaycanlı aktrisasının foto sınağını, 6-sının isə kino sınağını etdik. Onu da deyim ki, Bədii Şurada da mənə heç bir qadağa qoyulmadı. Onlar çox yaxşı aktrisa idi, ancaq mənə lazım olan deyildi. Buradakı qız bir az yad bir varlıq, yad bir element kimi çölə düşməli idi. Bunun üçün çox axtarışlar apardım, ancaq alınmadı. Lakin deyim ki, Salome Demuria “Çölçü”də uğurla çıxış etdi, unikal bir obraz yaratdı .

Onun o yadlığı məhz Salome Demuriada var idi. Salome çox canla-başla işlədi. 28 çəkiliş günü oldu. Çəkilişlər Goranboy çölündə aparıldı. Bütün çəkiliş qrupu 50 dərəcə istinin altında işləyirdi. Bütün aktyorlar sağ olsunlar, o əziyyətə qatlaşdılar və beləcə biz filmi çəkdik. Qeyd edim ki, bu filmin çox uğurlu taleyi oldu. Film beş qitəni gəzdi - yəni harada insan yaşayır, orada göstərildi. Bəlkə də “Arşın mal alan” indiyə kimi beş qitəni gəzmiş yeganə filmimizdir.

- Çölçü filmi Oskara namizədlər siyahısında yer aldı. Azərbaycan kinosunun bu nailiyyəti cəmiyyətdə niyə yetərincə təbliğ olunmadı?

- Bildiyiniz kimi bu il kinomuzun 120 illiyi qeyd olunur və deyim ki, Oskar mükafatına çıxmaq da asan olmadı. Etiraf etməliyik ki, kino sahəsində bizim lobbiçiliyimiz yoxdur. Heç bir Azərbaycan filmi haqqında Hollivud eksperti məqalə yazmayıb. Hollivudda kino eksperti Uiks isə “Çölçü” üçün yazır: “Great direction” (Möhtəşəm rejissura).

Image result for oscar award ceremony  2013

Təsəvvür edin ki, Hindistanda və kino sənayesinin inkişaf etdiyi ölkələrin də iştirak etdiyi “Qızıl Tülkü” mükafatının təqdim olunma mərasimində Azərbaycan filmi baş mükafatı aldı. 37 beynəlxalq film festivalında 14 mükafatı heç bir Azərbaycan filmi almayıb. Onun 7-si baş mükafatdır, 3-ü rejissura mükafatıdır. Ən yaxşı aktrisa, ən yaxşı ssenari, 3-ü isə jürinin xüsusi mükafatıdır.

Shamil Aliyev adlı şəxsin şəkli.

- “Çölçü”dən əvvəl beynəlxalq mükafata layiq görülən filminiz olubmu?

- Mənim 10-a qədər filmim var. 3-ü bədii filmdir və onların biri qısametrajlı, ikisi tammetrajlıdır.  “Azərbaycan xalçası” və Qala kəndindən bəhs edən “İz qala” adlı sənədli filmlərim var. Sənədli filmlərim Amerikadan tutmuş Koreyaya qədər mükafat alıb. Demək olar ki, bütün fimlərim beynəlxalq festivallarda iştirak edib və müəyyən mükafatlar alıb. Ən çox mükafatı isə “Çölçü” filmi gətirib.

- Hansı kino janrını özünüzə daha yaxın hesab edirsiz?

- Janrı mövzu diktə edir. Hər bir sənədli filmdə sənin çağırışın, tamaşaçıya, dünyaya demək istədiyin bir fikrin olmalıdı. Əks halda nə əsər yazmaq olar, nə film çəkmək, nə də tamaşa qoymaq. Mən bədii filmlər kontekstində işləyirəm. Amma gələcəkdə elə bir mövzu ola bilər ki, məni maraqlandırsın və onu məhz sənədli film kimi görə bilim. Məsələn, “Azərbaycan xalçası” sənədli filmimi götürək. O vaxt Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdu. Onun açılışına bu film çəkilməliydi. Dünyanın 100 ölkəsindən ölkə başçıları da daxil olmaqla nümayəndələr gəlmişdi. “Azərbaycan xalçası” sənədli filmi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyilə çəkildi. Film Mehriban xanımın çox xoşuna gəldi. Sonra o, UNESCO-da məruzə ilə çıxış  edərkən, Azərbaycan xalçasını Azərbaycan xalqının maddi-mədəni irsi kimi təsdiq etdirəndə fonda mənim “Azərbaycan xalçası” filmim nümayiş olunurdu.

“Azərbaycan xalçası” ilk dəfə Azərbaycanı Kann festivalına çıxara bildi. Bu Kann festivalında Short Film Corner (qısametrajlı film guşəsi) bölməsində ilk addımımız idi.  

“İz qala” filmi isə Bakının unikal etnoqrafik antropoloji mədəniyyət abidəsi olan Qala kəndi haqqındadır.  

Ancaq məni bu dəqiqə antropoloji metofizik milli dəyərlərin  transformasiyası maraqlandırır. Azərbaycan hansı metofizik dəyərlərə söykənir? Məni Azərbaycan mədəniyyətinin, Azərbaycan əxlaqının antropologiyasının dünya tarixində, mədəniyyətində yeri maraqlandırır. Bunlar “Çölçü”də və hazırda istehsalat prosesində olan “Xalı” tammetrajlı bədii filmin ssenarisində də  var.

- Və bu il Azərbaycan kinosunun 120 illiyi qeyd olunur.  

