"Bakı tezliklə Qarabağı qaytaracaq" Səfir

Müsahibələr 09:51 06.09.2018

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşnehlə müsahibəni təqdim edir:

– Mümkünsə, iş həyatınızdan danışın. Bir səfirin gündəlik həyatı nələrdən ibarət olur?

– Əvvəlcə onu deyim ki, diplomatiya çox gözəl peşədir. Bu, həyatımın bir hissəsinə çevrilən sahədir. İnsanın həyatını və vaxtını alır, lakin bunun özü də çox xoşdur. Öz gündəlik həyatımdan danışım. Səhər oyanırsan, nəsə yeməyə çalışırsan və işə yollanırsan. Bizim işimiz rutin deyil, hər gün nəsə bir yeniliklə qarşılaşırsan. Bu, çox maraqlıdır. İşdən sonra da diplomatiya davam edir. Olduqca aktiv sosial həyatımız var. Bəzən vaxt tapdıqca idmanla və ya sevdiyimiz bir işlə məşğul olmağa çalışırıq. Günlərimiz bax belə keçir.

– Səfir olmağınız həyatınızda nələri dəyişib?

– Hər peşədə ən böyük dəyişiklik özünü inkişaf etdirməyə, bacardığının ən yaxşısını etməyə çalışmaqdır. Fövqəladə heç nə yoxdur. Bir şeyi doğrudan da etmək istəyəndə bacarmayacağın iş yoxdur.

– Azərbaycan–İordaniya münasibətlərini üç kəlmə ilə necə ifadə edərdiniz?

– Hər şey mükəmməldir!

– Cənab səfir, İordaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İordaniya ilə Azərbaycan arasında mövcud siyasi və iqtisadi əlaqələri necə qiymətləndirə bilərsiniz? İki ölkə arasında diplomatik əlaqələrin 25 ili ərzində ən böyük nailiyyətlər hansılardır?

– Bildiyiniz kimi, İordaniya 1991-ci il dekabrın 28-də Azərbaycanın müstəqilliyini tanıyıb. Amma diplomatik münasibətlərimiz on ildən çoxdur ki, inkişaf etməkdədir. Bu müddətdə hər iki tərəf yeni töhfə verə bilmək üçün əlindən gələni edib. İki ölkə arasında 45-dən çox müqavilə bağlanıb. Bu, kiçik rəqəm deyil. Əlbəttə ki, iki ölkə arasında daimi səfərlər mövcuddur. Kral Abdullah II Azərbaycanda üç dəfə rəsmi səfərdə olub. Cənab Prezident İlham Əliyev İordaniyaya iki dəfə səfər edib. Bunlar münasibətimizin diqqətəlayiq məqamlarıdır. Bu həm İordaniyaya, həm də Azərbaycana qardaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsi üçün motivasiya verir.

– İki ölkə arasındakı iqtisadi sahədə gələcək əməkdaşlığın vizionu nədir? Azərbaycanla İordaniya arasında ticarət dövriyyəsinin artırılması üçün hansı addımlar atılmalıdır? Azərbaycan xarici investisiyaları getdikcə daha çox cəlb edir. Ölkəmizlə hansı sahələrdə daha perspektivli əməkdaşlığın yaranacağını düşünürsünüz?

– Əlbəttə ki, biz mövcud əlaqələri inkişaf etdirməyə çalışırıq. İqtisadi əlaqələrimizin səviyyəsindən o qədər də məmnun deyilik. Suriyada təxminən yeddi ildir davam edən müharibəyə şahidlik edirik. Bundan öncə eyni problem digər qonşumuz İraqda da yaşanıb. Regionda böyük bir terror hökm sürür. Bütün bunlar iqtisadi əlaqələrimizə təsir edir. Bilirik ki, dostlarımız vəziyyətimizin yaxşılaşacağı günədək bizi gözləyəcəklər. Onlar başa düşməlidir ki, bizim problemlərimiz var. Buna görə də bir az gözləməyə məcburuq. Gələcək gözəldir. Bunu indidən görmək heç də çətin deyil. Azərbaycan böyük potensiala malik bir ölkədir. İordaniya da olduqca dinamik ölkədir. Biz bir çox sahədə əməkdaşlıq edə bilərik. Ümid edirik ki, gələcəkdə iqtisadi əməkdaşlığımız genişlənəcək.

– Əlaqələrin mədəni aspektini genişləndirmək üçün hansı işlər görülür?

– Biz Azərbaycanda keçirilən mədəni tədbirlərdə, festivallarda, sərgilərdə iştirak edirik. İordaniyadan Azərbaycana, Azərbaycandan İordaniyaya gələn qruplarla da mütəmadi olaraq əlaqədəyik. Mədəniyyət nazirlərinin görüşləri keçirilir, o cümlədən, yaradıcı insanların, incəsənət, ədəbiyyat nümayəndələrinin mübadilə proqramları ilə səfərləri təşkil olunur.

– İordaniyalı turistlər üçün Azərbaycan cəlbedici istirahət məkanıdırmı? Vətəndaşlarınız Azərbaycan haqda nə düşünür?

– Azərbaycan iordaniyalılar üçün yeni və fərqli bir məkandır. Onlar elə azərbaycanlılar kimi daha çox Türkiyəyə getməyə adət etmişdilər. Amma indi bir çox ərəb ölkələri vətəndaşları kimi iordaniyalılar da bu gözəl ölkəni kəşf etməyə başlayıb. Onlar Bakıya heyran qalırlar. Bir çox iordaniyalı Bakıda biznes qurmaq, investisiya yatırmaq fikrindədir.

