Koreyada yerli professorlara dərs deyən gənc həmyerlimiz “Vətənə qayıtsam...”

Müsahibələr 16:36 28.09.2018

Nihat  Xəlilzadə: “Koreyalılar azərbaycanlılardan fərqli olaraq, Coğrafiyadan çox da məlumatlı deyillər. Onların Azərbaycanla bağlı diqqətini ən çox Naftalandakı neft vannaları cəlb edir”.

Eurasia Diary azedu.az-a istinadən xəbər verir ki, Nihatla səmimi söhbətin sonunda ondan, “ümumiyyətlə, maraqlıdır, necə təqdim olunmağınızı istəyirsiniz?”- soruşanda, “siz necə görürsünüzsə, elə də təqdim edin”- deyə cavabladı.

Bu da TƏQDİMAT - Mənə görə, Nihat Azərbaycanı ölkəmizdən minlərlə kilometr uzaqlıqda təmsil edən layiqli həmyerlimiz olmaqdan əlavə, gözəl ailə başçısı, ən əsası isə səmimi insandır.

...Və MƏQSƏD - Ehtiyac duyulduğu yerdə olmaq Nihatın ali məqsədidir: “Burada Azərbaycan və Koreya əlaqələrinin güclənməsi üçün görüləcək işlər çoxdur. Ancaq nə vaxta hiss etsəm ki, Azərbaycanın mənə ehtiyacı var və ya Azərbaycana qayıtmağım bu iki ölkə əlaqələri üçün daha yaxşıdır, bax, o zaman heç nəyi düşünmədən qayıdacağam. Lakin Bakıda yox, ata-baba yurdum Masallıda yaşayacağam”.

Nihat Xəlilzadə Koreya Hanyanq Universitetinin məzunudur. O, paytaxt Seulda koreyalılara – orta məktəb şagirdləri və universitet tələbələrinə, belə demək mümkünsə, Azərbaycanı təqdim edir.

Nihatla yaxından tanış olaq:

Xəlilzadə Nihat Lazım oğlu, 1992-ci il, yanvar ayının 13-də Masallı rayon Təzə Alvadı kəndində anadan olub. 5 yaşından etibarən, həmin kənd məktəbində təhsilə başlayıb, 2000-ci ildə isə Bakıya köçərək, təhsilini indiki Ankara Məktəbi məktəb-liseyində davam etdirib. 11-ci sinfi bitirdikdən sonra Bakı Mühəndislik Universitetinə (o zamankı Qafqaz Universiteti) daxil olub, Riyaziyyat və İnformatika (ingiliscə) ixtisasında təhsilini davam etdirir.

Koreyaya getdiyi ilk günlərdən etibarən, Azərbaycanla bağlı könüllü dərslər verdiyini deyən Nihat Xəlilzadə əvvəlcə Koreyaya necə getdiyi və oradakı təhsili barədə danışır:

“Universitetə girdiyim gündən xaricdə təhsillə maraqlanırdım. Nəticədə, BMU-da təhsilimi yarımçıq qoyub Koreya Dövlət Təqaüd Proqramı ilə Cənubi Koreyaya-Seula gəldim. Öncə, 1 il boyunca Keimyunq Universitetində Koreya dili təhsili aldıqdan sonra Hanyanq Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə bakalavr təhsilimə başladım. Universitetdə təhsilimi bitirib, ailə qurdum və hazırda Koreya şirkətlərindən birində xariclə əlaqələr üzrə mütəxəssis kimi işləyirəm.

Üstəgəl, axşamlar magistratura dərəcəsi üzrə Soongsil Universitetində İnformasiya texnologiyaları və menecment üzrə təhsil alıram. Həftə sonu yeni qurduğum Start-up layihəsi üzərində çalışıram. Bu barədə hələ dəqiq məlumat vermək çətindir, çünki hələ proyekt tam hazır olmayıb”.

