Gəncdən DİM-ə möhtəşəm TƏKLİF

Müsahibələr 09:44 04.09.2018

Eurasia Diary axar.az-a istinadən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu, Ankara Universitetinin Hüquq Elmləri üzrə doktorantı, prezident təqaüdçüsü Təbriz Raufoğlunun müsahibəsini təqdim edir:

- Dövlət İmtahan Mərkəzi ölkədə ən şəffaf fəaliyyət göstərən qurumlardandır. Ancaq ixtisas seçimində müəyyən problemlər olduğunu hesab edirsiniz. Bu problemin qaynağı nədir?

- Bu gün fəaliyyət göstərən DİM-in şəffaflığına şübhə yoxdur. Amma bu sistemin tənqid olunmalı, neqativ tərəfləri də var. O baxımdan ki, gənclər öz ixtisas seçimində problemlərlə qarşılaşırlar. Yəni DİM imtahanların yekununda tələbələrə 15 ixtisas seçmək şansı verir, amma orada baryer tətbiq edilmir. Abituriyentin konkret olaraq hansı ixtisasa sahiblənmək istədiyi bilinmir.

Məsələn, abituriyent ixtisas seçimi zamanı balına uyğun yerləri sıra ilə düzür: BDU hüquq, BDU filologiya, BDU jurnalistika. Bu seçimdə hiss olunur ki, abituriyent bilmir vəkil olsun, filoloq olsun, yoxsa jurnalist. Tələbə adını qazanmaq üçün bütün uyğun variantlara əl atır. Bu, çox yanlış məntiqdir. Hesab edirəm ki, DİM ixtisas seçimində “hüquq”u yazan abituriyentin filologiyanı seçməsini əngəlləməlidir ki, sistem qəbul etməsin. Yəni abituriyentin ilk seçdiyi ixtisas hüquqdursa, digər 14 ixtisas da hüquq və ona bağlı olan ixtisaslar olsun. Kompüterlə aparılan bu proses zamanı birinci “hüquq”u seçən şəxsin ikinci yerə “jurnalistika”nı seçməsi mümkün olmasın.

Yaxşı olar ki, ixtisas seçimi edən şəxslər digər universitetlərdə də həmin ixtisası seçsin. Məsələn, BDU hüquq, DİA hüquq, NDU hüquq və s. Düzdür, orada əlaqəli ixtisaslar ola bilər. Bunlar istisnalar sayılır və bunu yaratmaq mümkündür.

- Hesab edirsiniz ki, ixtisas seçimi belə kortəbii formada və ali təhsil məqsədilə yox, universitetə qəbul olmaq, diplom almaq məqsədilə aparıldığı üçün məzunların bir qismi işsiz qalır?

- Bəli. İxtisas seçimində bir-birinə aidiyyəti olmayan peşələrin seçilməsinin tək səbəbi cəmiyyətdə diploma olan arzu, istəkdir. Hətta universitetə qəbul ola bilməyən şəxslər də sırf diplom olsun deyə xaricə gedir. Təklif etdiyim sistem tətbiq edilsə, universitetlərin bəzi fakültələri boş qala bilər. Məncə, DİM də məhz bu səbəbdən bu sistemi tətbiq etmir.

Mədəniyyət və İncəsənət Universitetinin Müzeyşunaslıq fakültəsini bitirən insan var, proqramçı kimi fəaliyyət göstərir. Bu, əsl faciədir. O, MİU-də kiminsə yerini zəbt edib. Həmçinin, praqramçı təhsili də almayıb. Halbuki o işinin təhsilini alsaydı, daha peşəkar və məhsuldar ola bilərdi.

Ancaq bu həm də onu sübut edir ki, diplom heç də hər şeyi o həll etmir. Tələbələrə seçim imkanı verilməlidir, amma bəlli baryer qoymaqla. Abituriyentlərdə şüurlu yanaşma yoxdur. Biz buna inzibati qaydada müdaxilə edə bilərik. Yəni ona izah edə bilərik ki, sevmədiyin ixtisası seçmə. Mən nə qədər insan tanıyıram ki, 200-ə yaxın bal toplayıb, Gəncədə balıqçılıq ixtisasını oxuyur. Halbuki soruşsan, balığın növlərini tanmır. Ya da jurnalistika fakultəsində oxuyur, deyir bayırda qalmamaq üçün yazdım buranı. Diplomsuz qalmasınlar deyə, sevmədikləri ixtisasda oxuyurlar. Bu çox təhlükəli tendensiyadır.

- Sizcə, bu, abituriyentlərin və onları istiqamətləndirən ailələrinin problemidir, yoxsa DİM-in səhvidir?