– Suriya böhranı İordaniyanı ən çox qaçqın qəbul edən ölkələrdən birinə çevirib. Bəzi ekspertlər bu qaçqın axınının bəzi ölkələr üçün təhdid yaradacağını düşünürlər. Əmman qaçqınlar məsələsində nə fikirdədir? İordaniya üçün həqiqətənmi müəyyən təhlükələr yarana bilərmi?

– Qaçqın məsələsi İordaniya üçün böyük bir problemdir. Yeddi ildir ki, suriyalı qaçqınlara yardım etməyə çalışırıq. Bundan öncə eynisi İraq qaçqınları ilə yaşanmışdı. İraq böhranı zamanı İordaniyada bir milyondan artıq iraqlı yaşayırdı. İndi ölkəmizdəki suriyalı qaçqınların sayı 1.3 milyonu keçib. Onların bir hissəsi böyük düşərgələrə yerləşdirilib. Biz həmişə qardaş ölkələrdəki vətəndaşlara qucaq açmışıq. Biz fələstinlilərlə birlikdə 60 il yaşamışıq.

Qaçqın böhranı İordaniyanın rastlaşdığı ən böyük problemlərdən biridir. Əsas məsələ iqtisadiyyatdır. Biz qaçqınlarla iş yerlərimizi, suyumuzu, xəstəxanalarımızı, məktəblərimizi bölüşürük. İordaniya varlı ölkə deyil. Bizim resurslarımız məhduddur. Lakin biz onları öz qardaşlarımızla paylaşırıq. İordaniya və iordaniyalılar hər zaman ehtiyacı olanlara qucaq açıb. Təkcə qonşu dövlətlərə deyil, burada Sudan, Liviya, Yəmən vətəndaşları da yaşayır. Onlar İordaniyada özlərini təhlükəsizlikdə hiss edirlər. Təəssüf ki, beynəlxalq ictimaiyyət İordaniyadakı qaçqınlara kömək etmək üçün kifayət qədər cəhd etmir. ABŞ-ın, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə maliyyə yardımını dayandırmaq qərarı, bizi son günlər böyük çətinliklə üz-üzə qoyub. Bu, böyük itkidir. Bu gün Fələstinli qaçqınlara kömək etmək İordaniya diplomatiyasının kökündə duran əsas məsələlərdəndir.

– Bakı da İordaniya kimi həddən artıq böyük qaçqın və məcburi köçkün axını ilə üz-üzə qalıb. Bu da Dağlıq Qarabağ müharibəsi və İrəvanın azərbaycanlılara qarşı diskriminasiyası və onların deportasiyası nəticəsində yaranıb. Biz İordaniyanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bilirik. Azərbaycanın da Yaxın Şərqin bir parçası olduğunu nəzərə alsaq, Qarabağ məsələsinin həllinin Suriya və Yaxın Şərqdəki bir sıra problemlərin həlli üçün nümunə ola bilərmi?

– İordaniya Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləyir. Biz bilirik ki, Azərbaycan tərəfi problem müharibə ilə də aradan aldırmaq iqtidarındadır. Lakin siz də məsələni sülh yolu ilə həll etmək istəyirsiniz. Əminəm ki, buna tezliklə nail olacaqsınız. Azərbaycan buna beynəlxalq birliklərin və dostlarının köməkliyi ilə nail olacaq. Azərbaycan böyük potensiala və gözəl gələcəyə sahib bir ölkədir. Biz sizin ağrınızı duya bilirik, çünki özümüz də eyni dərddən əziyyət çəkmişik. Düşünürəm ki, İlham Əliyev və Kral Abdullah ölkələrimizdəki sabitliyin və gələcəyimizin qarantıdır.

– Ölkəniz qarışıq regionda yerləşir, amma buna rəğmən, regionun ən stabil iqtisadiyyatına və siyasi həyatına malikdir. Rəsmi Əmman buna necə nail olur?

– Ağıllı, müdrik liderin fəaliyyəti idarəçiliyə də, biznesə də, iqtisadiyyata da təsir göstərir. Bu stabilliyin əsas şərtlərindən biridir. Biz regionun ən qədim dövlətlərindən biriyik. İordaniyalılar təhsilli, mehriban, sülhsevər, gələcəyə optimist baxan insanlardır. İordaniyanı cazibədar, təhlükəsiz, stabil ölkəyə çevirən bir çox amil var. Düşünürəm ki, regiondakı bəzi ölkələr bizdən nümunə götürə bilər.

– “İndiana Cons və son səlib yürüşü” filminin İordaniyanın Petra şəhərində çəkildiyi doğrudur?

– Əlbəttə! Petra dünyanın ən qədim şəhərlərindəndir. Ona həm də “Çəhrayı şəhər” deyilir. Dünyanın yeddi möcüzəsindən biri Petrada yerləşir. Bu şəhərdə xeyli filmlər çəkilib. İki il əvvəl “Mars” adlı filmin çəkilişləri məhz orada aparıldı. Səhralıqlar Petranın yaxınlığında yerləşdiyi üçün çəkiliş zamanı ora doğrudan da Marsı xatırladırdı.

– Səmimi cavablarınız və qonaqpərvərliyiniz üçün təşəkkür edirik.

– Yenə gəlin.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Hamısı