15 sentyabr zəfəri mart soyqırımının qisasıdır ÖZƏL

Müsahibələr 10:07 14.09.2018

15 sentyabr Bakının azad olunmasının 100-cü ildönümüdür. Mövzu ilə əlaqədar AMEA Mərkəzi Elmi Kitabxananın bölmə müdiri, tarixçi ekspert Qulamhüseyn Məmmədov Eurasia Diary-nin suallarını cavablandırıb.

- 15 sentyabr 1918-ci ilin Azərbaycan tarixindəki yeri nədən ibarətdir?

Bu hadisənin tariximizdə yeri çox böyükdür. Çünki bu hadisə ilə dünyaya göstərilmişdir ki, Azərbaycan xalqı öz ərazi bütövlüyü uğrunda sonuna qədər mübarizə aparmaq əzmindədir. Həmçinin də Bakının bolşevik-daşnak işğalından azad edilməsi, bu qüvvələrin yerli əhaliyə qarşı törətdiyi mart soyqırımının qısasını almışdır.

- Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun sonrakı taleyi necə oldu?

Mudros atəşkəs razılaşmasına əsasən Osmanlı qoşunlarını digər ərazilər kimi, Cənubi Qafqazdan da geri çağırmalı idi. Bu zaman artıq Qafqaz İslam Ordusu Şimali Qafqazda hərbi əməliyyatlar aparırdı.Ənzəlidəki ingilis komandanı General Tomson, 12 noyabr 1918-ci ildə Bakıya bir heyət göndərərək, şəhərin 17 noyabr 1918-ci il tarixində saat 10.00-da işğal ediləcəyini, bu səbəbdən Bakının boşaldılmasını, Qafqaz İslam Ordusu Komandanı Nuru paşadan rəsmən tələb etdi. İngilis heyəti Mudros sazişi imzalandıqdan sonra davam edən Mahaçqala hücumu və bölgənin ələ keçirilməsinin, barışıq şərtlərinə zidd olduğunu nəzərə çatdıraraq, 17 noyabr 1918-ci il tarixində saat 10.00-dan sonra Bakıda və bölgədə qalan türk əsgərlərini əsir götürəcəyini bildirdi.Nuru paşa ilə General Tomson arasında danışıqlardan sonra müddət bir qədər uzadıldı. Beləliklə də, noyabrın 19-20-dən etibarən Qafqaz İslam Ordusu Bakını və Azərbaycan ərazisini tərk etməyə başladı.Buna qədər isə Hərbi nazirliyin 1918-ci il oktyabr ayının 27-də verdiyi əmr ilə Qafqaz İslam Ordusunun hərbi qulluqçularında xidmət edən şəxslər könüllü şəkildə Cümhuriyyət ordusuna keçə bilərdi. Bu halda onlara Azərbaycan vətəndaşlığı verilirdi. Bu proses 1918-ci ilin noyabr ayının 23-də verilən digər bir əmrə qədər belə olmuşdur. Qafqaz İslam Ordusunun zabit heyətindən bəziləri cümhuriyyət işğal ediləndə belə mübarizəni davam etdirmiş və bir sıra yerlərdə üsyanlara rəhbərlik etmişdir.

- Ənvər paşanın AXC-nin qurulması və Bakının azad olunmasındakı rolu nədən ibarətdir?

