Ötən həftə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücumla bağlı Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun kordinatoru Zeynalabid Əmrəliyev Eurasia Diary-ə müsahibə verib.
- Elmar Vəliyevin güllələnməsini əksəriyyət niyə sevinclə qarşıladı? Hətta bir sıra deputatlar da onun cangüdənlə gəzməsini etirazla qarşılayaraq icra başçısının xalqın yanında olmasını bildirdilər.
- Elmar Vəliyev böyük bir rayonu uzun müddətdir ki, idarə edir. Tez-tez mətbuatda da onun haqqında tənqidi yazıların şahidi olurduq. Bununla bərabər Gəncədə gördüyü uğurlu işlər də işıqlandırılırdı. Buna görə də nəzərə alaq ki, böyük bir şəhərə rəhbərlik edən bir şəxsi sevən olanlar kimi sevməyənlər də olmalıdır. Bu təbiidir. Deputatların etirazına gəldikdə mən bilən qanunda icra başçısılarına dövlət tərəfindən xüsusi mühafizəçi ayrılaması nəzərdə tutulmayıb. Yəqin ki, Elmar müəllim qabaqcadan həyatına qarşı bir qəsd olacağından qabaqcadan ehtiyatlanaraq yanında mühafizəçi ilə gəzib. Ümumilikdə, cəmiyyət heç vaxt dövlət məmurlarının çox mühafizəçi ilə gəzməsini istəmir. Bu da təbiidir, çünki vətəndaş özünə xidmət edən məmurun onan çox uzaqlaşmasını istəmir. Ancaq son hadisə göstərir ki, bir çox halda hələ də mühafizəçiyə ehtiyac var.
- Xalqın tələblərinə cavab verməyən məmurla mübarizə üsulu necə olmalıdır? Bir halda ki, hüquqi müstəvidə bunun həlli inandırıcı deyil.
- Xalqın tələblərinə cavab verməyən məmurların müəyyənləşdirilməsində mətbuatın üzərinə çox böyük iş düşür. Bunu dövlət başçısı da öz çıxışlarında dəfələrlə qeyd edib. Ancaq mətbuatın tənqidləri də faktlara söykənməli, obyektiv olmalıdır. Siz də müşahidə etmiş olarsız, ölkə prezidenti tərəfindən haqqında tez-tez tənqidi materiallar gedən məmurlar vəzifələrindən uzaqlaşdırılır.
- Elmar Vəliyevin güllələnməsindən sonra onunla bağlı konkret bir informasiya verilmir. Bu səbəbdən də müxtəlif tipli qeyri-dəqiq informasiyalar dolaşmaqdadır. Faktı niyə gizlədirlər?
- Bildiyiniz kimi bu cinayət işi dövlət başçısının xüsusi nəzarəti altında hüquq-mühafizə orqanlarını tərəfindən ciddi şəkildə araşdırılır. Böyük ehtimalla istintaq tam başa çatdıqdan sonra hadisənin motivləri barədə ictimaiyyətə lazımi məlumatlar veriləcək. İcra başçısının səhhəti ilə bağlı məlumata gəlincə isə belə bir məlumat var ki, Elmar Vəliyev Səhiyyə Nazirliyinə məxsus xəstəxanada, ümumiyyətlə Azərbaycanda deyil, xaricdə müalicə alır. Onun artıq İsraildə olduğu haqqında informasiya mənbələrində kifayət qədər məlumat var. Zənnimcə, elə bu səbəbdəndir ki, adıçəkilən dövlət qurumu icra başçısının səhhəti ilə bağlı hansısa açıqlama verə bilmir.