Avropa İslamdan yox, İslamın mədəniyyətindən qorxur ÖZƏL

Müsahibələr 16:57 27.09.2018

Son dövrlərdə Avropada getdikcə artan islam nüfuzu və buna qarşı Avropa ölkələrində həyata keçirilən siyasi və ya ictimai tədbirlər daim diqqət mərkəzində qalmaqdadır. Ona görə də bu gün Avropada islama münasibət və Avropada müsəlmanların və islamın gələcəyi kimi vacib bir mövzunu araşdırmağa qərar verdik. Mövzu ilə bağlı siyasi elmlər üzrə tədqiqatçı Şamxal Əbilov Eurasia Diary-ə müsahibə verib.

- Avropada islamofobiyanın səbəbləri nələrdir?

- Bunun bir çox səbəbləri mövcuddur. Lakin, fikrimcə, ən əsas səbəb odur ki, İslam sadəcə bir din deyil, eyni zamanda çox effektiv bir mədəniyyətdir. Yəni, son dövrlərdə Avropada müsəlmanların sayının çoxalması və Avropada islamın nüfuzunun genişlənməsi Avropa mədəniyyəti üçün yeni bir alternativ kimi İslam mədəniyyətinin ortaya çıxmasına səbəb olub. Bu gün Avropada müşahidə olunan islamofobiyanın da əsas səbəbi budur. Avropa illərdir dünyaya örnək kimi təqdim etdiyi mədəniyyətini itirmək, onun təsirini zəiflətmək istəmir. Ona görə də, Avropa məqsədyönlü şəkildə “islamı gözdən salaraq” bir növ öz mədəniyyətini qorumağa çalışır.

- Avropada son günlər islamofobiyaya alternativ kimi “panislamist meyllər” də müşahidə olunur. Oslo universitetinin tətqiqatlarında son illərdə 6 mindən çox vətəndaşın islamı qəbul etdiyi aşkarlanıb. Bundan savayı, Avstriya, Fransa və Almaniya kimi ölkələrdə müsəlmanların əleyhinə qəbul edilən bəzi qərarlara qarşı ciddi etiraz nümayişlərinin keçirilməsi və yerli vətəndaşların bəzi müsəlman ölkələrinə dəstək göstərməsi və s. amillər Avropada panislamist meyllərə misal ola bilər. Avropa dövlətləri bu panislamist meyllərə necə münasibət göstərir?

- Avropada tam bir şəkildə panislamist cərəyan olmasa da qeyd etdiyiniz faktlarla razılaşaraq burada vətəndaşların bir qisminin islama rəğbət göstərdiyini söyləmək olar. Əslində bu panislamizm olmasa da gələcəkdə ciddi bir panislamist hərəkata çevrilə bilər. Avropa dövlətləri də məhz bunun qarşısını almağa çalışırlar. Avropa bu gün panislamizmə qarşı millətçilik ilə çıxış edir. Avropa dövlətlərində millətçiliyin yenidən inkişaf etməsi əsla təsadüfi deyil. Diqqət yetirsək görərik ki, Avropa dövlətlərinin bir çoxunun parlamentində son dövrlər millətçi partiyalar böyük çoxluq əldə ediblər. Bundan savayı, neofaşist və neorasist cərəyanlar demək olar ki, heç bir təzyiqlə qarşılaşmadan öz fəaliyyətlərini və nümayişlərini həyata keçirirlər. Fikrimcə, bütün bunlar siyasi dairələrin planlarıdır və xüsusən də, panislamizmə qarşı çevrilmişdir.

- Bəs nə üçün Avropada millətçilik bir dinə qarşı yönəlir?

Avropada millətçilik türk coğrafiyasında və ya Avrasiya məkanında olduğu kimi deyil. Burada millətçiliyin tarixi daha qədimdir. Avropa millətçiliyinin islamı hədəf almasının səbəbi də yalnız siyasi arqumentlərdən asılı deyil. Avropalı millətçilər miqrant və terror problemini əsas gətirərək anti-islam mövqeyini ifadə edirlər. Həmçinin, Avropa millətçiliyinin bu qədər islama qarşı sərt hətta bəzi ölkələrdə radikal münasibətinin əsas səbəbini buraya Suriya, Liviya və digər ölkələrdən gələn miqrantların həqiqi islami imicə sahib olmaması və onların islamdan uzaq və qeyri-etik davranışları ilə də əlaqələndirmək olar.

- Fransada və Avstriyada son dövrlər həyata keçirilməyə çalışılan “yerli islam” və “sekulyar islam”ın yaradılması siyasətinin əsas hədəfləri nələrdir?

- Fikrimcə, əsas hədəf burada yaşayan müsəlmanların Türkiyə, İran, Səudiyyə Ərəbistanı və s. islam coğrafiyasında lider olan dövlətlərlə əlaqələrini zəiflətmək və ölkədə yaşayan müsəlmanların dövlətə qarşı loyal münasibətini formalaşdırmaqdan ibarətdir.

- Avropada müsəlmanlarının sayının get-gedə artması və regionda islamın təsirinin genişlənməsi Avropanın sosial və siyasi müstəvidə gələcəyinə necə təsir edəcək?

- Bu çox maraqlı və bir o qədər də çətin sualdır. Hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətin olsa da, belə bir fikiri qeyd edə bilərəm ki, Avropada islam təsiri azalmayacaq. Çünki uzun illərdir burada yaşanan mənəvi aşınma cəmiyyətdə islam kimi muhafizəkar və effektiv bir dinə etiqadın artması üçün zəmin hazırlayıb. Avropa dövlətlərinə gəlincə isə gec də olsa bir çoxu Fransa kimi anlayacaq ki, islamofobiya ilə islam təsirini zəiflətmək mümkün deyil. Onlar da bir müddət sonra az öncə qeyd etdiyimiz Fransa kimi İslamı institutlaşdırmağa çalışacaq.

Müsahibəni götürdü: Nicat İsmayılov

Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Hamısı