Türkiyənin "Şərqi Fərat" əməliyyatı və əsas hədəfləri TÜRKSAM-ın sədri Ahmet Gencehan Babişlə müsahibə

Müsahibələr 17:03 19.12.2018

Ötən günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin təhlükəsizliyinin təmini məqsədiylə Fərat çayından şərq istiqamətində yeni bir hərbi əməliyyata başlayacaqlarını açıqladı.

Ərdoğanın açıqlamasından sonra ard-arda ABŞ, Rusiya, İran və digər dövlət nümayəndələrindən, habelə, NATO-ya üzv dövlətlərdən məsələ ilə bağlı müxtəlif açıqlamalar gəldi.

Eurasia Diary Fərat çayının şərqində həyata keçiriləcək hərbi əməliyyatın hərbi strateji və geopolitik əhəmiyyəti nəzərə alınaraq məsələ ilə bağlı TÜRKSAM-ın sədri  (Türkiye Uluslarası İlişkiler ve Stratejik Analizler Merkezi) Ahmet Gencehan Babişdən alınan müsahibəni oxuyucularına təqdim edir:

Fərat çayının şərqində həyata keçiriləcək hərbi əməliyyatın əsas hədəfləri nələrdir?

Türkiyə Suriya ilə 911 km-lik bir sərhəddi bölüşməkdədir. Suriya daxilində PKK başda olmaqla Türkiyənin təhlükəsizliyini təhdid edən bir çox terror qruplaşmaları mövcuddur. Bu regionda, xüsusilə də Fərat çayının şərqində bir terror dövlətinin özəyi formalaşdırılmağa başlandı. Bu vəziyyət təbii olaraq Türkiyəni narahat etməkdədir. Əməliyyatın əsas hədəfi bu regionda mövcud olan terror istehkamlarını məhv etməkdir. İlk mövqelər; Rəsul Əyn, Təl-Əbyad kimi yerlər hesab edilir. Bu mövqelərin terror qruplarından təmizlənməsi Menbiç probleminin də həllinə səbəb ola bilər.

Diqqət mərkəzində saxlanılmalı olan əsas məsələ isə ondan ibarətdir ki, Türk Silahlı Qüvvələrinin uğurla həyata keçirdiyi “Zeytun budağı” və “Afrin” əməliyyatlarından sonra bir çox terrorist özlərinə yeni məskən olaraq bu əraziləri seçiblər. Həmçinin, İraqın şimalından hər ay yüzlərlə terrorist Fəratın şərqinə gəlib, burada ABŞ tərəfindən silahlandırılır və təlimlərə cəlb edilirlər. Digər bir tərəfdən, beynəlxalq təşkilatların hesabatlarında da qeyd olunduğu kimi YPG/PKK qüvvələri bu ərazilərdə müharibə cinayətləri törətmiş, insan hüquqlarına məhəl qoymamış, xüsusilə də ərəb və türkmən sakinlərini öz yurd-yuvalarını tərk etməyə məcbur etmişdir. Ona görə də, əməliyyat buradakı sabitliyin təmin edilməsi üçün də xüsusi önəm daşıyır. Eləcə də, Fəratın şərqindəki ərazilərdə formalaşdırılmağa çalışılan struktur Suriyanın ərazi bütövlüyünə qəsd xarakteri daşıyır.

Nəticə olaraq qeyd edə bilərik ki, Fəratın şərqində həyata keçiriləcək hərbi əməliyyat regionda sülhün bərqərar edilməsi, milli təhlükəsizliyin təmini və terrorla mübarizə aparmaq üçün tətbiq edilən Türkiyənin özünümüdafiə tədbiridir.

ABŞ-ın bu əməliyyata reaksiyası necə olacaq və regionda türk və amerikan qüvvələrinin qarşı-qarşıya gəlmək riski varmı?

Məlum olduğu kimi, bu günədək ABŞ PKK/PYD qüvvələrinə 20 min tır hərbi yardım göndərib. Regiondakı ABŞ əsgərlərinin terrorçularla sıx əlaqədə olduqları və onların terrorçulara təlimlər keçdiyi də məlumdur. ABŞ bununla da kifayətlənməyib terrorçularla birgə ərazidə nəzarət məntəqələri yaradır. Bütün bunlar regionda Türkiyənin əleyhinə bir strukturun formalaşdırıldığını sübut edir. ABŞ bu regionda terror təşkilatı olan İŞİD-lə mübarizə aparmaq üçün digər bir terror təşkilatından istifadə etməyi seçdi. Tramp son açıqlamalarında İŞİD-in demək olar ki, məhv edildiyini bildirmişdi. ABŞ rəsmiləri ABŞ-ın İŞİD-in tam zərərsizləşdirilməsindən sonra PKK-ya dəstəyini dayandıracağını söyləməsinə rəğmən təssüf ki, biz bunun sadəcə sözdə qaldığını və gerçəkləşmədiyini müşahidə edirik.

Bütün bunları nəzərə alaraq, Türkiyə və ABŞ-ın məsələyə yanaşmasını belə izah edə bilərik; Türkiyə əməliyyat mövzusunda qərarlıdır, ABŞ isə belə bir əməliyyatın baş tutmasını istəmir. Unutmaq olmaz ki, ABŞ və Türkiyə uzun illər sıx müttəfiqlik münasibətləri olan iki NATO üzvüdür. Ona görə də, bu dövlətlərin regionda birbaşa qarşı-qarşıya gəlməsi mümkün görünmür. ABŞ koordinatlarını verdi, Türkiyə isə məqsədinin ABŞ hərbi bazaları deyil, PKK mövqeləri olduğunu bəyan etdi. Bundan sonra həyata keçiriləcək istənilən hərbi əməliyyatda amerikalıların türk əsgərinin qarşısına çıxması yalnız təxribat hesab ediləcək.

ABŞ "Patriot" müdafiə sistemlərini Türkiyəyə satmağa qərar verdi və Fəratın şərqindəki ABŞ hərbi bazalarının koordinatlarını Türkiyəyə bildirdi. Bunlar ABŞ-ın geri addım atması kimi qiymətləndirilə bilərmi?

ABŞ XİN tərəfindən Patriotların satışıyla bağlı qərar təsdiqləndi, lakin bu hələ başlanğıcdır. ABŞ kongresi bu qərarı dəyişdirə bilər. Yəni, proses hələ tamamlanmayıb, lakin ABŞ-ın bu qərarı onun nisbətən məsələ ilə bağlı mövqeyini yumuşaltdığını göstərir. Bu vəziyyət ABŞ-ın Türkiyənin qərarlılığını görməsi kimi qiymətləndirilə bilər. Belə ki, Patriotların satışı təxirə salındığı zaman Türkiyə S 400 raket kompleksini almaq üçün xeyli məsafə qət etdi. Nəticədə qeyd edə bilərik ki, ABŞ-ın atdığı bu addımlar Türkiyə ilə yenidən dialoqların qurulması üçün görülmüş tədbirlərdir.

Əməliyyat uğurla başa çatsa belə regionda kürd terror qruplarının fəaliyyətləri davam edəcək və böyük bir ehtimalla ABŞ onlara dəstəyini azaltmayacaq. ABŞ bu siyasəti ilə çox önəmli bir müttəfiq olan Türkiyəni itirə bilər, lakin sanki ABŞ-ın məqsədi Yaxın və Orta Şərqdə yeni bir Amerika maraqlarına xidmət edən dövlət yaratmaqdır. Türkiyənin bu strategiyaya cavabı nə olacaq və bu mövzuyla bağlı olaraq regionu gələcəkdə hansı dəyişikliklər gözləyir?

Bəli, ABŞ Suriyada İran nüfuzunu qırmaq və digər bir tərəfdən İsrailin təhlükəsizliyini təmin etmək məqsədi ilə bir terror dövləti yaratmağa cəhd edir. Bu həmçinin, regionda sabitliyi pozacaq bir sistem yaranmasına səbəb olacaq. Belə bir terror dövləti Suriya və İraqın təhlükəsizliyinə təhdid olar və Türkiyə və İranı ciddi şəkildə narahat edər. Ona görə də, belə bir dövlətin yaranması bütün region dövlətlərinin əleyhinədir. Buna bənzər strategiyaların İraqın şimalında tətbiq edildiyini görmüşdük. Bərzaninin dırnaqarası referendumu bütün region dövlətlərinin narahatlığına səbəb olmuşdu. Hazırda Fəratın şərqində “kürd ordusu”nun təməlləri atılır. Bu ordu vasitəsi ilə ilk olaraq muxtariyyət, daha sonra isə müstəqil dövlətçilik rüşeymləri hazırlanır. Türkiyə ABŞ-ın oynadığı bu oyunun fərqindədir və ona görə də qısa bir zamanda Fəratın şərqindəki terror qruplaşmalarını məhv etməyə çalışır. Mənim Zeytun budağı əməliyyatı zamanı söylədiyim bir fikir var idi: “ABŞ Türkiyənin uzatdığı zeytun budağını tutmasa regionda tutacağı budağı qalmaz”. ABŞ-ın onsuz da regionda ciddi problemləri var. Əgər ABŞ regionda ən önəmli strateji müttəfiqini, Türkiyəni də itirsə regionda nüfuz dairəsi olduqca zəifləyər.

Nicat İsmayılov

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Hamısı