"Şuşada ölmək istəyirəm" Bayram Səfərov

Müsahibələr 10:19 17.12.2018

Eurasia Diary Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun Musavat.com-a müsahibəsini təqdim edir:

- Bayram müəllim, bu günlərdə Qarabağ klanı ilə Ermənistan hakimiyyəti arasında gərginlik, ixtilaf mövcuddur. Siz bu gərginliyin sonunu necə görürsünüz?

- Erməni ermənidir. Fərqi nədir, Qarabağ ermənisi, ya Ermənistan ermənisi? Gözləməyin ki, onlar sonda nəyisə güzəştə gedəcək. Onların hakimiyyətinin taleyinin necə olacağını da demək çətindir. Bako Saakyan oyuncaq hakimiyyətin “başçısı”dır. Məntiqlə Paşinyan Qarabağ separatçılarının rəhbərliyini dəyişib özünə xidmət edən adamları gətirməlidir. Bundan əlavə, Serj Sərkisyan, Robert Köçəryan və Saakyanın adamları öz cinayətlərinin ört-basdır edilməsi üçün mübarizə aparacaqlar. Əli çoxsaylı insanın qanına batmış adamlar əlbəttə, istəyirlər ki, hakimiyyətdə olsunlar və toxunulmazlıqları olsun. Bu cinayətkarlar təkcə Xocalıda 613 günahsız insanımızı qətlə yetiriblər. Qaradağlı, Meşəli, Cəmilli kəndlərini...Cinayətlər törədilmiş kəndləri saymaqla bitmir. Bizim 25 min insanımız öldürülüb, əsir-girov götürülüb.

- Bir çoxları hesab edir ki, 90-cı illərdə Azərbaycanda yaşanan gərginlik bu gün Ermənistanla Qarabağ separatçıları arasında yaşanır...

- Bəli. Mən də hesab edirəm ki, hazırda Ermənistandakı vəziyyət Azərbaycanın 28-30 il bundan qabaq düçar olduğu vəziyyəti xatırladır. Çox şükür ki, biz onları 28-30 il qabaqlamışıq. Bu gün Azərbaycanın stabilliyi, regionun lider dövləti olması, güclü ordu qurması, iqtisadiyyatının inkişafı, prezidentin insan kapitalına böyük önəm verməsi, vətəndaşlarımızın neft asılılığından azad olması üçün atılan addımlar göz önündədir. Amma Ermənistanda fəlakətli vəziyyət hökm sürür. Əgər Paşinyan işğaldan əl çəkəcəksə, xalqın sosial durumunun yaxşılaşdırılması üçün addımlar atacaqsa, xalqın da rəğbətini qazanacaq. Amma verdiyi vədlərə əməl etməsə, Paşinyanın taleyi əvvəlkilərdən betər olacaq. Çünki onun dövlətçilik, idarəetmə təcrübəsi yoxdur.

- Ermənilər 90-cı illərdə fürsətdən yararlandılar. Sizcə, Azərbaycan indiki durumda hansı mövqe tutmalıdır, hərəkətə keçib torpaqlarını azad etməlidirmi?

- Heç bir halda mən istəmərəm ki, müharibə olsun. Möhtərəm prezidentimiz də həmişə deyir ki, çalışaq, məsələni sülh yolu ilə həll edək. Mən də müharibə istəmirəm. Niyə? Mən Şuşadan elə bir ailə tanımıram ki, o, Qarabağ müharibəsindən zərər görməsin, əzizini itirməsin, maddi, mənəvi zərbə almasın. Müharibə fəlakətdir, insan ölümüdür, dözülməz bir şeydir. Amma eyni zamanda düşünürəm ki, bizim torpaqlarımızın azadlığı üçün son sözü Azərbaycan əsgəri deyəcək. İndi erməninin ağlı olsa, onun ağsaqqalı-qarasaqqalı varsa, kilsəsi, o birisi-bu birisi oturub düşünsünlər ki, bunlardan oyuncaq kimi istifadə olunur. Bəzən özləri də yazırlar ki, biz onlar üçün oyuncağıq, girovuq. Ona görə də Paşinyan hakimiyyəti işğaldan əl çəksə, Azərbaycana, möhtərəm prezidentimizə müraciət etsə, Cənubi Qafqazdakı bütün iri layihələrdən yararlana bilər. Hansı ki, onlar bütün bu layihələrdən qıraqda qalıblar. Bunlar bilməlidirlər ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin razılığı olmadan Ermənistan Cənubi Qafqazda heç bir layihədə yer ala bilməyəcək.

- Bayram müəllim, erməni saytlarını izləyirsiniz?

- Çox az. Bilirəm də nə yazırlar, nə yazacaqlar. Erməni başqa nə yazacaq ki?

- Yazırlar ki, Talış kəndində tikinti işləri gedir, gələn il Qarabağda 500 ev tikiləcək, bu qədər vəsait ayrılıb, nar bağı salınıb...

- Bunlar erməni təxribatıdır. İkincisi də nar bağı salmaq nə çətin şeydir ki? 5 hektar salmasın, lap 50 hektar salsın. Azərbaycan 50 min hektar əkin əkir, o da 5 hektar. Budur inkişaf? Onların əkdiyi, becərdiyi onsuz da bizimdir. Qalacaq bizə. 500 ailə gəlib Qarabağda yaşayacaq?

- Gəlməyəcək?

- Xeyr! Ermənistan və Qarabağdan miqrasiya olmasaydı, sizin dediklərinizlə razılaşardım. Adamlar köçüb gedir. Bütün gənclər oranı tərk edir, orduda xidmət etməyə adam tapmırlar. Onlar dəlidir gəlsin burada yaşasın? Ermənilərin ən pis yaşayanı Rusiyadadır. Avropada, Amerikadakı erməni geri qayıdacaq?

- İcma araşdırıbmı ki, bu gün Qarabağda nə qədər erməni yaşayır?

- Yox, biz onu araşdıra bilmərik, bu, imkanımız daxilində deyil. Mənim erməni ilə əlaqəm yoxdur. Sadəcə, erməni özünə sərf edən informasiyanı yayır.

- Yazırlar ki, Qarabağda əhalinin 21 faizi kasıblıq həddində yaşayır...

- 21 faiz olmaz e, 90 faiz olar. Mən Qarabağın ən gözəl yerində, Şuşada yaşamışam. Qarabağa gediş-gəliş olmasa, turist gəlməsə, orada erməni nə ilə dolanacaq, necə yaşayacaq? Orda zavod-fabrik, iri şirkətlərmi var?

- Sonuncu dəfə icmanın ofisinə beynəlxalq təşkilatlardan kimlər gəlib?

- Keçən ay ATƏT-in Minsk Qrupunun həmsədrləri və Avropa İttifaqından nümayəndələr gəlmişdilər. Görüşdük, söhbətləşdik. Bizi dinlədilər, suallarımızı verdik. Həmsədrlərdən nə gözləyək? Onların biri Fransadır, bu gün başı özünə qarışıb. Torpağımı işğal edən Ermənistanda da müsibətdir. Rusiya və ABŞ da bir-birini qırır, hələ nə olacaq, bilinmir. Onlar üçün, dünya üçün Qarabağ məsələsi əsas məsələ deyil. Bayaq ona görə dedim ki, istəmərəm müharibə olsun, amma son sözü ordumuz deyəcək. Torpağı ayrı cür azad etmək mümkün deyil.

- Sizin bundan əvvəlki müsahibəniz səs-küyə səbəb oldu, sosial müzakirələrdə haqqınızda xeyli yazıldı...

- Hə. 1992-ci ildə mənim iki qardaşım mayın 8-də Şuşadan çıxıb. Bu, həqiqətdir, camaat da bilir. Bacım da ayın 8-də orda olub. Hətta mənim kiçik qardaşım mənə sonra dedi ki, istədim bacımı - adı Sərfinazdır - güllələyim, erməniyə əsir düşməsin. Allaha and olsun, belə dedi. Kiçik qardaşım həmin gün qalmışdı, o biri qardaşım Kamil gəlmişdi. Mən onu çox danladım ki, sən nə təhər onu qoyub gəlmisən?

- Bir sıra adamlar dedi ki, Bayram Səfərov ancaq öz ailə üzvlərini düşünüb...

- Onu deyənlər o şüurun sahibidir. Təbii ki, mən o niyyətlə deməmişəm. Yaxşı, lap Bayram Səfərovun bütün yeddi arxa dönəni hamısı sinəsini versin erməninin gülləsinin qabağına ki, “gəl, güllələ!” Mənim erməninin qarşısına çıxmağa silahım, sursatım, əsgərim, köməyim yox, mən orda qalmaqla orda nə edəcəkdim? Rusiya ordan, Ermənistan burdan. Adicə düşünəndə adam dəhşətə gəlir. Lap məni orda güllələyəydilər, indi sözlərimi pis yozanlar var e, onların hansısa biri mənim ailəmə bir “buxanka” çörək verəcəkdi? Qeyrəti olan oğlan elə düşünməz! Mən xalqımı və torpağımı heç kimdən az istəmirəm. Torpağını, millətini, dövlətini çox istəyən adamlarla da yarışa girirəm. Bütün həyatım boyu xalqıma xidmət eləmişəm, özü də təmiz, kişi kimi!

- Maraqlıdır, niyə sizinlə bağlı vaxtaşırı müzakirələr açılır, hansısa sözünüz, hərəkətiniz, ya müşavirədə yuxuya getməyiniz geniş diskussiyalara səbəb olur? Bunun səbəbi sizə məlumdurmu?

- Yəqin ki, maraqlı adamlar var. Həm də ola bilər məndən xoşu gəlməyən operator, ya hansısa jurnalist çəkib yayır. Elə möhtəşəm məclisdən o cür görüntü yayan jurnalist, lap elə onları ora buraxanlar da günahkardır.

- Yəqin yorğun imişsiniz...

- Deyə bilmərəm. Allaha and olsun, bilmirəm o anda yatmışam, ya yox...(gülür) Orda projektorlar çox güclü idi, gözümə düşürdü. Mən ya əlimi gözümün üstünə qoyurdum, ya da gözümü yumurdum. Təbii ki, olmamalıydı. Amma onu o cür işıqlandırmaq... Həmin adamın qanı təmiz deyil. Ani yuxu hamıda ola bilər. Özü də orda tək mən yatmamışdım ki. Məndən başqa o qədər yatanlar var idi, niyə onları vermir, məni verir? Əgər qərəzli deyilsə...

- Uzun illərdir iki vəzifəni icra edirsiniz. Ağır deyilmi?

- Ümumiyyətlə, mən həyatda heç nəyə asan nail olmamışam. Həyatım həmişə haylı-huylu, səsli-küylü olub. Şuşa əhalisinin hamısı məni tanıyır. Hamı da bilir ki, mən alnıaçıq, zəhmətlə, əziyyətlə böyümüşəm. Tanıyanlar bilir ki, biz zəhmətkeş ailə olmuşuq. Uşaqlarımız hamısı təhsil alıb, hamımız da xalqımıza çox səmimi, sədaqətlə xidmət etmişik. Mən də, qoçaq deyim, cəsarətli deyim, ya cürətli deyim, bilmirəm, tapşırılan vəzifələrin öhdəsindən gəlməyə çalışmışam. Heç vaxt mənə verilən tapşırığı icra edib qurtarmayana qədər sakitləşməmişəm. Heç vaxt istəməmişəm ki, məndən yuxarıdakı rəhbərlərin mənə qınağı olsun. Çalışmışam ki, onların yanında üzüm həmişə ağ olsun. Bir halda ki, mənə tapşırıq verilir, onu icra etməliyəm. Hamının ehtiyacını ödəmək mümkün olmur axı. Dünyanın heç yerində qaçqın-köçkünlərə bu qədər diqqət, qayğı yoxdur.

- Bayram müəllim, Bakıda Şuşa qəbiristanlığının olması faktı sizə necə təsir edir? Bildiyimizə görə, əmanət qəbirlər də var...

- Bəli, bu, dünyanın ən böyük ədalətsizliyidir. Şəxsən tanıdığım adamlar var, vəsiyyət edib ki, məni burda müvəqqəti basdırın, torpaqlar azad olunandan sonra apararsınız Şuşaya.

- Allah uzun ömür versin! Bəs, siz necə, heç o barədə düşünmüsünüzmü?

- Mənə qalsa, mən Şuşada ölmək istəyirəm. O da Allah-təalanın əlindədir. Əlbəttə, mən Şuşanı azad görüb, orda ölmək istəyirəm. Mən o günə inanıram. Bir zamanlar bizim ölkəmiz nə kökdə idi? Bu gün Azərbaycandakı sabitlik ən böyük sərvətimizdir. Baxın, İran, Ermənistan, İraq, Suriya, qardaş Türkiyə, Rusiyanın özündə sabitlik varmı? Azərbaycanda bu sabitliyi, bu sakitliyi bərqərar edən cənab prezident İlham Əliyevdir. Eyni zamanda biz hamımız ulu öndər Heydər Əliyevə bugünkü sabit ölkədə yaşamağımıza, uşaqlarımızın rahat təhsil almasına, dolanışığımıza görə minnətdar olmalıyıq. Hamımıza da minnətdarıq. Cənab prezidentimiz ilk dəfə prezidentliyə namizədliyini verəndə görəcəyi işlərdən bəhs etmişdi. Mən növbəti dönəmdə baxım ki, orda əksini tapan bütün məsələlər artıqlaması ilə həllini tapıb, bir dənə Dağlıq Qarabağın işğaldan azad olunmasını çıxmaq şərtilə. Bu məsələ isə tək Ermənistan-Azərbaycan məsələsi deyil. Bu, heç Rusiya-Ermənistan-Azərbaycan, ya Belarus-Rusiya-Ermənistan-Türkiyə-Azərbaycan məsələsi deyil. Bu məsələdə artıq bütün Avropa, Amerikanın, bütün dünyanın marağı var. Həm də unutmayaq ki, biz müsəlmanıq, bizi həmişə nələrəsə bağlayırlar. Ancaq gəlib bizim ölkəmizi görəndən, xalqımızı tanıyandan sonra çoxlarının fikri dəyişir. Ona görə də tək məmurlar yox, bütün vətəndaşlarımız o qədər ideoloji işlər aparmalıdır ki, o qədər yazı-pozu ilə məşğul olmalıdır... Bayramın mürgüləməyini yazmaq lazım deyil e, yazan oğlan! Əgər həmin adamın qanında vətən, millət sevgisi varsa, o mövzulardan yazsın. Yazsın ki, Azərbaycan gözəl ölkədir, xalqı gözəl xalqdır. Azərbaycan xalqının tək qüsuru odur ki, bir-birinin qədrini bilmir.

- Bayram müəllim, siz niyə icma rəhbəri kimi xarici ölkələrə səfər etmirsiniz?

- Biz çox iş görürük. Getməklə iş bitmir ki.

- Hər halda Qarabağ ermənilərinin başçısı Bako Saakyan həmsədr ölkələrə gedir, görüşlər keçirir. Siz də gedib azərbaycanlı icmanın rəhbəri kimi onun təbliğatını alt-üst edə bilərsiniz...

- Saakyan özü getmir e, bu görüşlərin hamısını orda təşkil edirlər. Bako Saakyan gedir orda əlini açıb dilənir. Mən heç bir vaxt o hərəkəti eləmərəm. Çünki Azərbaycanın İlham Əliyev kimi prezidenti var, xalqımıza nə lazımdırsa, artıqlaması ilə edir. Baxın, möhtərəm prezidentimiz nələr edib. Mən bircə onu bilirəm ki, biz torpaqlarımızı işğaldan azad etməliyik. Möhtərəm prezidentimizin apardığı uğurlu siyasət bizi buna doğru aparır. Baxın, son vaxtlar ermənilər hara gedirsə, ağızları ovulur, qayıdırlar. Təkləniblər. Bütün bunlar möhtərəm prezidentin yürütdüyü xarici siyasətin uğurlu nəticəsidir. Deməli, biz indikindən bir az da fəal olmalıyıq. Bizim millət vəkillərimiz, QHT-lərimiz də xaricə səfərlər edirlər, yaxşı çalışırlar. Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasından sonra nə qədər böyük işlər görülür. Bütün ölkələr Xocalı soyqırımının anım mərasimini keçirirlər. Argentinada, ABŞ-da Xocalı soyqırımına aid anım tədbiri təşkil olunur. Bu, elə-belə, asanlıqla başa gəlməyib e. Görün nə qədər işlər görülür, xarici siyasətdə nə qədər zəhmət çəkilir. Bunlar hamısı möhtərəm prezidentimizin apardığı siyasətin nəticəsidir. Allah kömək olsun möhtərəm prezidentimizə də, Mehriban xanıma da, qızı Leyla xanıma da, Arzu xanıma da! Gör nə qədər böyük işlər görürlər. İnşallah, bu işlərin sayəsində biz Qarabağda böyük qələbəyə nail olacağıq!

Bakıda taksilərin qiyməti ARTDI - VİDEO

Xəbər xətti

Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Bakıda taksilərin qiyməti ARTDI - VİDEO
10:07 24.04.2024
“Azərbaycan regionda dominant olaraq qalır” – Britaniyalı Ekspert - ÖZƏL
10:00 24.04.2024
Baş nazir iclas keçirdi: Tapşırıqlar verdi
09:50 24.04.2024
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
Britaniya Ukraynaya yarım milyard funt-sterlinqlik əlavə müdafiə paketi verir
09:45 24.04.2024
Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
09:40 24.04.2024
Umud Mirzəyev Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
09:35 24.04.2024
Bakıda bu gün 29 dərəcə isti olacaq
09:30 24.04.2024
Hadrutdan yeni görüntülər - VİDEO
09:22 24.04.2024
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
Saharadan gələn toz Yunanıstanı bürüdü - VİDEO
09:19 24.04.2024
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
David Kameron Özbəkistanda plov hazırlanmasında iştirak edib - VİDEO
09:17 24.04.2024
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
Haber Qlobal: Ermənilər belə cəsurdursa, döyüş meydanında Azərbaycan ordusuna cavab versinlər - VİDEO
09:08 24.04.2024
Qırğızıstan prezidenti Azərbaycana yola düşdü
09:00 24.04.2024
Qırğızıstan prezidenti bu gün Azərbaycana gələcək
08:00 24.04.2024
“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Hamısı