Paşinyana zərbə - Gizli danışığı rus kəşfiyyatı yayıb? | Eurasia Diary - ednews.net

19 Sentyabr, Çərşənbə


Paşinyana zərbə - Gizli danışığı rus kəşfiyyatı yayıb?

Müsahibə A- A A+

Dünən Yutub (Youtube) kanalına Ermənistan Milli Təhlükəsizlik Xidməti direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasındakı Köçəryan, Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hazırkı rəhbəri Yuri Xaçaturovun cinayət işi ilə bağlı gizli müzakirələrin əks olunduğu audio yerləşdirilib.

Telefon danışığının hansı məqsədlə yayılmasına dair analitik Ehtiram Aşırlının Axar.az-a müsahibəsini təqdim edirik:

- Gizli səs yazılarının yayılması niyə Paşinyanın Moskva səfəri ərəfəsinə düşdü?

- Bunu Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya mütəmadi səfərləri və atdığı addımların Qərb tərəfindən narahatlıqla qarşılanması ilə əlaqələndirə bilərik. Xüsusilə, Rusiyanın təklifi ilə Ermənistanın Suriyaya “humanitar qoşun” göndərmək qərarı Qərbdə qəzəblə qarşılanıb. Həmçinin ABŞ laboratoriyasına rus mütəxəssislərin buraxılması da ayrı bir narazılığa səbəb olub. Düşünürəm ki, bütün bu proseslərdən narahat olan Qərb gizli səs yazısının yayılmasında maraqlı olan tərəfdir. Bununla da Qərb N.Paşinyana kiçik qulaqburması verməklə hansı tərəfdən çıxış etməli olduğunu xatırladıb. Düşünürəm ki, bu gizli səs yazısı Paşinyanın Moskva səfərindən sonra yayılması Qərb tərəfindən məqsədyönlü şəkildə həyata keçirilib.

- Bəs bu səs yazılarını hökumət özü qəsdən yaya bilərmi?

- Bu ehtimalın olmasını çox da yüksək hesab etmirəm, amma Paşinyan o qədər məntiqsiz və obıvatel siyasətçidir ki, ondan hər şeyi gözləmək olar. Belə ki, Paşinyan Rusiya səfərindəki uğursuzluqlarını ört-basdır etmək və xalqın diqqətini başqa məsələyə yönəltmək üçün bu cür addım ata bilər. Fikir verirsinizsə, Ermənistan baş naziri verdiyi sözləri yerinə yetirə bilmədiyi üçün öz bacarıqsızlığını ört-basdır etməyə və xalqın diqqətini yayındırmağa çalışır. Bu səbəbə görə də Paşinyan hər dəfəsində bir şəxsi “günah keçisi” göstərərək xalqın diqqətini mövcud problemlərdən yayındırır. Bu dəfə də belə bir addım atmış ola bilər.

- Bu işdə Rusiya kəşfiyyatının əlinin olması ehtimalı varmı?

- Bu ehtimal həddən artıq azdır. Əlbəttə, Rusiya Ermənistanın yeni baş naziri və onun hökumətindən narazıdır. Biz bu narazılığı Nikol Paşinyanın Rusiya səfəri çərçivəsində də müşahidə etdik. Onu da nəzərə almalyıq ki, Ermənistan rus kəşfiyyatının ovcunun içindədir. Buna rəğmən, söhbətin motivinə görə bunu Rusiya kəşfiyyatının yayması versiyası az inandırıcıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...