“Kişilərdən heç də zəif deyilik” Ən gözəl hərbçimiz

Müsahibələr 11:17 16.07.2018

Eurasia Diary ehtiyatda olan hərbçi, "II Vice Mrs. Top of the World - 2015" (Dünyanın ikinci top modeli Mrs 2015) titulunun sahibi Tehranə Bəhruzinin qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Hərbçinin gözəllik müsabiqəsində iştirakı, modellik fəaliyyəti ilə məşğul olması ölkəmizdə elə də rast gəlinən məqam deyil. Hətta kəşfiyyatçı olduğunuzu yazanlar da var:

- Sosial şəbəkələrdə peşəmi hər cür adlandırdılar. Həm kəşfiyatçı, həm xüsusi təyinatlı deyənlər oldu. 3 il DİN-in qadınlardan ibarət xüsusi təyinatlı Şimşək qrupunda xidmət göstərmişəm. Həmin qrupu Zakir Həsənov yaratmışdı. Demək olar ki, kişilərdən heç də zəif deyildik. O ki qaldı kəşfiyyata, məncə, bütün hərbçilər bir tərəfdən də kəşfiyatçıdır. Xidmətə göndərilsək, bu, bizim borcumuzdur, ancaq mənim vəzifəm deyil. Hazırda ehtiyatda olan hərbçiyəm, bu yaxınlarda yenidən hərbiyə geri dönürəm. Sadəcə bu bir sirr olduğu üçün ətraflı məlumat verə bilməyəcəm. 

- Bir qadın üçün hərbi sahə elə də asan deyil. Ölkəmizdə də bu sahəni seçənlərə çox rast gəlmirik. Sizin uşaqlıqdan marağınız olub, ya necə?

- Demək olmaz ki, uşaqlıqdan hərbçi olmaq istəmişəm. Ona qalsa, özüm 11 il hüquq və psixologiya təhsili almışam. Rusiyada doğulub orada yaşamışam. Əvvəllər Rusiyada prokurorluqda çalışmaq istəyirdim. Sonra elə oldu ki, Bakıya gələndə Şimşək qrupunun açıldığını öyrəndim və mənə maraqlı gəldi. Hər peşədə özümü sınamaq istəyirəm. 

- Bəs seçimlər necə oldu? Əsas nələrə fikir verirlər?

- Boy, yaş, görünüş, idman bacarıqları, bir sözlə, hərtərəfli. Çoxları deyir ki, hərbidə görünüş nəyə lazımdır? Ancaq mənə görə, bu da vacib amillərdəndir. Çünki forma gözəl yaraşmalıdır. 

- Bəs seçiminizə valideynlərinizin münasibəti necə oldu? Çox vaxt analar qızlarını bu kimi sahələrdə görmək istəmirlər.

- Nəinki bu sahə, anam, ümumiyyətlə, mənim işləməyimi istəməyib. Həmişə deyirdi ki, o, çətin işdir. Düzünü desəm, elə dediyi kimi də oldu. İlk aylarda hədsiz çətinliklər çəkirdik, ağlayırdım. Məşğələlər günün altında və ağır olurdu.

- Peşmanlıq hissi oldu?

- Təzə vaxtlarda hə. Qızmar günəş və susuzluq lap əldən salmışdı. Özü də soyuq ölkədən gəlmişdim, istiyə heç dözümüm yox idi. Bu günün özündə günəşin altında çox qala bilmirəm. Dərim qızarır, suluqlayır. Ancaq vaxt keçdikcə öyrəşməyə başladım. Özümə söz verdim. Hansısa işi yarımçıq qoymağı sevən biri deyiləm. 

- Sizinlə birlikdə məşqlərə başlayan qızlardan yarı yolda imtina edənlər oldu?

- Bəli, çox oldu. Bəziləri gəlirdi, ancaq 3 günə qorxub qaçırdı. Xeyli bacarıqlı və dözümlü qızlarımız da var idi. O zaman Azərbaycan dilini yaxşı bilmirdim. Hərə bir bölgədən gəlmişdi, mənə müxtəlif ləhcələrdə dili öyrətməyə çalışırdılar. İndi də bəzi sözləri ləhcə ilə deyirəm. Hətta zarafata elə sözlər öyrədirdilər ki, komandirə deyəndə tez soruşurdu ki, mənə o sözləri kim öyrədir. Sonradan qrupun fəaliyyəti dayandı, ancaq səhv etmirəmsə, indi yenidən təlimlərə başlanılıb.

- Daha çox Hollivud filmlərində izlədiyimiz səhnələrdə xüsusi təyinətlı, kəşfiyyatçı qızlara gizli tapşırıqlar verilir. Bu söz hamıda maraq oyadır. Bizə bir qədər fəaliyyətiniz barədə məlumat verərdiz.

- Qəbul olunanda mənim üçün də maraqlı idi. Bir az da qorxulu. Ancaq indi hərbi çox asan gəlir. Ən çətin vəzifələrin öhdəsindən də gələ bilərəm. Beynəlxalq tədbirlərdə təhlükəsizlik üçün bizi cəlb edirdilər. Orada qadınları yoxlayırıq. O qədər qadın cinayətkarlar var ki. 

Kəşfiyyatçı sözünü o qədər də sevmirəm. Düzdür, güclü kəşfiyyat işləri başqa, ancaq ölkə daxilində kəşfiyyatçılığı sevmirəm. Çünki özümü satqın kimi hiss edərəm. Vətəni qorumaq üçün edərəm, amma ölkə daxilində yox.

- Mediaya yad sima deyilsiz. Çoxsaylı layihələrdə iştirak edirsiz. Bbildiyimə görə, gözəllik yarışmasında dərəcəniz də var.

- Bəli, 2015-ci ildə Miss Azərbaycan gözəllik müsabiqəsinə qatılmışam. Onu da qeyd edim ki, nəinki Azərbaycanda, dünyada gözəllik müsabiqəsində iştirak edən ilk hərbçi qadınam. Dünya gözəllik müsabiqəsində isə ölkəmizi təmsil etmişəm və "II Vice Mrs. Top of the World - 2015" titulunu qazanmışam. Xüsusi təyinatlı bir hərbçinin bu uğuru maraqla qarşılandı. Ondan sonra sosial şəbəkələrdə mənim haqqımda yazmağa başladılar. 

- Bayaq vurğulamışdınız ki, sahəniz üçün gözəllik də önəmli məqamlardandır. Sizin üçün nə kimi üstünlükləri olub?

- Bizim xanımlarımızın hamısı gözəldir. Deyə bilmərəm ki, mən silahlı qüvvələrin ən gözəl xanımıyam. Xeyr, sadəcə olaraq müsabiqədə qələbə qazandığım üçün hər zaman Azərbaycanın ən gözəl hərbi qulluqçusu olaraq təqdim edirlər. Ancaq Daxili Qoşunlarda o qədər gözəl xanımlar var ki, məndən də gözəldirlər. 

Hazırda Milli Qəhrəmanımız Mübariz İbrahimovla bağlı filmə çəkilirəm. Bu mənim çoxdankı arzum idi. Rəşad Süleymanlının filmidir və "yox" deyə bilməzdim. Mən orada qaçırılan rus qızını oynayıram. 

- Bir xanım olaraq sizə kişilərin çox olduğu mühitdə işləmək çətindir, ya daha asan?

- Kişi-qadın mənim üçün fərq etmir. Əksinə, mən həmişə deyirəm ki, burada kişilər qadınlara böyük hörmət edir. Qızlarımızı qoruyurlar, ciddi nəzarət edirlər.

- Hərbçi bir qadın əks cinsin nümayəndələrini qorxudurmu?

- Mən hərbçi ilə heç vaxt münasibət qurmaram. Amma ailə quran qızlarımız çox oldu. Onlar bir az daha sərt, qısqanc olurlar. Qısqanclıq, qayğı sevən biriyəm, ancaq o da həddində. İşimə, karyerama qarşı çıxmamaq şərti ilə.

- Bəs birdən qarşı çıxılsa? Xanımlarımız çox vaxt ailə həyatına üstünlük verib karyerasını sonlandırırlar. Elə başa düşdüm ki, siz eyni fikirdə deyilsiz.

- Heç vaxt qurban vermərəm. Çünki kişiyə görə dəyməz. Mənim üçün birinci karyeradır, sonra ailə. Ailə, onsuz da, nə vaxtsa olacaq. Qadın özünü sevməli və hörmət qoymalıdır. Bu zaman qarşı tərəf də sənə hörmət edəcək. Ancaq bir çox xanımlarımız var ki, xəyanət olan zaman intihar edir, depressiyaya düşür, bu da düz deyil. Kişi gedir evlənir, qadın qurban gedir.


Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı