Mühacir problemini həll etmək üçün bütün dövlətlər birlikdə çalışmalıdır Mərakeş səfiri

Müsahibələr 12:30 18.10.2018

Eurasia Diary dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qərargahında Fondun prezidenti Umud Mirzəyevlə görüşən Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri cənab Adil Embarşdan müsahibə alıb. Müsahibənin mətnini oxuculara təqdim edirik:

Cənab  Səfir, hər şeydən əvvəl, Mərakeşdə bu yaxınlarda baş vermiş qatar qəzasına görə başsağlığı verib öz dərin kədərimizi ifadə edirik. Müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik. İlk sualımız Azərbaycan  Respublikası ilə Mərakeş Krallığı arasında əlaqələrin indiki vəziyyəti və gələcək perspektivləri barəsindədir. Hansı sahələrdə daha sıx əməkdaşlıq edə bilərik?

İlk olaraq qeyd etməliyəm ki, Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasındakı əlaqələr öz xüsusi xarakteri ilə seçilir. Bu əlaqələr qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Hər iki ölkənin siyasi rəhbərliyi arasında çox sıx əlaqələr mövcuddur. Xüsusilə, əlahəzrət kral VI Məhəmmədlə zati-aliləri prezident İlham Əliyev arasında sıx əlaqələri qeyd etmək istərdim. Ölkələrimiz arasındakı bu əlaqələrin tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Kral II Həsən arasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilmiş zirvə toplantısı çərçivəsində  baş  tutmuş tarixi görüşdən başlayır. Mərhum prezident Heydər Əliyevlə mərhum kral II Həsən arasında çox səmimi və səmərəli bir görüş keçirildi. Bu gün də Azərbaycandakı dostlarımız bu görüşü böyük hörmət və ehtiram hissilə xatırlayır, eyni hissləri biz Mərakeşdə də yaşayırıq. Bu həm də İƏT-in ilk toplantısı idi ki, onda Azərbaycanın ərazi bütövlüyü məsələsi qoyulmuş və onun müdafiəsi barədə müvafiq qərar da qəbul edilmişdi. İndiki dövrdə də bu əlaqələr daha da möhkəmlənir və inkişaf edir. Qeyd edim ki, 2012-2013-cü illərdə Mərakeş və Azərbaycan eyni zamanda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilmişlər. Bu çərçivədə sıx işbirliyi və əməkdaşlıq qurulmuşdur. Hər iki tərəf sırf siyasi sahə ilə kifayətlənməyərək daha geniş və çoxşaxəli əlaqələr qurmaq əzmindədir. Bu ilin mart ayında Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita Azərbaycana səfər etmişdir. Mərakeşli nazir öz həmkarı Elmar Məmmədyarovla görüşmüş və cənab prezident İlham Əliyev tərəfindən də qəbul edilmişdir. Biz bu görüşü əlaqələrimiz üçün çox önəmli və tarixi bir hadisə sayırıq. Ölkələrimizin iqtisadi, siyasi və mədəni əlaqələrini genişləndirmək məqsədilə hökumətlərarası komissiya yaradılmışdır. Bu komissiya çərçivəsində müxtəlif sahələri əhatə edən bir neçə saziş imzalanmış, daha bir neçə sazişin imzalanması üçün səmərəli  iş gedir.

- Azərbaycan və Mərakeş xalqlarının mədəni dəyərləri arasında hansı oxşarlıqlar var?

Dəfələrlə qeyd etmişəm ki, Azərbaycan xalqı zəngin mədəniyyətə malikdir. Bu xalq öz mədəniyyət və incəsənətinə bağlı olduğu qədər digər xalqların da mədəni irsinə böyük hörmət və maraq göstərir. Mərakeş və Azərbaycan xalqlarının mədəni irsində bir çox müştərək cəhətlər var və bu da bizə əsas verir ki, hər iki ölkə arasındakı əlaqələri təkcə dövlətlər səviyyəsində deyil, həm də xalqlar arasında da yaxın münasibətlər şəklinə salaq. Bizim mədəniyyətlər, adət-ənənələr arasında ümumi və oxşar cəhətlər çoxdur. Azərbaycan İslam şərqinin, Mərakeş isə qərbinin müxtəlif nöqtələrində yerləşir. Hər iki ölkədə tolerantlıq, plüralizm, mədəniyyətlər və dinlərarası dialoq, başqa millət və dinlərə mənsub olanlara münasibətdə dözümlülük və hörmət, həm də ekstremizm və radikal cərəyanlara qarşı kəskin mövqe və mübarizə əzmi hakimdir. Eyni zamanda pak İslam dinimizə dərin bağlılıq  vardır.