Daha sonra... Könüllü olaraq verdiyi dərslərdən bəhs edir:

”Dərslərdə məktəblilər, universitet tələbələri, valideynlər, müəllim və professorlar iştirak edirlər. Azərbaycanın ərazisi, əhalisi, dili, qısa tarixi, milli geyimləri və s. haqqında məlumatlar paylaşılır. Dərslərin məqsədi koreyalı gəncləri Azərbaycan haqqında məlumatlandırmaq və onları daha qlobal yaşama hazırlamaqdır”.

Qeyd: Azərbaycan və digər ölkələrin mədəniyyəti haqda dərslər UNESCO, Koreya Gənclər Təşkilatı, Seul icra hakimiyyəti və başqa böyük təşkilatlar tərəfindən təşkil olunur.

“Bu cür dərslərdə, adətən, ən az 30-40 nəfər iştirakçı olur. Amma bəzən 200-ə yaxın dinləyici olduğu da olub. Bu arada Azərbaycan haqqında TV verilişlərində də qonaq olaraq iştirak edib məlumatlar verirəm, Azərbaycanı təmsil edirəm.

Qeyd edim ki, Naftalanda neft vannalarında çimmək, palçıq vulkanları, bizimdə altaylardan gəlməyimiz koreyalıların diqqətini cəlb edir”.

“Azərbaycanlılar çox bacarıqlıdır, lakin mövcud boşluqlar bizi zəif göstərir”.

Nihat  Xəlilzadə Azərbaycan təhsil sisteminə həsr olunan tədbirlər də təşkil etdiyini də vurğulayır:

“Adətən, Azərbaycan təhsili barədə qısa məlumat verirəm, amma son tədbirin əsas hissəsini təhsil sistemi barədə məlumatlandırmaya həsr etdim.

Bizim təhsil sistemində boşluqlar, açıq desəm, çoxdur. Azərbaycanlılar çox bacarıqlıdır, lakin mövcud boşluqlar bizi zəif göstərir. Bizdə olan yaxşıları dünyaya göstəririksə, dünyada olan yaxşı nümunələrdən də özümüz faydalanmalıyıq”.  

-Bizdə olan yaxşılar… Məsələn?

-İlk növbədə, dərs soruşma mədəniyyətinin olması... Mən bunu koreyalılara tədbirdə də bildirdim. Azərbaycanda müəllim I  sinifdən tutmuş, universitet tələbəsinə kimi hər gün nə vaxt istəsə qaldırıb,  dərs soruşa bilir. Amma Koreya təhsil sistemində tələbələr yarım final və final imtahanlarına girirlər və bu, onların bütün taleyini həll edir.

-Bəs Koreya təhsil sistemində başqa hansı boşluqları müşahidə etmisiniz?

-Koreya təhsil sistemində - universitet və orta məktəblərdə tələbələrin öz ixtisasları və maraq sahələrinə yiyələnmələri üçün hər şey maksimum şəkildə təşkil olunub. Tələbələrin əsas problemi isə, dərsdən əlavə məşğuliyyətə ayıracaq vaxtlarının, ümumiyyətlə, olmamasıdır. Amma nəzərinizə çatdırım ki, bu problemlərin həlli üçün sistemdə hər il müxtəlif dəyişikliklər olunur.

“Bugünkü Koreyanı 60 il ərzində məhz təhsil sistemi formalaşdırıb”.

Gənc azərbaycanlı deyir ki, Koreyaya gəldiyim ilk gündən əməyə, zəhmətə qiymət verildiyini, hətta gündəlik həyatımda da hiss edirəm.

“Qısaca özümdən misal çəkim: Yenidən Start-up qurmağa hazırlaşıram və dövlət kiçik şirkətlərin böyüməsi üçün çoxlu təkliflər edir. Birbaşa investisiyalar qoyulmasa belə, investorlarla görüşə şərait yaradırlar. Məsələn, bu yaxınlarda Koreyada dünyanın ən böyük Start-up yarışlarından biri olacaq, təkcə koreyalıların deyil, bütün dünya Start-uplarını Koreyaya dəvət edirlər. Bundan əlavə Start-up və investisiya yatırmağa maraqlı olan şəxsləri də dəvət ediblər. Məqsəd isə qlobal yarışı Koreyada qurub, Koreyadan başlanmasına şərait yaratmaqdır.

