Münaqişənin həlli yaxın zamanda gözlənilmir Tomas de Vaal

Britaniyalı jurnalist və yazıçı Tomas de Vaal Qarabağa dair sülh danışıqlarındakı son vəziyyəti şərh edib.

Müsahibələr 13:45 01.03.2019

Son günlərdə Dağlıq Qarabağa dair sülh danışıqlarında fəallıq müşahidə edirik. Həm müsbət, həm də mənfi yanaşmalar var. Eurasia Diary Qarabağa dair sülh prosesində vəziyyəti qiymətləndirməsi üçün Britaniyalı jurnalist və yazıçı Tomas de Vaaldan ekskluziv müsahibə alıb. Müsahibənin tam mətnini təqdim edirik.

 

2019-cu ildə Dağlıq Qarabağ münaqişəsində hansı irəliləyiş və dəyişikliklər gözləyirsiniz?

 

2019-cu il Qarabağ münaqişəsi ilə bağlı danışıqlar çox illərlə müqayisədə daha müsbət ruhda başlayıb. Bu uzun illər ərzində daha yaxşı statistikaya malik, cəhbə bölgəsində yalnız 14 ölüm hadisəsinin qeydə alındığı 2018-ci ilin davamıdır. Lakin biz realist olmalı və gözləntilərimizi yüksək tutmamalıyıq. Üç il bundan əvvəl 2016-cı ildə ermənilər və azərbaycanlılar arasında 4 günlük mübaribə baş verdi. 2011-ci il Kazan görüşlərindən bəri sülh danışıqları nəticəsiz qalmaqda davam edir. İndi biz təməl səviyyədə sülh prosesinin bərpasından danışırıq. Əhəmiyyətli danışıqlar hələ də baş tutmur və sülhə hələ uzun bir yol var.

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Paşinyanın siyasətini necə qiymətləndirirsiniz?

 

Nikol Paşinyan iki səbəbdən fərqli bir erməni lideridir. İlk olaraq o sələflərindən daha təbii demokratdır.O həqiqətən cəmiyyətlə danışmaq və siravi insanların fikirlərini eşitmək istəyir. İkinci isə, o iki sələfindən fərqli olaraq İrəvandandır. O, Qarabağ ermənilərinin adından danışa biləcəyini söyləyərkən daha çox tərəddüd edir. Əvvəlki siyasi rejim hələ də Qarabağda hakimiyyətdədir, lakin onlar Paşinyanın təbii düşmənləri deyil. Bu, Paşinyanın danışıqlara fərqli yanaşması olduğunu göstərir. O, müxtəlif müzakirələrə başlamaq üçün hazırdır, lakin buna tələsmir.

 

Paşinyan ilə əvvəlki hökumətin danışıqlar prosesinə dair siyasəti arasındakı fərq nədədir?

 

Paşinyan Qarabağ ermənilərinin 1990-cı illərdəki kimi danışıqlarda iştirak etməsini istədiyini ictimai şəkildə deyir. İnanıram ki, müəyyən dərəcədə onun bu mövqeyi vaxt qazanmağa hesablanıb. O, intensiv danışıqlar prosesinə tələsmir və Ermənistanda daxili məsələlərə diqqət yetirmə istəyir.Amma mən onun bu mövqeyinin səmimi olduğuna inanıram. Əminəm ki, hər erməni lideri kimi o, Qarabağ məsələsində güzəştə ehtiyacın olduğunu başa düşür, ancaq cəmiyyətin daxilində səmimi müzakirələr olmasını istəyir və o Qarabağ ermənilərini inandırmaq istəyir ki onları istəmədikləri bir mövqe tutmağa məcbur etmiyəcək.

 

Azərbaycanın Dağlıq Qarabağla əlaqəli hazırki siyasətini necə təhlil edirsiz ?

 

Azərbaycanın fundamental mövqeyi dəyişməz qalır amma bəzi daha kiçik məsələlərdə duruşunu yumşaltmışdır. Şübhəsiz ki, bu halda Paşinyan ona verilən şansların çoxunu “sabitliyi pozması” üçün istifadə edir. Mənim fikrimcə, mühüm addımlardan biri kimi Bakının hər iki tərəfdə hərbi komandirlər arasında "qaynar xətt" yaradılmasına razılıq verməsidir. Bu vəziyyəti proqnoz verilə biləcək hala gətirəcək və şübhəsiz gənc əsgərlərin həyatını xilas edəcək. Bu səbəbdən ön cəhbədə gərginliyin azalacağını və təhlükəsizlik məsələlərinin həllində bir qədər irəliləyiş olacağını görürəm. Lakin iki tərəfin siyasi mövqeləri dəyişməz qalır və yaxın gələcəkdə siyasi məsələlərdə necə bir inkişafa nail ola biləcəklərini demək çətindir.

 

Millətləri necə barışdıra bilərik? Dövlətlər və millətlər tərəfindən hansısa müsbət addım atıldığını görürsüzmü?

 

Barışıq vaxt və cəmiyyətlərdə dəyişikli tələb edir. Köhnə düşmən digər tərəfin acısına empatiya ilə yanaşanda bu artıq dəyişiklik deməkdir. Biz münaqişə ilə bağlı belə vəziyyətin yaranmasından hələ ki, uzaqdayıq. Məsələn, 1990-cu ildə Bakıda baş verən “Qara Yanvar” hadisələrində həm azərbaycanlılar, həm də ermənilər ölüb. Hər il hər iki tərəf yalnız öz şəhidlərini xatırlayır. Hər iki xalq qarşı tərəfin acısını yada salanda bu cəmiyyətin dəyişməsinə işarə olacaq. Qarabağ probleminin həll olunmamasının əsas səbəblərindən biri də odur ki, digər tərəf qarşısındakının acısını anlaya bilmir. Bu zaman alacaq. Bəlkə də gələcək nəsil bu addımı ata biləcək.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
Hər 6 uşaqdan 1-i kiberbullinqə məruz qalır
10:15 28.03.2024
Hamısı