İrəvanla Bakı heç vaxt “təkbətək” qalmayacaq Proxanov

Müsahibələr 11:23 20.02.2019

Aleksandr Proxanov Rusiya və sovet yazıçısı, publisist, siyasi və ictimai xadim, Rusiya Yazıçılar İttifaqının katibliyinin üzvü, “Zavtra” qəzetinin baş redaktoru, İzborsk klubunun həmtəsisçisi, Lenin Komsomolu mükafatının (1982) laureatıdır. Onun orden və nişanlarını çox sadalamaq olar.

Aleksandr Proxanov müasir Rusiyanın ideoloqlarından biri hesab olunur. O, dəfələrlə Azərbaycanda olub. 2017-ci ildə onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.

Regionda baş verənlərə çox yaxşı bələdolan Proxanov Media.az-a müsahibə verib.

Eurasia Diary həmin müsahibəni təqdim edir:

- Tezliklə Ermənistandakı inqilabın bir ili tamam olacaq. Bu ölkədə nələr baş verir?

- Ermənistanda tipik “narıncı inqilab” baş verib. “Narıncı inqilab” bu ölkəyə də gəlib çatdı. Heç şübhəsiz, bunda qərbin güclü təsirləri olub. Mən ötən il baş verənləri “xalçaların inqilabı” adlandırıram.

Əlbəttə ki, bu, Ermənistanın qərb tamayüllü olduğunu göstərir. Ermənistanda rusiyapərəst mühit, rusiyayönümlü lobbi dağılmasa da, əhəmiyyətli dərəcədə zəifləyib. Onların yerinə qərbyönümlülər, “amerikapərəstlər” gəlib. Ancaq Ermənistan indi elə bir vəziyyətdədir ki, yerində dinc otura bilmir, belə ki, hələ də Rusiyanın dotasiyasındadır.

Onun qazı yoxdur. Azərbaycan, əlbəttə ki, onu qazla təchiz edən deyil. Ermənistanın nəqliyyat dəhlizi yoxdur. Ermənistanda Rusiya hərbi bazası var. Nikol Paşinyan, yəqin ki, səmərəli, lakin ekssentrik insandır. O, ikibaşlı siyasət yürütmək məcburiyyətində qalıb. Üzdə Vladimir Putinə təzim edəcək, onu dost münasibətlərinin olduğuna inandırmağa çalışacaq, daxilində isə Rusiyada dəyişikliklərin baş verməsini və qərbyönümlü qüvələrin üstün gəlməsini gözləyəcək.

Ona görə də Ermənistanın cilovu hələ də Rusiyanın əlindədir. Ancaq bu ölkədə baş verənlər kökündən Rusiyaya qarşı yönəlib, qərbyönümlü, amerikayönümlüdür. Bu riyakarlıq erməni sosiumuna da öz təsirini göstərəcək. Əslində, bu, anormal bir situasiyadır.

- Yeri gəlmişkən, ötən günlərdə Rusiya telekanalları “Russia Today” və “Birinci kanal”da Yerevanda Qərbin ayırdığı vəsaitlər hesabına inqilabi texnologiyaların necə öyrədildiyi və hətta erməni inqilabının Rusiyaya ixracı ilə bağlı müzakirələrin getdiyi haqda reportajlar təqdim olundu.

- Moskvada buna fikir verirlər. Rusiyada anlayırlar ki, “narıncı inqilab”ların bizim ölkəyə ixracı davam edir. Bu, təkcə ermənilər deyil, eyni zamanda, yaxın Avropadan, Yaxın Şərq ölkələrindən qaynaqlanır. Rusiya “narıncı inqilab”ların təhdidi altındadır, üstəlik, bunun üçün real bazis mövcuddur.

Ancaq “erməni variantı”nın Rusiyada da keçərli olacağına inanmıram. Rusiya qanlı təlatümlər və çevrilişlər ölkəsidir, bizlərdə çevrilişlər qansız ötüşmür. Rusiyalılar küçələrdə xalça üzərində oturub, kabab yeyən “sakit” ermənilər deyil. Hakimiyyət dəyişikliyi və ya hakimiyyəti qoparmaq cəhdi, Rusiyada qırğınla nəticələnəcək.

2011-ci ildə “Bolotnı qiyamı”nın (Moskvanın Bolotnı meydanında və Rusiyanın digər şəhərlərində müxalifətin keçirdiyi kütləvi mitinq – red.) qan axıdılmadan yatırılması əsl möcüzədir.

Ona görə təkrar edirəm, inqilabın erməni variantı Rusiyada keçməyəcək. Ancaq digər yandan amerikalıların sonsuz variantları var. Onların Rusiyaya qarşı öz metodikaları olacaq.

- Necə düşünürsünüz, Ermənistanda hakimiyyətə inqilabi qüvvələrin gəlişi fonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanacağı nə dərəcədə real görünür?

- Mənə elə gəlir ki, hər şey necə var idi, elə də qalıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, əlbəttə ki, üçüncü tərəflər, o cümlədən, Türkiyə, Rusiya və ABŞ-ın timsalında Qərb təsir göstərib. Lakin münaqişənin həllini tapmaq mümkün olmayıb. Azərbaycanın güclü zərbə endirdiyi an olub (2016-cı ilin aprel döyüşləri – red). Həmin vaxt aydın oldu ki, bu zərbə qüvvələr balansını ciddi şəkildə dəyişəcək.

İndi isə hər şey ermənilərin davranışından asılı olacaq. Onlar Moskvanın ziddinə getməyə başlasalar, Ermənistanda isə “anti-Rusiya” ab-havası daha da kəskinləşsə, yəqin ki, Moskva artıq erməniləri qorumaq istəməyəcək. Və Rusiya tərəflərin Qarabağ problemini öz qüvvələri hesabına həll etməsinə şərait yaradacaq.

- Yəni Azərbaycan və Ermənistanı təkbətək qoyacaqlar? Belə olan halda hərbi üstünlük Azərbaycan tərəfində olacaq.

- Bəli, yəqin ki, belə olacaq. Azərbaycan hərbi baxımdan üstün tərəf olacaq. Ancaq siz özünüz yaxşı anlayırsınız ki, Azərbaycan və Ermənistan təkbətək qalmayacaq. Türkiyə, İran, Qərb hər zaman yanlarında olacaq. Bu regionu yaxından izləyən qüvvələr də tapılacaq. Neft, nəqliyyat dəhlizləri hamını maraqlandırır, burda İran-Türkiyə-Rusiya alyansı da var. Bu üçbucaqda bir çox talelər həll olunacaq. Qarabağ probleminin həlli də mümkündür.

Ona görə də Ermənistanla Azərbaycanın “təkbətək” qalacağı situasiyanı görməyəcəyik. Mən onu demək istəyirdim ki, Rusiyanın Ermənistana təsiri zəifləsə, Moskvanın Qarabağ münaqişəsinə total şəkildə qarışmaq istəyi qalmayacaq və o, sadəcə bir kənara çəkiləcək.

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Hamısı