Qafqaz İslam Ordusunun yaradılması və Cənubi Qafqaza göndərilməsi birbaşa Ənvər paşanın əmri və səyi nəticəsində olmuşdur. O dövrdə Almaniya bolşevik Rusiyası ilə Brets-Litovsk müqaviləsi imzalamışdı. Bu müqaviləyə Osmanlı da imza çəkmişdi. Müqaviləyə görə Osmanlı qoşunları Qafqaza daxil ola bilməzdi. Buna görə Osmanlıya və şəxsən Ənvər paşaya Almaniya tərəfindən güclü təzyiq var idi. Almaniya Rusiya ilə yeni müharibə istəmədiyinə görə Ənvər paşadan bu hərəkatı dayandırmağı tələb edirdi. Sonda bu baş vermədikdə isə osmanlıdakı Alman hərbiçilərinin rəhbəri Ənvər paşaya Nuru paşaya dayan əmri verilməsə Almaniyanın Osmanlıya hərbi yardımı dayandıracağını və alman hərbi nümayəndələrinin ölkəni tərk edəcəyini bildirdi. Nəticədə Ənvər paşa Nuru Paşaya teleqraf göndərərək hərəkatı dayandırmağı bir necə dəfə əmr etdi. Lakin bu yalnlız rəsmiyyət üçün idi, çünki öz yavəri vasitəsilə göndərdiyi məktubda hücumu sona qədər davam etdirməyi tələb edirdi.19181-ci ilin avqustun 27-də Almaniyanın Rusiya imzaladığı "Bakı sazişinə" əsasən Rusiya Almaniyaya Osmanlının Bakı yürüşünə mane olacağı halda Bakı neftinin 1\4 hissəsini verməyi öhtəsinə götürmüşdü. Lakin Ənvər paşanın qətiyyəti və Tələt paşanın əzmi sayəsində bu müqavilə rəsmi şəkildə ləğv edilmiş və Alman dövləti AXC rəsmilərinə yaxın müddətdə onu rəsmi dövlət kimi tanıyacaqlarını bildirmişdi. Qısası Ənvər paşanın Bakının azad edilməsində rolu çox böyükdür.

- Bakıda formalaşan Sentro kaspi diktaturası, rus boşeviklər və erməni quruplaşmalar Bakının azad olamaması üçün hərşeyi etdilər. Bəs necə olduki Qafqaz İslam Ordusu bütün bunlara rəğmən Bakını azad edə bildi?

Maraqlısı odur ki, Bakı məsələsi və bizim Bakını azad etmək məqsədimiz keçmiş düşmənləri belə dost etdi. Beləki, Bakı işğalı zamanı qatı bolşevik Petrovun dəstəsi İngilislərlə birgə Bakını Azərbaycan qüvvələrinin azad etməsinə mane olmağa çalışırdı, keçmiş çar polkovniki, iran Kazak Briqadasının komandanı Lazar Biçeraxov ağ qvardiyaçı idi, bolşeviklərə nifrət edirdi, lakin buna baxmayaraq bolşevik və daşnaqlara birgə Bakını işğalda saxlamağa kömək etməyə razı oldu və 1918-ci ilin iyul ayının əvvəllərində Bakıya gəldi. Onun dəstəsinə ingilislər 5 aeroplan və 3 zirehli maşın, onları idarə eləmək üçün ingilis zabitləri vermişdilər. Yəni dolayısı ilə ingilislər Bakını işğalda saxlamaq üçün ö dövrki düşmənləri olan bolşeviklərə hərbi yardım etmişdilər. Bu çox maraqlı faktdır. Lakin yerli xalqın, Əlahiddə Azərbaycan Korpusunun və Qafqaz İslam Ordusunun əzmi sayəsində Bakı azad edildi və işğalçılar Bakıdan qaçmağa məcbur oldular.

- Şəhərdə və ya Şəhər ətrafında gedən döyüşlərlə bağlı hansı maraqlı faktları aça bilərsiniz?