- Burada qarışıq məqamlar var. Məsələn, yüksək bal toplayan abituriyent ailəsinin və yaxud kimlərinsə tələbi ilə yüksək yerləri yazır. Hətta ən az bal tələb edən ixtisas arzusunda olsa da, balı yüksək olduğu üçün sevdiyi ixtisası deyil, yüksəkballı fakültələri seçir. Bu yanaşmanın heç bir məntiqi yoxdur. Dolayısı ilə burada ciddi mənada islahata ehtiyac var. Məsələn, Türkiyədə bakalavr təhsilinə yiyələnmək bizim ölkədəki qaydada olsa da, magistr və doktoranturaya qəbulda müəyyən istisnaları, fərqləri saymasaq, Avropadakı kimidir.

Avropada, ABŞ-da universitetlərə fərdi qaydada müraciətlər olur. Universitetin özünün yanaşması və qəbul komissiyası var. Akademik səviyyəni, ictimai aktivliyi göstərən sənədləri, dil bacarıqlarını və yaxud səviyyə ölçmə imtahanını verən şəxsləri universitetə qəbul edirlər. Bundan sonra isə müsahibə mərhələsi olur. Bu onu göstərir ki, kimsə istəmədiyi ixtisasda oxumur və yaxud da sistem onu buna yönəltmir. Bu gün araşdırsaq görərik ki, cəmiyyətimizdə nə qədər insan təhsil aldığı ixtisas üzrə çalışmır. Bunun səbəblərindən biri də bizim qəbul sistemimizdir. Yəni abituriyent, valideyn bala və ya universitetin nüfuzuna önəm verə bilər. Ancaq DİM-in tətbiq etdiyi sistem buna imkan verməməlidir.

- Bu ixtisas seçimi, yüksək bal və diplom arzusu ənənəvi problemdir. Birdəfəlik həll üçün nə etmək lazımdır?

- Aşağı siniflərdən başlayaraq, məktəblərdə konsultativ şəkildə müəyyən dərslər sala bilərik. Bununla şagirdlərə düzgün ixtisas seçimi etmə qabiliyyəti aşılanacaq. Şagirdlər nə olacağını bilmirlər, buna görə belə dərslərə böyük ehtiyac var. Normal məntiqli insan nə olmaq istədiyini öncədən bəlli edir. İstədiyi ixtisasa qəbul ola bilməyibsə, yenidən hazırlaşmalıdır. Bu yaxınlarda bir xanım haqqında məlumat yayıldı ki, istədiyi ixtisasa qəbul ola bilməyib deyə, 4 dəfə imtahan verib. Çox adam ona gülürdü. Amma əslində, ən məntiqli adam odur. Valideynlər övladlarına ixtisas seçimində tövsiyə xarakterli yol göstərə bilər, amma bu, məcburiyyət olmamalıdır.

- Təklifləriniz barədə DİM-ə müraciət etmisinizmi?

- Dostumun yanlış ixtisas seçimi ilə bağlı ona məqalə həsr etmişdim. Adı “Çörəyi proqramlaşdırmadan çıxan müzeyşünaslıq məzunu”. Prototip dostum idi. Mən hətta dostuma diplomu geri qaytarmasını da təklif etmişdim. Bu onu göstərir ki, dostum da düzgün seçim edə bilməyib, qəbul sistemində də yanlışlıqlar var. Təkliflərimi DİM-ə hələ ki bildirməmişəm. İstədim, fikirlərim birinci media vasitəsilə ictimailəşsin, normal reaksiyalar olarsa və dəstək görərsə, DİM-ə də müraciət ünvanlayaram.

- Son illər 700 bal toplayan tələbələrin sayı artıb. Bir çoxu təhsilini başa vurduqdan sonra işsiz qalır. Sizcə, onlar da düzgün ixtisas seçimi etməyib, yoxsa səbəb başqadır?

- 700 bal toplayıb işləyə bilməmək tələbənin özünün səhvidir. Yüksək bal sentyabrın 15-nə qədər keçərlidir. Ondan sonra ballar sıfırlanır. Yeni şkala start götürür. Bu şkalanın nəticəsi də məzun olan zaman bəlli olacaq. Bizdə bəzi 700 bal toplayan şəxslər arxayınlaşırlar, heç bir elmi, ictimai fəaliyyətləri olmur. Dörd ilin sonunda isə 700 bal topladıqlarını bəhanə edirlər. Amma onlar bilmirlər ki, işə gedən yol 700 baldan başlamır, 4 ilin sonundan başlayır. Yəni sənin beynəlxalq təcrübələrin, yetərli bacarıqların varsa, iş imkanların çoxdur. Tələbələr ya fəal olmalıdır, ya bu sahədən getməlidir. Hər tələbə adını qazananı təbrik etmək olmaz. Seçdiyi ixtisas istiqaməti, dünyagörüşü, bacarığı ilə üst-üstə düşməyən tələbəni təbrik etməməlisən. Bu, onu aldatmaqdır.

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Hamısı