- Azərbaycan Sovet İttifaqının tərkib hissəsi idi. Sovet İttifaqı dağılandan sonra kino sistemi də dağılmağa başladı. Hər şey Moskvadan idarə olunduğu üçün bir dəqiqenin içində məhv oldu. Biz özümüzü toparlayana qədər artıq o sistem dağıldı. Ulu öndər kino haqqında qanun qəbul etdi. Çox ölkələrdə belə bir qanun yox idi. Azərbaycan kinosunun yubileyini indi Ulu öndər Heydər Əliyevin  sayəsində qeyd edirik. Bizim kinomuzun əsl yaşını qeyd etməyə qoymurdular. Çünki bizim kinomuzun əsl yaşı 1898-ci ildə avqustun 2-də nümayiş olunan Mişonun foto-kinostudiyasında çəkilmiş “Bibiheybətdə yanğın” və  “Bibiheybətdə neft fontanı” bir dəqiqəlik qısametrajlı filmlərin tarixindən hesablanır.

Ancaq Rusiya, əsasən də bolşeviklər imkan vermədi ki, biz kinonun tarixini 1898-ci ildən hesablayaq. Səbəbi nədir? Çünki Rusiyanın kino tarixi 1896-cı ildən başlayır. Ancaq 1896-cı ildə Rusiyanın kino tarixinin kadrları bilirsinizmi nədir? II Nikolayın inaqurasiyası. O da bolşeviklərin əxlaqına, siyasətinə zidd idi və deyirdilər ki, əgər ona qadağa qoyulubsa deməli Azərbaycan kinosunun yaranma tarixi 1898-ci ildən, yəni bizdən qədim ola bilməz. Yəni belə bir qadağa var idi. Heydər Əliyev bunu bilirdi və bu qadağanı aradan qaldırmaq üçün çox çalışmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra o, tez bir zamanda tariximizi bərpa etdi və bu məsələ ilə bağlı əmr verdi. Beləliklə biz 1998-ci ildə kinonun 100 illiyini qeyd etdik. İndi də 2018-ci il avqustun 2-də kinomuzun 120 illiyini qeyd edəcəyik.

- Müasir Azərbaycan kinosunda tarixi filmlər azlıq təşkil edir. Müharibə vəziyyətində olan ölkə üçün bu nə qədər doğrudur?

- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində o zaman hər il Qarabağ barəsində heç olmasa bir film çəkilirdi. “Dolu”, “Yarımçıq xatirələr”, “Fəryad” və s. kimi bədii filmlər və digər qısa metrajlı və sənədli filmlər çəkilib. Bu mövzu bizim yaralı yerimizdir. Kinomatoqrafçılar hər il Qarabağ mövzusuna müraciət etməlidirlər.  Sözsüz ki, Qarabağ haqqında daha sanballı, daha yaxşı  film çəkmək üçün böyük maddi vəsait tələb olunur. Azərbaycanfilm kinostudiyasının maddi texniki bazası və insan resursu isə bunun üçün kifayət deyil. Böyük sanballı filmlər və ya kiçik büdcəli, müharibə ilə bağlı yaşanmış psixoloji məqamları özündə əks etdirən filmlər çəkməliyik. Bu fikir mənim içimdə daim formalaşıb. İndi isə “Xalı” ssenarisinə köklənmişəm. Bəlkə “Xalı”dan sonra belə bir mövzuya müraciət etdim. Bu bizim müqəddəs borcumuzdur və biz bunu etməliyik. İstər böyük bloqbaster, istər kamera filmləri, yəni kiçik büdcəsi olan filmləri dünyaya çıxara bilmək üçün daim çalışmalı, haqq səsimizi dünyaya çatdırmalıyıq.

- Qayıdaq “Çölçü”yə...

- Bu dəqiqə dünyada əxlaqi prinsiplər dəyişir. Qloballaşmanın ən vacib tərəflərindən birində əxlaqın deqradasiyaya uğramış forması özünəməxsus mədəniyyəti olan, öz tərbiyəsi, öz əxlaqı, öz kökü olan xalqlara siarət edir, hücum edir, onu darmadağın etməyə çalışır və kökü, mədəniyyəti olmayan biokütləyə çevirir. “Çölçü”də bu var və buna görə o maraqlıdır. Kənardan adi məhəbbət hekayəsi kimi görünsə də əslində, dərin qatları var.

Bakı Film İnstitutu (BFİ) adlı şəxsin şəkli.

Akira Kurosavanın bir filmi var “Dersu Uzala”. Mən Kurasavanın çox filmlərini görmüşdüm. Amma bu filminə “Çölçü”nü çəkəndən sonra baxmışdım. Aralarında oxşarlıq var. Filmi dünən də bir festival istədi məndən və mən göndərdim. Festivallar bu kinonu istəyir”, - deyə Şamil Əliyev sonda bildirib.

P.S. Həm rejissor həm də ssenarist olan Şamil Əliyev 2001-ci ildə Azərbaycan kinosu  haqqında ilk və professional saytın yaradıcısıdır. “Çölçü” filmi rejissora böyük uğur gətirdi.

Qeyd edək ki, “Çölçü” artıq dünya miqyasında klassik mədəniyyət filmləri siyahısına daxil olub. Amerikada kino institutlarının kino fakültələrində, Avropada  Böyük Britaniya Film İnstitutunda, mötəbər kinoakademiyalarda tədris proqramına salınaraq öyrənilir.  

Kinorejissor və kinoşünas Ayaz Salayev bildirir ki, “Çölçü” fenomenal Azərbaycan  kinosudur.

Film 37 beynəlxalq kino festivalında iştirak edib, 14 mükafat qazanıb. Qeyd edək ki, Azərbaycanda bu göstəriciləri olan ikinci belə film yoxdur.


Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Hamısı