Ümid edirəm: Azərbaycan da yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş ölkələrindən olacaq!

Bu potensial Azərbaycan xalqında var. Koreya və Azərbaycanın istər tarixi, istər mədəniyyət oxşarlıqları var və Koreya da Azərbaycan kimi eyni yollardan keçib”.

“Bəzən xəbərləri oxuyanda və ya izləyəndə qarşıma heç bir dəfə də eşitmədiyim Koreyaca sözlər çıxır”.

O qeyd edir ki, bütün gün Koreya dilində danışdığı üçün evdə Azərbaycanca danışanda yadına düşməyən sözlər olur.

“Bəlkə də onun nəticəsidir ki, mənim 1ildə öyrəndiyim dili həyat yoldaşım daha tez - 9 ayda öyrəndi. Nəzərinizə çatdırım ki, Koreya dili Altay dil ailəsinə mənsub olduğuna görə, başqa ölkələrə nisbətən azərbaycanlılar bu dili tez mənimsəyə bilirlər. Baxmayaraq ki, bu qədər vaxtı buradayam və işlərimin hamısını Koreyaca yerinə yetirirəm, yenə də bilmədiyim sözlərlər rastlaşıram. Çünki, xüsusən gənc nəsil sözləri qısaldılmış formada istifadə edir. Bu səbəblə, dili yaxşı bilmək üçün daim cəmiyyətlə ünsiyyətdə olmaq lazımdır”.

“Övladımın Azərbaycan, Koreya və ingilis dilini öz ana dili kimi bilməsi üçün nə lazımdırsa, edəcəyəm”.

Müsahibimiz deyir ki, ona gələcəkdə dil, din, mədəniyyət baxımından övladını necə tərbiyə edəcəyi barədə tez-tez suallar ünvanlayırlar.

“Xarici dil kimi Çin və ispan dilini öyrənməsini çox istərdim. Əlavə olaraq, maraq dairəsində olacaq bir musiqi alətində ifa etməsini və hansısa idman növü ilə məşğul olmasını istərdim.

Qaldı ki, mədəniyyət cəhətdən isə Azərbaycan və Koreyanın yaxşı adət-ənənələrini əlimizdən gəldiyi qədər tanıtmağa çalışacağıq. Arzum odur ki, övladımızın Koreya və Azərbaycan arasında körpü olmasıdır. Bunun üçün də əlimizdən gələni edəcəyik.

Seuldan yenidən ata-baba yurdu Masallıya: “Bir gün mütləq Masallıya qayıdacağıq. Lakin…”

Nihat bildirir ki, indiki vəziyyətdə Azərbaycana qayıtmaq onun üçün mümkünsüzdür:

“Çünki burada Azərbaycan və Koreya əlaqələrinin güclənməsi üçün görüləcək işlər çoxdur. Koreyaya çox gənc yaşımda gəldim, gənclik illərimi burada keçirdim. Buna görə, Koreya həyatı mənə daha rahat görünür. Ancaq nə vaxta hiss etsəm ki, Azərbaycanın mənə ehtiyacı var və ya Azərbaycana qayıtmağım bu iki ölkə əlaqələri üçün daha yaxşı olar, bax, o zaman heç nəyi düşünmədən qayıdacağam. Amma Bakıda yox Masallıda yaşayacağam.

Planlarım çoxdur: yaxın zamanda vətəndaşlıq alaraq Koreya vətəndaşı kimi fəaliyyətimi davam etdirmək istərdim. Düşünürəm ki, fəaliyyətimi Koreya cəmiyyətinə o zaman daha tez çatdıra biləcəyəm. Azərbaycanı daha yaxşı təmsil edə bilmək üçün planlarım olduqca çoxdur. Ümid edirəm, reallaşdırdıqdan sonra sizinlə yenidən müsahibə edərik (gülür)”.

 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı