2018-ci il oktyabrın 28-də Gürcüstanda yeddinci prezident seçkiləri keçirildi. Salome Zurabişvili və Qriqol Vaşadzenin iştirak edəcəyi ikinci tur isə 28 noyabr 2018-ci ildə keçiriləcək. Belə ki, namizədlərin heç biri ilk turda səslərin minimum sayılan 50 faizini qazana bilməyib.
Eurasia Diary Gürcüstandakı prezident seçkiləri ilə bağlı gürcü politoloq İvane Çxikvadzedən müsahibə alıb.
Gürcüstandakı prezident seçkilərinin onun gələcəyini müəyyən edəcəyini düşünürsünüzmü?
- Hesab edirəm ki, bu müəyyən dərəcədə Gürcüstanın gələcəyinə təsir edəcək və 2020-ci ildə nəzərdə tutulan ümumi seçkilərə təsir göstərəcək.
"VMH" (Vahid Milli Hərəkat) və "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyalarının siyasi platformasını necə fərqləndirə bilərsiniz?
- Bəyənatlar səviyyəsində xarici siyasətə gəldikdə, hər iki siyasi qüvvə əhalinin iradəsini əks etdirən Gürcüstanın Aİ və NATO-a inteqrasiyasını dəstəkləyir.
VMH qalib gəlsə və Saakaşvili geri dönərsə nə baş verəcək? Belə bir hal mümkündürmü və bu olarsa Gürcüstandakı siyasi vəziyyətdə nə gözlənilir?
- Saakaşvilinin VMH ilə əlaqəli olduğunu nəzərə alsaq, belə bir halın yaranmasını istisna etmirəm. Hesab edirəm ki, bu ssenari reallaşarsa, Gürcüstanda siyasi çaxnaşmalar ola bilər.
Seçkilər Gürcüstanın Aİ və Rusiyaya ilə münasibətlərinə necə təsir göstərəcək?
- Düşünürəm ki, bu məsələdə böyük dəyişikliklər olmayacaq, çünki Gürcüstanın artıq Assosiasiya Sazişi var və buna riayət edir. Buna görə hesab edirəm ki, Gürcüstan AS-ni həyata keçirməyə davam edəcək və inanmıram ki, hansısa lider Aİ ilə əlaqələri kəsməyə cürət etsin. Rusiyaya gəlincə, Haaqa Məhkəməsindəki istintaqın gedişatından çox şey asılıdır.
Ülvi Əhmədli