TDƏŞ-in VI sammitinin əsas parametrləri ÖZƏL

Müsahibələr 14:26 03.09.2018

Xəbər verdiyimiz kimi, bu gün Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir. TDƏŞ-in VI sammitində müzakirə olunan mövzular və TDƏŞ-in fəaliyyəti barədə politoloq Zahid Bünyadov Eurasia Diary-ə müsahibə verib.

- TDƏŞ-in VI sammiti əsasında keçirilən zirvə toplantısının nəticələri barədə hansı proqnozlar verilə bilər?

- Fikrimcə, müzakirə olunan məsələlər “Türkdilli dövlətlər arasındaki münasibətlərin inkişaf etdirilməsi və şaxələndirilməsi, Türkiyəyə qarşı ABŞ tərəfindən həyata keçirilən sanksiyalar, TDƏŞ ölkələri ilə Rusiya və Çin arasındakı iqtisadi əlaqələr, Dağlıq Qarabağ münaqişəsi, Özbəkistan və Macarıstanın qurumla əlaqələri və digər məsələlər olacaq. Müzakirə olunan məsələlərlə bağlı yekun qərarları isə gözləmək lazımdır.

- TDƏŞ-in bir təşkilat kimi Türkdilli dövlətlər arasındakı əlaqələrdəki bugünkü və ya gələcəkdəki rolunu necə dəyərləndirirsiniz?

- TDƏŞ 16 sentyabr 2010-cu ildə meydana gələn gənc bir təşkilatdır. TDƏŞ yarandıqdan sonra daha çox üzv ölkələr arasında biznes sektorunun əlqələndirilməsi və mədəni məsələlərlə məşğul olurdu. Elə bununla bağlı olaraq da burada zirvə görüşləri çox keçirilmirdi. Lakin son illərdə təşkilatın nüfuz dairəsinin genişlənməsi və siyasi çəkisinin artması faktını müşahidə edirik. Son dövrlərdə təşkilatda keçirilən zirvə görüşlərinin sayının artması da Türkdilli dövlətlərin bu təşkilata verdiyi qiymətin yüksək olduğunu sübüt edir. Bütün bunlar təşkilatın bu günü və gələcəyi ilə bağlı ümid yaradır. Düşünürəm ki, TDƏŞ Özbəkistanın da buraya qatılması ilə daha da effektiv bir təşkilat olacaq və türkdilli dövlətlərin əməkdaşlığı üçün mühüm siyasi instituta çevriləcək.

- TDƏŞ-in VI sammitindən öncə Rəcəb Tayyib Ərdoğanın və Nursultan Nazarbayevin “azad iqtisadi zona” və “ortaq valyuta” məsələləri ilə bağlı görüşləri beynəlxalq mətbuatda böyük rezonans yaratdı. Siz necə düşünürsünüz VI sammitdə bu məsələlərlə bağlı yekun qərarlar çıxarıla bilərmi?

- Az öncə də dediyim kimi bu məsələlərə diqqət ayrılacağı mütləqdir, lakin xüsusən ortaq valyutanın yaradılması məsələsi region dövlətləri üçün bu gün mümkün görünmür. Buna səbəb ABŞ təzyiqləri və beynəlxalq aləmin bu məsələdə sərgiləyəcəyi münasibətdir. Nümunə kimi deyə bilərəm ki, Pakistan sırf Türkiyəyə qarşı ABŞ tərəfindən həyata keçirilən sanksiyalara qarşı çıxdığı və Türkiyəni dəstəklədiyi üçün hər il ABŞ tərəfindən ayrılan illik investisiya və yardımlardan məhrum oldu. Təbii ki, Türkdilli dövlətləri Pakistan ilə müqayisə etmək olmaz, lakin istənilən halda qəbul ediləcək belə bir qərar ABŞ əleyhinə olacaq. Bu isə xüsusən Mərkəzi Asiya dövlətləri üçün bir növ “dinc başı ağrıtmaq olar”. Azad iqtisadi zona məsələsi isə gündəmdədir. Ancaq bu məsələ TDƏŞ-in deyil, Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşündə qərara bağlana bilər.

- TDƏŞ-in Qarabağ problemi ilə bağlı vahid mövqeyi varmı? Varsa bu nədən ibarətdir?

- Əslində vahid mövqe mövcud deyil. Türkiyə və Azərbaycan məsələdə fəallıq göstərərək müzakirələr aparsa da digər təşkilat üzvləri əsasən KTT-yə üzv olduqlarına görə bu münaqişəyə dair suallardan ya yayınır ya da bitərəf münasibət sərgiləyirlər.

- TDƏŞ-ə Özbəkistan və Macarıstanın yaxın gələcəkdə üzv olmasını proqnozlaşdırmaq olarmı?

Əlbəttə olar. Xüsusən, Özbəkistan rəhbərliyi bu məsələdə istəkli görünür. Lakin unutmayaq ki, hər iki dövlətin daxilində kifayət qədər milli azlıqlar yaşayır. Məhz bu səbəbdən Özbəkistan bu günə qədər üzvlük məsələsində tələsmir. Macarıstan isə son illərdə sanki milli köklərinə dönüş edir. Hər iki dövlətin təşkilata üzv olması həm təşkilat, həm də bu dövlətlər üçün çox önəmlidir. Amma mən hələ ki, onların “müşahidəçi” və ya “qonaq” statusu ilə təşkilatla əlaqələr quracağına inanıram.

- TDƏŞ-in bu gün Avropa və Asiya ölkələri arasındakı siyasi-iqtisadi əlaqələrdə rolu nədən ibarətdir?

- TDƏŞ ölkələrinin hər biri Avrasiya məkanında çox əhəmiyyətli geosiyasi mövqeyə sahibdir. Hal-hazırda da Çin və Rusiya məhsullarının Avropaya daşınmasında və enerji layihələrində təşkilata üzv ölkələrin rolu böyükdür. Bütün bunlar TDƏŞ-in yaxın gələcəkdə Avropa və Asiya ölkələri arasında xüsusən, iqtisadi əlaqələrdə çox vacib bir qurum kimi diqqət mərkəzində olacağı mənasına gəlir.

- TDƏŞ və Rusiya arasındaki münasibətləri necə dəyərləndirmək olar?

TDƏŞ ölkələrinin hər birinin Rusiya ilə qədimdən gələn tarixi-siyasi əlaqələri mövcuddur. Bu da günümüzdə TDƏŞ-Rusiya münasibətlərinə böyük təsir göstərir. Hal-hazırda Türkiyə və Azərbaycanın Rusiya ilə əlaqələrini möhkəmləndirməsi və münasibətlərin inkişafı TDƏŞ və Rusiya arasında yeni dəyərlər əsasında yeni münasibətlərin qurulmasını şərtləndirir. Bu yeni dəyərlər bərabər tərəfli münasibətlərin qurulmasını özündə ehtiva edir.

Müsahibəni götürdü: Nicat İsmayılov

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Hamısı