- Münaqişələrin şiddətləndiyi dövrlərdə Mərakeş də mühacirlərin axınına məruz qalır. Ölkəniz bu sahədə hansı çətinliklərlə üzləşir?

Dünya xəritəsinə baxsaq, görərik ki, Mərakeş strateji bir mövqedə yerləşir. Demək olmaz ki, dünyanın lap mərkəzində yerləşir. Amma Mərakeş Afrika, İslam dünyası və Avropanın kəsişdiyi bir nöqtədədir və həm də müsəlman ölkələri arasında Qərbi Avropaya ən yaxın ölkələrdən biridir. Həqiqətdə biz həm qaçqın və köçkün axınının coxluğu, həm də bu hadisədən öz məqsədləri üçün istifadə edən qüvvələrin cinayətkar əməllərindən doğan problemlərlə üzləşirik. Bu qaçqın düşən insanlardan bir çoxu Avropaya köçmək üçün böyük məbləğlər ödəyirlər. Əvəllər Mərakeşin özündən də insanlar mühacirət edirdilər. İndi isə Mərakeşin iqtisadi inkişafı nəticəsində həyat səviyyəsinin yüksəlməsilə bağlı qaçqınlar artıq burada da yerləşmək istəyirlər. Biz bunu çətin bir problem hesab edirik və fikrimizcə, onu heç bir dövlət ayrılıqda dərhal həll edə bilməz. Bu problemin hündür hasarlar tikməklə və ya qaçqınları qəbul etməmək siyasəti yeritməklə həll olunması çətindir. Problemi həll etmək üçün bütün dövlətlər birlikdə çalışmalı, mühacirlərin mənsub olduğu ölkələrdə yeni iş yerləri açılmalıdır. Heç kəs könüllü şəkildə qaçqın olmaq istəməz. Bu hadisəni doğuran sosial-siyasi səbəblər var ki, siyasi stabilliyin və xüsusilə, iş imkanlarının olmaması səbəbindən insanlar ruzi və stabil həyat tapmaq ümidi ilə mühacirət etməyə məcbur olurlar. Bu sahədə Mərakeş dövlətinin özünəməxsus siyasi xətti vardır. Misal olaraq qeyd etmək istəyirəm ki, biz, biri Afrikanın şərqində, o biri isə qərbində yerləşən Efiopiya və Nigeriya kimi dövlətlərin hər birində iri bir gübrə zavodu tikmişik. Bununla da kənd əhalisinin kənd təsərrüfatı istehsalı ilə məşğul olmasını təmin edib, beləliklə ərzaq məhsullarının istehsalını artırıb bölgədə qida təhlükəsizliyi probleminin həllinə töhvə veririk. Bu gübrə məhsulu Afrikanın şərqindən qərbinə qədər geniş ərazidə yaşayan və əsasən də kənd təsərrüfatı ilə məşğul olan əhali üçün iş imkanları yaradır, onlar da mühacirət etmək əvəzinə öz doğma yurdlarında qalırlar.

Ümumiyyətlə, bu bizim üçün çox aktual və mürəkkəb bir mövzudur. Bu ilin dekabrında Mərakeşdə mühacirət problemilə bağlı dövlət başçılarının zirvə görüşü keçiriləcək. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi həm də Mərakeşin bu sahədə yeritdiyi siyasətə verilən yüksək qiymətin ifadəsidir. Çünki bu siyasət, bizim üzləşdiyimiz və əziyyət çəkdiyimiz mühacirət probleminin həllinə yönəlmişdir.

- Müsahibə üçün çox sağ olun, Cənab Səfir!

 

Müsahibəni hazırladılar: Zakir Qasımov və Haşım Məmmədov.

Ərəb dilindən tərcümə: Zakir Qasımov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Hamısı