Azərbaycan Parlamenti - Azərbaycan xalqının demokratik zəfəri ÖZƏL

Müsahibələr 11:31 21.09.2018

Bu gün, sentyabrın 21-də Müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Demokratik Respublikasının Parlamentinin yaranmasından tam olaraq 100 il keçir. Mövzu ilə bağlı tarixçi ekspert Nofəl Abdullayev Eurasia Diary-ə müsahibə verib.

Parlament necə formalaşdı və onun formalaşmasına gətirib çxaran hadisələr nələrdir?

- Parlament Azərbaycan xalqının azadlıq və istiqlal mübarizəsinin nəticəsi olaraq formalaşdı. 1918-ci il may ayının 28-də Zaqafqaziya Seymində Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla, əslində, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu.  İlk olaraq, Tiflisdə fəaliyyətə başladı, ardınca Gəncəyə, sonra isə Bakıya köçürüldü.

- Azərbaycan Parlamentinin yaradılmasının ideya müəllifi və ya müəllifləri kimlərdir?

- Əslində, Azərbaycan Parlamentinin ideya müəllifi fətəli Xan Xoyskidir. İlk dəfə parlament yaratmaq barədə təklifi o irəli sürüb. Təbii ki, Məmmədəmin Rəsulzadə və Əlimərdan bəy Topçubaşovun da parlamentin formalaşması və fəaliyyətində rolu danılmazdır. Lakin müzakirələr zamanı bir çox Azərbaycan ictimai xadimləri parlamentin Cümhuriyyət tam olaraq sistemli şəkildə oturuşmasından və dövlətçiliyin inkişaf etdirilməsindən sonra yaradılmasını təklif edirdilər. Fətəli bəy isə açıq bir şəkildə parlamentin qurulacaq dövlətin hüquqi əsası olacağını bəyan etdi və “hüquqsuz dövlət olmaz” deyərək parlamentin yaradılmasında əvəzsiz rol oynadı.

Image result for Azərbaycan Parlamenti - Azərbaycan xalqının demokratik zəfəri

- Parlamentin o dövrlər tərkibində hansı etnik və ya siyasi ünsürlər yer alırdı?

- Parlamentin tərkibi barədə 19 noyabr 1918-ci il qanunu çox önəmli əhəmiyyətə sahibdir. Bu parlamentin demokratik olduğunu sübuta yetirən bir qanundur. Bu qanuna əsasən ölkədə yaşayan bütün etnik ünsürlər qruplar şəklində parlamentdə təmsil oluna bilərdi. Bu qanun əsasında ölkədə yaşayan erməni, gürcü, yəhudi və almanlara parlamentdə təmsil olunmaq hüququ verildi. Bunlar parlamentin etnik ünsürləri idi. Qeyd edək ki, bu ünsürlər də siyasi franksiyalarda birləşmişdilər. Siyasi ünsürlər isə Müsavat və Bitərəflər fraksiyası, İttihad fraksiyası, Əhrar fraksiyası, Sosialistlər fraksiyası, Bitərəflər, Müstəqillər, Sol müstəqil və s.

Image result for Azərbaycan Parlamenti - Azərbaycan xalqının demokratik zəfəri

- Parlamentdə ermənilər niyə təmsil olunmaqdan sonradan imtina etdilər?

- Çünki, onlar düşünürdülər ki, əgər Müəssirlər Məclisindən çıxsalar və silahlansalar Azərbaycanın daxilində ayrı bir dövlət formalaşdıra bilərlər. Lakin təbii ki, çox çalışsalar da bunu əldə edə bilmədilər. Həm siyasi, həm hərbi sahədə Azərbaycan Xalq Cumhuriyyətinə məğlub oldular.

- Parlamentin səlahiyyətləri nə qədər geniş idi?

- Parlament AXC dövründə ali orqan olaraq dövlətin özəyini təşkil edirdi. Çox geniş səhaliyyətlərə sahib idi. Qəbul edilən qanunlardan da göründüyü kimi hər məsələ məclisdə müzakirə edilirdi və çoxluq üsulu ilə qəbul olunurdu. Ümumiyyətlə AXC siyasi sitematik cəhətdən parlamentar demokratiya quruluşuna malik idi.

Image result for AXC Azərbaycan Parlamenti

- Parlamentimizin 100 illik tarixində kritik və Azərbaycan tarixində iz qoyan, tarixin axarını dəyişən qəbul edilmiş hansı qərarları qeyd edə bilərsiz?

