“Serj Sarqsyanla 5 rayonun qaytarılması haqda razılıq əldə olunmuşdu, amma…”

Müsahibələr 17:16 16.07.2018
Həmsöhbətimiz rusiyalı politoloq, sosioloq və filosov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugindir.
 
- Cənab Dugin, iyulun 1-də siz Bakıda “Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı yeganə mütəfiqidir” adlı forum keçirmisiniz. Yəqin ki, bu forum ətrafında gedən müzakirələrlə tanışsınız. Yeganə müttəfiq nə deməkdir? Məgər Ermənistan Rusiyanın müttəfiqi deyil?
 
- Bu forum faktiki olaraq, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqda Rusiyanın Bakıya yaxınlığını göstərib. Ermənistanda yeni baş nazir Paşinyanın hakimiyyətə gəlişindən sonra (fikrimcə o, “rəngli inqilab” nəticəsində hakimiyyətə gəlib) keçmiş rəhbərliklə əldə edilmiş və Qarabağda sabitliyin təminatına açar olacaq razılaşmalar ləğv edilib. Söhbət Qarabağ ətrafındakı beş-yeddi rayonun Azərbaycana qaytarılmasından gedir. Serj Sarqsyan bu danışıqları uzun müddət aparıb və bunun həyata keçirilməsi Rusiyanın Azərbaycanla münasibətlərinin möhkəmləndirilməsinə imkan verəcəkdi. Özü də bu, Ermənistanın ziyanına deyil, bütün xalqların xeyrinə idi. Lakin bu proses dayandırıldı və ləğv edildi.
 
Ermənistanla müttəfiqi olan Rusiya əslində müxtəlif strateji məsələlər vasitəsilə Azərbaycana daha çox yaxınlaşmaqdadır. Paşinyanın siyasəti həmin razılaşmaları zərbə altına qoydu ki, bu da öz növbəsində vəziyyətin gərginləşməsinə aparıb çıxara bilər. Həmin konfransı buna görə keçirdik. Fikrimcə, bu Ermənistanda və hətta Rusiyanın özündə belə, qeyri-adekvat reaksiya doğurub. Hansı ki, söhbət ermənilərə qarşı olmaqdan getmirdi. Bu konfransda Ermənistana və ermənilərə heç bir tənqid ünvanlanmayıb, söhbət yalnız əməkdaşlıqdan və Ermənistan hökumətinin də qatıldığı razılaşmaların icrasından gedirdi. Həmin rayonların hərbi vasitələrlə deyil, sülh yolu ilə Azərbaycana verilməsi perspektivini yeni hakimiyyət şübhə altına qoyub…
 
- Bağışlayın, axı Serj Sarqsyanın hakimiyyətinin sonuna yaxın 5 rayonu verməyə hazırlaşması, yeni hakimiyyətinsə bu vəddən yayınması barədə rəsmi heç nə məlum deyil. Sizdə bu məlumat haradandır?
 
- Əlbətə, bu məndə olan məlumatdır, lakin məsələ onda deyil. Rusiyanın Azərbaycanla yaxınlaşması bizim ölkənin suveren qərarıdır. Lakin bu yaxınlaşmanın dinc yolla olması üçün gərək Ermənistan da bu işdə iştirak etsin, çünki bu, Ermənistana qarşı yönəlməyib. Demək istəyirəm ki, bu konfransda ermənilərə qarşı heç nə yoxdur. Əgər cənab Paşinyan Serj Sarqsyanın yolunu davam etdirəcəksə, Bakı ilə Moskvanın yaxınlaşması yalnız tezləşə bilər və inanın ki, bu, Ermənistana qarşı deyil. Rusiya sülh tərəfdarıdır və məsələni bütün tərəflərin maraqlarını nəzərə almaqla yoluna qoymaq istəyir. Beş rayonun qaytarılması bütün tərəflərin marağına uyğundur, Ermənistanın da burada öz çıxarı var. Siz təkcə bu rayonları verməklə kifayətlənmirsiniz, Azərbaycan prezidenti də bunun qarşılığında iqtisadi əməkdaşlıq üçün güzəştlər təqdim etməyə, həmçinin Ermənistan-Türkiyə sərhədlərinin açılmasında kömək etməyə hazırdır. Bununla Ermənistan blokadadan çıxacaq, düşmənçiliyə son qoyulacaq. Mən erməni tərəfinin bütün bunları şərh etmə formasına mat qalmışam. Heç bir antierməni demarşından söhbət gedə biləz, İnternetdə və mətbuatda gördüyüm bütün bu çirkab məni sadəcə təəcübləndirir.
 
- Rusiya münaqişənin ATƏT-in Minsk qrupu formatında həllinə tərəfdar olduğunu deyir, siz isə indi 5 rayonun qaytarılmasından danışırsınız ki, bu da mahiyyət etibarilə fərqli plandır. Bu sizin şəxsi fikrinizdir, yoxsa siz rəsmi dairələrin mesalarını çatdırırsınız? Məsələn, Moskvada çoxları deyir ki, bu, rəsmi mövqe deyil.
 
- Rusiyada bir rəsmi mövqe var, o da Rusiya prezidentinin mövqeyidir, qalanları şərhlərdir. Mənim fikrimi dəstəkləyən insanlarla yanaşı, fərqli düşünənlər də var. Ümmumiyyətlə, Rusiyada müxtəlif qruplar, müxtəlif analitiklər var. Mən təkcə öz fikrimi deyil, həm də Yaxın Şərq, Türkiyə, İran və Cənubi Qafqazdakı problemlərlə məşğul olan çox vacib, nüfuzlu və peşəkar strateji qrupların fikrini ifadə edirəm. Bəzi insanların yanaşması şəxsi təəssübkeşlik və ya mənfi münasibətdən irəli gəlirsə, mən heç vaxt hisslərimi rəhbər tutmuram. Mən müharibənin əleyhinəyəm və yalnız sülh istəyirəm. Bakıda mənilə bir neçə az-çox tanınmış hərbi ekspert, Dövlət Dumasının deputatı, o cümlədən hakim partiyadan olanlar və jurnalistlər də var idi. Lakin məsələ bunda deyil. Söhbət Rusiya ilə Ermənistan arasında münasibətlərin dəyişməsindən yox, Azərbaycanın Cənubi Qafqazda Rusiya üçün rolunun əhəmiyyətli dərəcədə artmasından gedir və bunu görməmək olmaz. Həmçinin Rusiya ilə Türkiyə arasında da münasibətlər dəyişib və mən bunda da iştirak etmişəm. Ermənistan bu dəyişikliklərə konstruktiv yanaşmalı və onları nəzərə almalıdır. Əgər Ermənistanın əvvəlki rəhbərliyilə strateji məsələlərdə bəzi konstruktiv razılaşmalar əldə etmək mümkün olmuşdusa, yeni rəhbərlik də bu razılaşmalara əməl etməlidir. Bu halda heç bir problem olmayacaq. Zamanla bu prosesə Gürcüstan da cəlb olunacaq, çünki Rusiya onunla da münasibətləri yaxşılaşdırmağa, yeni əlaqələr qurmağa çalışır. Düşünürəm ki, sözügedən konfransa çox şişirdilmiş reaksiya verildi, orada xeyli intellektuallar var idi. Yeri gəlmişkən, orada Ermənistandan da hüquq-müdafiəçisi Suzan Cangiryan iştirak edirdi.
 
- Xəbəriniz yoxdursa, bildirək ki, bu qadın artıq Ermənistanı təmsil etmir, o, Bakıya qaçıb və Ermənistanda xain sayılır.
 
- Onu bilmirəm, vəziyyətlə yaxşı tanış deyiləm, sadəcə onun orada olduğunu qeyd etdim. O sülhün labüdlüyündən, erməni analarının iztirablarından və sairdən danışırdı… Mən indi tələsirəm, mümkünsə, son sualınız.
 
- Bir tərəfdən sülh tərəfdarı olduğunuzu deyirsiniz, digər tərəfdən Azərbaycanın 2016-cı idə hərbi yolla işğal etdiyi Lələ təpəyə qalxırsınız. Səfərinizin məqsədini necə başa düşək?
 
- İlk növbədə, yəqin siz də bilirsiniz ki, Rusiya təkcə bu 5 rayonu deyil, bütövlükdə Qarabağı Azərbaycan ərazisi sayır, çünki beynəlxalq hüquqda bu belədir. Odur ki, mənim ölkəmin Azərbaycan ərazisi saydığı bir yerə getməyim yetərincə adi haldır. İkincisi, Lələ təpə yüksəkliyinə səfərimiz hərbi xarakter daşımırdı, çünki mənim əlimdə silah yox idi və mən hərbi əməliyyatlarda iştirak etməmişəm. Mən sadəcə proseslərin necə inkişaf etdiyini, onların nə qədər dağıdıcı və təhlükəli olduğunu, sonrakı hadisələrin necə ola biləcəyini anlamaq istəyirdim. Demək istəyirəm ki, biz bu ərazini Azərbaycanın ərazisi sayırıq və Rusiya vətəndaşlının bu rayonda hərəkət etməsi çox normal haldır. Onu ki, Ermənistan tutmayıb… Mən bu yüksəkliyin kimin əlindən kimə keçdiyini tam anlamasam da, hüquqi baxımdan heç bir pozuntuya yol verməmişəm. Nə mən, nə də digər konfrans iştirakçıları antiermənistan bəyanatları verib. Bu, elmi konfrans idi. Mən Kürdüstan, İraq, Suriya, Türkiyə ilə sərhədlərdə olur, qaynar nöqtələrə səfər edir, orada baş verənləri araşdırıram. Bu, mənim həyatımdır, mən baş verənləri öz gözlərimlə görməliyəm. İnsanların nə çəkdiklərini görmədən danışmaq asandır, müharibəni şəxsən görməsəniz, hər şey sizə çox asan gələcək, gərək bunları yaxından görəsiniz. Odur ki, mənim burada olmağımın yetərincə əsası var, mən heç bir qanunu pozmamışamsa nə üçün özümə bəraət qazandırmalıyam? Mən deyirəm ki, sülh yolunun alternativi yoxdur, insanlar əziyyət çəkməməlidir, qarşılıqlı güzəştlərə, qarşılıqlı öhdəliklərə ehtiyac var. Qan tökülməsi böyük faciədir.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı