“Türkiyə və ABŞ arasında olan fikir ayrılığı daha çox siyasi məzmun daşıyır” Oleq Kuznetsov

Müsahibələr 08:31 21.08.2018

Son günlər Vaşinqton və Ankara münasibətlərində gərginliyin artması müşahidə olunur.  Avqustun 17-də ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan alüminium və  polada qoyulan rüsumun artması ilə bağlı bəyanat verdi. Trampın bu qərarı, Türkiyə lirəsinin minimuma enməsinə səbəb oldu. Buna cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ABŞ-dan idxal olunun tütün məhsulları, spirtli içliklər və avtomobil də daxil olmaqla, bir neçə məhsulun rüsumunu artırdı.

Tarixçi Qafqazşünas Oleq Kuznetsov Eurasia Diary-nin müxbirinə verdiyi müsahibədə  ABŞ və Türkiyə dövlətləri arasında əslində nə baş verdiyi və bu fikir ayrılığından nə gözlənildiyi barədə danışıb.

-  Sizin fikrinizcə, Türkiyə və ABŞ arasında son günlərdə nə baş verir?

- Son zamanlarda Türkiyə ilə ABŞ arasındakı bir sıra anlaşmazlıqları müşahidə edirik. Bura Türkiyədə baş vermiş uğursuz dövlət çevirilişindən başlayaraq, Tramp hökumətinin tətbiq etdiyi ən son sanksiyalar daxildir. Türkiyənin özünün alüminium istehsalçısı olmadığını nəzərə alsaq, Tramp Türkiyə Respublikasında alınan dəmir və alüminium üzərində rüsumu da artırır.

Vergi rüsumu Rusiyaya qarşı tətbiq olunduqda, bunu istehsalçıya qarşı sankiyalar kimi qiymətləndirmək olar. Lakin indiki halda, vasitəçi ölkənin istehsalçı ölkənin infrastrukturuna ciddi zərər verməyəcəyini nəzərə alaraq, ona qarşı məhdudiyyətlər tətbiq etmək cəhdi var. Beləliklə, burada iqtisadi baxımdan çox siyasi məzmun var.

Siyasi məzmun Türkiyənin hal-hazırda NATO sistemində ən zəif bənd olması ilə əlaqədardır. İlk növbədə Türkiyə Suriya istiqamətində müstəqil işlər aparır və bu və ya digər halda Qəzza zolağında Həması dəstəkləyir. Hazırda Türkiyə öz suverenliyini müdafiə etmək məcburiyyətindədir və Asiyadakı ən böyük oyunçular ilə əlaqələr qurmalıdır. Bunların siyahısına ABŞ-ın ənənəvi rəqibləri - Rusiya və İran daxildir. Amerika açıq şəkildə İranın düşmən, Rusiyanın rəqib, Türkiyənin isə ABŞ üçün inadkar bir mütəffiq olduğunu bildirib. Təbii ki, yaranan vəziyyətdə Tramp Türkiyəni ABŞ və NATO təsiri altına salmağa çalışır. Lakin hərbi-siyasi planların işə yaramadığını görüb, ABŞ iqdisadi yöndə təzyiqə əl atdı. Onu da qeyd edim ki, bu yalnız ilk baxışdan iqdisadi hücum kimi görünür.

- Bu yaxınlarda Türkiyə prezidenti Amerika istehsalı olan  elektron avadanlığlara qarşı və ölkəsində dolların istifadəsinə boykot elan etdi. Fikrinizcə, Türkiyə Amerika istehsalı olan avadanlığları nə ilə əvəz edə bilər? 

- Düşünürəm ki, Türkiyə ABŞ-ı Çin və Cənub-Şərqi Asiyadan gələn avadanlıqlar ilə əvəz edə bilər. Əlbəttə, Türkiyə ABŞ-a qarşı çox böyük kontr-sanksiya tətbiq edir. Ancaq Türkiyə Çin məhsulları ilə öz təhlükəsizliyini təmin edə biləcəyini sübut edərsə, subtropik zonada olan çox sayda ölkə Türkiyə nümunəsini təkrar edə bilər. Rəcəb Təyyib Ərdoğan Türkiyənin ən azı dörd ölkə ilə, Çin, Rusiya, Ukrayna və İran ilə ticarət əlaqələrində dollardan istifadə etməyəcəyini bəyan etdi. Bunlar Türkiyənin xarici ticarət dövriyyəsinin 1/3 hissəsini təşkil edən ölkələrdir. Bu, bazarda dollar kütləsinin azaldılmasına və dolayısı ilə dolların devalvasiyasına gətirib çıxaracaq. Bu da bir müddət Amerikanın pul çap edən dəzgahını dayandıra bilər. Lakin Türkiyənin bu qərarı ABŞ üçün əlverişli ola bilər. Belə ki, Tramp özünün ilk prezidentlik dövründə xarici borcunu 1 milyon azaltmaq istəyini bildirmişdi.  Dolların rədd edilməsi ABŞ-ın saxlayacağı və gizlədəcəyi sərbəst dollar kütləsinin formalaşmasına gətirib çıxara bilər və sonra müəyyən bir anda yenə bazara çıxarıla bilər. Bu mənada Ərdoğanın mövqeyi iqtisadi cəhətdən hesablanmış deyil daha çox populist görünür.

- Türkiyənin NATO-nu tərk edəcəyini gözləmək olarmı?

- Hazırda Türkiyə bilərəkdən bəzi əlaqələrini kəsib, müstəqil şəkildə hərəkət edir. Ancaq bu günə qədər Türkiyənin hərbi sistemi NATO sisteminə tamamilə inteqrasiya olunub və hazırlıqsız şəkildə Türkiyə ittifaqı tərk edə bilməz. Çünki, həmin anda Türkiyə beynəlxalq terrorçuların hücumuna məruz qalacaq. Buna görə, NATO-nun tərkibindən çıxmazdan əvvəl, o, ilk növbədə öz müdafiə sistemini hazırlamalıdır. Belə görünür ki, Türkiyə buna yavaş-yavaş nail olur. Türkiyə Rusiyadan anti-hava əleyhinə müdafiə sisteminin zenit-raket kompleksinin alışını həyata keçirir. Yəni, Türkiyə gələcək də İran və KTMT-yə hərtərəfli inteqrasiya edəcək. Yaxud da su və havada təhlükəsizliyin təmin edilməsi Rusiya və Türkiyə arasında ikitərəfli inteqrasiyanın əsasıdır.

Bu, Türkiyə və Rusiya arasında ilk növbədə hərbi-texniki, daha sonra isə iqdisadi çevrilişdir. Sanksiyaları tətbiq etməklə Tramp bir tərəfdən Türkiyəni qərb dünyasından uzaqlaşdırır, digər tərəfdən isə Rusiya və İranla yaxınlaşmasına səbəb olur.  Amerikanın Suriya münaqişəsində iştirakı, həmçinin İraqdakı rolu danılmazdır. Qeyd edim ki, bu iki ölkə, Yaxın Şərq regionunda Türkiyə, İran, Rusiya və Azərbaycanı təhdid edən kollektiv qeyri-sabitlik mənbəyidir. Bu səbəbdən, əhalisi çox olan və siyasi baxımdan inkişaf etmiş ölkələr siyasi suverenliyini itiməmək üçün birləşməlidirlər. İndi Tramp ABŞ-ın maraqları baxımdan ağıllı, ancaq regional reallıqları nəzərə almayacaq qədər ağılsız bir siyasət həyata keçirir. O, regional siyasətində ABŞ və onun NATO-dakı müttəfiqlərinin təzyiqlərinə qarşı çıxa biləcək ölkələrin ittifaqını qurur.

Müsahibəni götürdüAnastasiya Lavrina

DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO

Xəbər xətti

ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - VİDEO
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Hamısı