"Xəstəyə öz qanımı verib çiynimdə rayona daşımışam"

Müsahibələr 10:30 25.11.2018

Bir dəfə bir qadını həyata qaytarmaq üçün öz qanımdan başqa heç bir çarəm yox idi. Çətin şəraitdə ona öz qanımı verdim ki, rayondan həkim briqadası gələnə qədər ölməsin. Bu hadisəni unuda bilmirəm.

Eurasia Diary-nin verdiyi xəbərə görə, İsmayıllı rayonu, Lahıc qəsəbəsində müasir avadanlıqlarla təchiz olunan xəstəxananın yeganə həkimi, 81 yaşlı həkim-terapevt Sədrəddin İsgəndərovun Oxu.Az-a müsahibəsini təqdim edirik:

- Bütün Lahıc əhalisi sizi sevir və sizə sonsuz güvənir.

- Sağ olsunlar, mən də onları sevdiyim üçün bu yaşıma qədər onlara xidmət edirəm.

- Neçə ildir bu xəstəxanada çalışırsınız?

- Mən 1968-ci ilin avqust ayından bu günə qədər fasiləsiz olaraq burada həkim kimi fəaliyyət göstərirəm. 50 yaşımdan gərgin iş prosesinin içərisindəyəm.

- Bütün profillər üzrə xəstələri qəbul edirsiniz. Bəs əsl ixtisasınız hansıdır?

- Mən ixtisasca 1995-ci ildən ali dərəcəli həkim-terapevtəm. Amma işlədiyim müddət ərzində stomatologiya istisna olmaqla, bütün profillər üzrə müraciət edən xəstələri qəbul edib, ilk yardım göstərmişəm.

- Digər sahələr üzrə diaqnoz qoymaq çətin olmayıb ki? Heç qorxmusunuzmu ki, xəstənin vəziyyətinə pis təsir edər?

- Bilirsiniz, mən 50 yaşımdan çox çətin şəkildə işləmişəm. Həkim peşəsi o qədər çətin və məsuliyyətlidir ki, bilmirəm, onun haqqını verə bilmişəm, ya yox. Hər zaman yanımda həkim-stomatoloq olub. Amma başqa həkimlər burada maksimum altı ay, ya da bir il işləyib, çıxıb gediblər.  Mənim çox zəngin kitabxanam var. Bütün xəstəliklər, bütün profillər üzrə geniş məlumatlıyam.

Özümü tərfiləmək istəmirəm, amma çətin şəraitdə qaldığım üçün məcbur olmuşam, onları oxumuşam, təlimatlara uyğun davranmışam. Xəstələrin yanında həkim yoldaşlarımı yığıb xəstəliyin simptomlarını deyib, məsləhət almışam. Ona uyğun da təlimatlar vermişəm. Gözləyə bilməzdim ki, müraciət edən xəstə gözlərimin önündə əziyyət çəksin.

- Bu gün gənc kadrlar rayon, kənd yerlərinə gedib çalışmaq istəmirlər. Sizcə, niyə?

- Bəli, istəmirlər. Ona görə ki, hələ gəncdirlər. Həkimliyin nə demək olduğunu tam mahiyyəti ilə dərk etmirlər. Onlar çalışır ki, rahat şərait olsun, yüksək maaş olsun. Amma həkimlik o demək deyil. Sən ən primitiv şəraitdə belə xəstələrə maksimum xidmət etməyi bacarmalısan. Mənim bu gün 81 yaşım var və dediyim kimi, stomatologiya istisna olmaqla, digər bütün sahələri əzbər bilirəm.

1968-ci ildə Tibb Universitetini fərqlənmə diploma ilə bitirmişəm. Təhsil aldığım dövrlərdə gecələr indiki Sabunçu xəstəxanasında həkimlərin yanında işləyə-işləyə praktika toplamışam.

- Lahıc əhalisinin ən çox müraciət etdiyi xəstəlik nədir?

- Nevropotoloq, travmotoloq, mama-ginekoloq, terapevt və s. kimi xidmət edirəm. Bu xəstəxananın baş həkimi də mənəm, ən kiçik işlərə baxanı da.

- Təcrübənizdə ölüm halları yaşanıbmı?

- Xeyr. Çox şükür, bu günə qədər heç bir ölüm halı yaşanmayıb.

- Cərrahi əməliyyatlar həyata keçirmisinizmi?

- Əməliyyat üçün burada şərait olmayanda heç vaxt cərrahi əməliyyat etməmişəm. Amma bədbəxt hadisə nəticəsində yaralı gələn xəstələr olub ki, ilk yardım göstərib onları çiynimdə rayon xəstəxanasına çatdırmışam.

- Sədrəddin həkim, praktikanızda ən maraqlı hadisəni bizimlə bölüşə bilərsinizmi?

- O hadisələri danışsam, bir kitab olar. Ən maraqlı hadisəni danışım. Bir dəfə bizim kənddə bir xanım evdə doğum etmişdi. O vaxt şərait yox idi. Qadın üç uşaq dünyaya gətirmişdi və təəssüf ki, uşaqların üçü də doğum zamanı ölmüşdü. Qadının vəziyyəti o qədər ağır idi ki, şok vəziyyətinə düşmüşdü.

İsmayıllı rayon həkim briqadasına xəbər vermişdim, onlar da gəlib yolda çayın qırağında qalmışdılar. Qadının vəziyyəti hər dəqiqə pisləşirdi, qan itirirdi. Mənim qanım birinci qrup olduğu üçün bütün qruplara köçürülə bilir.

Tək çarəm o idi ki, həkim briqadası gələnə qədər qadının vəziyyətini stabil saxlayım. Xəstəxanada qan olmadığından öz qanımla onu həyatda saxladım. Çox şəraitsiz şəkildə, primitiv üsullarla, dəmir iynələrlə qanı mənim qolumdan götürüb, o qadına vurdular. Həkimlər gələnə qədər onu həyatda saxlaya bildim. Bu gün o qadının bir oğlu var. Hazırda mənim yanımda texniki işçi kimi çalışır.

- Uzun illərdir xidmət göstərirsiniz. Bu gün bu xəstəxana üçün arzularınız nədir?

- Bilirsən, qızım, mənim yaşım az deyil. Bu qəsəbədə isə məndən başqa həkim yoxdur. Bu gün-sabah dünyadan köçsəm, bu insanlara kim xidmət edəcək? İstərdim nazirliyimiz gənc kadrları bir araya toplasın, mən bu yaşıma qədər yığdığım təcrübələri təmənnasız onlarla bölüşüm.

Onlar öz fəaliyyətlərində bu praktikadan faydalansınlar. Çox xahiş edərdim, rayon yerlərində həkimlərin maaşlarını 500 manata çatdırsalar, inanın ki, gənc kadrlar gəlib işləyər. Bu əhali də çarəsiz vəziyyətlərdə qalmaz.

- Dolanışığınızı təmin etmək üçün qazancınız kifayət edirmi?

- Mən ali dərəcəli terapevtəm. Bu gün 234 manat maaş alıram. Bizim ailə tibb işçilərindən ibarətdir. Yoldaşım tibb bacısı olub, yaşına görə artıq fəaliyət göstərə bilmir. Oğlum Bakıda  anestezioloq-reanimatoloq, dializ şöbəsində aparıcı məsləhətçi kimi çalışır. Qızım isə mənim öz yanımda çalışır.

Həkim deyəndə hamı elə bilir ki, xəstələrdən qarşılıq umuruq. Amma mən bu kənddə hər kəslə üz-üzə gəlirəm. Onların vəziyyətini bilirəm. Durub onlardan necə qarşılıq uma bilərəm? Həkim olaraq mənim qazancım bugünkü adım-sanım, bu insanların mənə ümidlə baxan gözləridir.

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:59 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
Hamısı