Maraqlı faktlardan biri odur ki, Azərbaycan qoşunları Bakı ətrafına gələr gəlməz Bakı ətrafı kəndlərdəki yerli əhali üsyana qalxmış və işğalçıları qovmuşdur. Bir digər maraqlı fakt isə, Sentrokaspi diktaturası üzvləri  Liyamlin və Sadovski ilə general Denstervil arasında olmuş dialoqdur. Beləki, General Deustervil, ikinci Bakı hücumunun birinci günündə Qafqaz İslam Ordusu qarşısında müqavimət göstərməyin bir fayda verə bilməyəcəyi qənaətinə gəldi. İngilis birliklərinə axşam saat 20.00 radələrində geri çəkilmə əmri verdi. Saat 22.00-da isə bütün ingilis hərbi birləşmələri Kreyzer gəmisinə minmişdi. İngilislərin Bakıdan aralanmasına mane olmaq məqsədilə Sentrokaspi üzvlərindən Liyamlin və Sadovski, Deustervil ilə görüşmək üçün Kreyzer gəmisinə gəldilər. Sadovski Deustervilə xitabən hökumət adından bir məktub gətirdiyini və şəhərin müdafiəsindən qaçmaması gərəkdiyini bildirdi. İngilis birliklərinin geri çəkilməsinin xəyanət kimi qiymətləndiriləcəyini və buna qarşı sərt tədbirlər görüləcəyini bildirərək, hərbi birləşmələrin yenidən cəbhənin müdafiə xətlərinə göndərilməsini tələb etdi. Türklərin hələ şəhərə girmədiyini və müharibəni davam etdirəcəklərini də qeyd etdi. General Deustervil də Sadovskiyə bu cavabı vermişdir: Mənim Bakıdan getməyim heç də xəyanət deyildir. Çünki mənim fikirlərim sizin hökumətə bəlli idi. Mənim hərbi qüvvələrim heç bir kömək almadan 16 saat döyüşdülər. Sizin əsgərləriniz isə çox zəif döyüşürdülər. Belə bir vəziyyətdə mən əsgərlərimin həyatını qurban vermələrinə razı olmaram. Hərbi birləşmələrimin dərhal cəbhənin ön sıralarına sövq edilməsinə gəlincə, dəyişdirilmədən və yardım almadan 16 saat vuruşmaq, fiziki baxımdan mümkün deyildir. Mən belə bir əmr verməyəcəyəm və elə indicə yola çıxıram

- Bakı azad edildikdən sonra şəhərdə ermənilərə qarşı hər hansı təzyiq və ya zorakılıq faktları baş vermişdimi?

Şəhər azad edildikdən sonra hələ də müqavimət göstərən daşnaq qüvvələri və bolşeviklərlə qısa müddətlik küçə döyüşləri olmuşdur, lakin şəhər tamamilə azad edildikdən sonra hərbi komandanlıq tərəfindən verilən bildirişdə heç kimə zərər verilməcəyi elan edilirdi. Və sonradan Türkiyə Cümhuriyyətinin silahlı qüvvələrində ordu generalı rütbəsinə qədər yüksələn Cəmil Cahid Toydəmir Bakı Mövqe Komandiri vəzifəsinə təyin olunmuş və axşama doğru şəhərə girmişdir. Şəhərdə asayişi bərpa və mühafizə etmək minbaşı Fəhmi bəyin başçılığı altında iki batareya ilə 56-cı alaya həvalə olunmuşu.Şəhərin şərq hissəsindəki Qaraşəhər bölgəsini isə bir batareya ilə 38-ci piyada alayının qoruyacağı qərara alınmışdı. Düşmən gəmilərinin Bakını bombalamasının qarşısını almaq üçün şəhərin qərb bölgəsindəki Bayıl təpələri ilə şərqdəki Zığ təpələrinə də topçu batareyası yerləşdirildi. Şəhərdə asayış güclü şəkildə qorunurdu.

- Bakı uğrunda gedən döyüşlərdə orduya rəhbərlik edən kamandanlardan və ya döyüşçülərdən xüsusi şücayəti ilə seçilənlərin bir neçəsin adını bizimlə bölüşə bilrəsizmi?

Bakı döyüşünə qədər olan Kürdəmir, Göyçay, Şamaxı, Hacıqabul və Salyan döyüşləri olmuşdu. Bu döyüşlərdə Həbib bəy Səlimov, Əliağa Şıxlınski, Cəmil Cahid Toydəmir, Nazim Ramazanov, Əli Qılınc, İhsan bəy, Yusif bəy, Mürsəl paşa (sonradan Bakı şəhərini özünə soyad kimi götürmüşdür.) və digər adlarını bilmədiyimiz şəxslər igidlik göstərmişdir.

Nicat İsmayılov

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
Hamısı