- Belə qərarların sayı olduqca çoxdur. İlk olaraq, “İstiqlal Bəyannaməsi”ni qeyd etmək istərdim. Azərbaycan Parlamentinin qəbul etdiyi ən mühüm qərar məhz bu bəyannamənin qəbul edilməsi ilə bağlıdır. İstiqlal bəyənnaməsi Azərbaycan xalqının milli-siyasi dəyərlərini və dövlətçilik prinsiplərini özündə ehtiva edən çox əhəmiyyətli hüquqi akt idi. Bununla birlikdə Osmanlı ilə bağlanan hərbi paktı da qeyd edə bilərik. Sovet dövründə parlament səlahiyyətlərindən məhrum edilmişdi. O yalnız formal xarakter daşıyırdı. O dövr qəbul edilən qərarlar Moskvadan digər respublikaların parlamentlərinə çatdırılırdı. Lakin Azərbaycan Ali Sovetinin mənim yadımda qalan belə bir qərarı var idi ki , o qərar nə digər respublikalarda qəbul edilmiş, nə də Moskvadan göndərilmişdi. Qərar məhz Heydər Əliyevin tapşırığı üzrə parlamentdən keçirilmişdi. Bu qərar ADU hüquq fakultəsinə qəbul olan tələbələrlə bağlı idi. Qərara əsasən ADU-nun hüquq fakültəsinə yalnız fəhlə-kəndli övladları və ordudan təxris olunmuş gənclər daxil ola bilərdi. Azərbaycan parlamentinin 1991-ci ilin 18 oktyabında qəbul etdiyi Müstəqillik Aktı da eynən İstiqlal Bəyənnaməsi kimi xüsusi yerə sahibdir. Bundan başqa Konstitusiya haqqında, Azərbaycan dili haqqında, insan hüquqları və azadlıqları haqqında bir çox önəmli qərarları qeyd edilə bilər.

- Parlament tariximizin müqayisəli təhlilini necə dəyərləndirə bilərsiniz?

- Parlament tariximiz üç dövrə ayrılır. I dövr təbii ki, Cumhuriyyət dövrüdür. Bu dövrdə Parlament siyasi cəhətdən dinamik və hakimiyyət bölgüsündə ən çox paya sahib olan, ən ali orqan idi.  II dövr Sovet dövrüdür ki, bu dövrdə Ali Sovet az öncə də qeyd etdiyimiz kimi formal qurum idi. III dövr isə müstəqilliyimizlə yenidən formalaşan Milli Məclisdir ki, Milli Məclis ilk zamanlar formal olmasa da nizamsız qurum idi və dəqiq səlahiyyətləri müəyyən deyildi. Yalnız Heydər Əliyevin səyləri ilə hazırlanan və 1995-ci ildə qəbul edilən konstitusiyada Azərbaycan Milli Məclisinin dəqiq statusu və səlahiyyətləri müəyyən edildi. Hal-hazırki Milli Məclis bir çox problemlərə rəğmən inkişaf potensialı olan və hüquqi əsaslara söykənən bir qurumdur. Və inanıram ki, gələcəkdə də Azərbaycan Milli Məclisi Azəbaycan xalqının əsas qanunverici orqanı kimi hüquqi dövlətin və vətəndaş cəmiyyətinin təminatçısı kimi çıxış edəcək.

Nicat İsmayılov

Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO

Xəbər xətti

İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Aİ nümayəndəliyi: Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur
11:20 16.04.2024
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
Yaponiya vətəndaşlarını itirir - Yarım milyon azalma...
11:15 16.04.2024
İsrailin Irana qarşı GİZLİ PLANI
İsrailin Irana qarşı GİZLİ PLANI
11:05 16.04.2024
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
Tacikistan Türkiyə vətəndaşları üçün viza tətbiq etməyə başlayıb
11:00 16.04.2024
İranda 12 yaşlı qızlar hicaba görə həbs edilir
10:50 16.04.2024
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
Bu ölkədə ordu təşvişə düşdü! - SƏBƏB
10:45 16.04.2024
Bu gün Bakıda 23 dərəcə isti olacaq
10:40 16.04.2024
Prezident Şirvan suvarma kanalının təməlini qoydu
10:38 16.04.2024
Ermənistan üçün seçim: Ya sülh, ya da... – Türkiyəli politoloq ŞƏRH EDİR
10:32 16.04.2024
Hamısı