"Ailəmi və məni öldürəcəyini dedi" Fuad Abbasovla MÜSAHİBƏ

"Partiya yaratmaq niyyətim var"

Müsahibələr 12:06 07.03.2019

Son günlər yerli mətbuatda Rusiyadakı  diasporarımızın durumu əsas müzairə aspektinə çevrilib. Bu müzakirələrə səbəb Rusiyada yaşayan həmvətənimiz, jurnalist Fuad Abbasovun müxtəlif diaspora qurumları və rəhbərləriylə bağlı yayımladığı verlişlər və verdiyi məlumatlardır. Ona görə də Eurasia Diary mövzuyla bağlı Fuad Abbasovldan ekskluziv müsahibə alıb. Müsahibəni oxucularımıza təqdim edirik:

 

-  Azərbaycanın Rusiyadakı diasporasının ümumi vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın Rusiyadakı diasporasının demək olar ki, heç bir fəaliyyəti yoxdur, fəaliyyəti olmadığı üçün əslində, onu dəyərləndirəcək bir şey də yoxdur. Rusiyada 90-cı illərin sonlarından etibarən diaspora fəaliyyətlərinə start verilib.  Federal milli-mədəni muxtariyyət olan “AzerRos” bizim buradakı əsas diaspora qurumumuzdur. Onun indiyədək müxtəlif rəhbərləri olub. Təəssüf ki, bu rəhbərlər əllərində böyük imkanlar olmasına rəğmən, Azərbaycan diasporasını birləşdirə bilməyiblər.

Bölgələrdə bir neçə bir-birilə rəqabət aparan müxtəlif diaspora təşkilatları formalaşıb. “Ümumrusya Azərbaycanlıları Konqresi” uzun illər “AzerRos”-la rəqabət apardı və bu qurum artıq fəaliyyətini davam etdirmir. Digər diaspora təşkilatları da “AzerRos” rəhbərliyinin mövqeyi və fəaliyyətini görərək bu təşkilata qoşulmaqdan imtina edirlər. Onun sədrini və işçilərini heç kim bəyənmir. Nəticə etibarilə vəziyyət çox acınacaqlıdır. Biz bu vəziyyəti dəyişməyə çalışırıq və Rusiyanın Ədliyyə Nazirliyinə müraciət edərək Moskva azərbaycanlılarının diaspora rəhbəri olan Ağadadaş Kərimovun və Rusiya azərbaycanlılarının diaspora rəhbəri olan Mehriban Sadixovanın vəzifələrindən uzaqlaşdırılması üçün Rusiya azərbaycanlılarının ümumi bir qurultayının keçirilməsini xahiş etmişik. İnanırıq ki, bu qurultay məqsədinə çatacaq və Rusiyada Azərbaycan diasporası bütöv şəkildə birləşərək siyasi-ictimai təsirə sahib olan quruma çevriləcək.

 

- Diaspora təşkilatlarımızın aktivliyindəki əsas problemlər nələrdir və bu problemlərin hansı həll yolları var?

- Əsas problem ondan ibarətdir ki, bu qurumlar öz nizamnamələrinə uyğun fəaliyyət göstərmirlər. Beləki, Rusiyada diaspora qurumları “natsanalny kulturny avtonomiya” adlanır. Yəni, milli-mədəni muxtariyyat. Adıyla əlaqəli olaraq bu qurum bizim milli-mənəvi dəyərlərimiz, tarix, millət, din, ədəbiyyat digər adət-ənənələrimiz barədə fəaliyyətlər aparmalıdır. Yəni, bu qurumlar Rusiyadakı həmvətənlərimizə Azərbaycanı unutdurmamalı, onları birləşdirməli və milli-mədəni muxtariyyat formasında ictimai fəaliyyətinə dəvam etməlidirlər.

Lakin təəsüflər olsun ki, uzun illərdən bu yana milli-mədəni muxtariyyat anlayışı yarı-kriminal bir qurum kimi qəbul edilir. Beləki, bu təşkilatlar sadə vətəndaşların məişət və ya hüquqi problemləriylə deyil, bir çox kriminal qruplaşmaların problemləriylə müəyyən pullar müqabilində məşğul olurlar. Ona görə də Rusiyada, müxtəlif regionlarda yaşayan iş adamları bu diaspora təşkilatlarında vəzifə qazanıb bu yolla öz gəlirlərini daha da artırır, lakin həmvətənlərimizin problemləri və Azərbaycan maraqları naminə heç bir iş görmürlər. Ona görə də belə hesab edirəm ki, problemin həlli Rusiyada yaşayan azərbaycanlıları birləşdirə biləcək və müxtəlif maraq qruplarının təsirindən kənar olacaq bir təşkilatın yaradılmasından asılıdır.

 

- Rusiyada təhdidlərlə üzləşdiyiniz zaman, sizə rəsmi Bakının və ya Rusiyadakı səfirliyimizin hansısa dəstəyi oldumu?

- Rusiyada təhdidlər mənim üçün yeni bir şey deyil. Həm 2016-cı ildə, Aprel döyüşləri zamanı, həm də Rusiya təyərrəsinin Türkiyə ordusu tərəfindən vurulduğu günlərdə mən daha çox təhdidlərlə üzləşirdim. İndiki təhdidlər o zamanla müqayisədə qeyri-ciddi xarakter daşıyır. Doğrusu, mən sosial şəbəkə üzərindən edilən təhdidləri ciddi hesab etmirəm, lakin bir müddət bundan öncə mənə başqa millətdən bir nəfər yaxınlaşaraq məni və bütün ailəmi öldürəcəyini demişdi.

Bundan sonra mən Rusiyadakı bütün muvafiq orqanlara müraciət etmişdim. Ancaq təəssüf ki, Rusiyada nə Daxili İşlər Nazirliyi, nə də Baş Prokrorluq müraciətimə heç bir reaksiya vermədi. O zaman mən bir azərbaycanlı kimi səfirliyimizə müraciət etdim və səfirliyin tək yardımı Rusiya hökümətinə nota verməsi oldu. Notada bir azərbaycanlı ictimai fəalın təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanırdı. Bundan savayı bir dəstəkləri olmayıb, ancaq biz hər zaman Rusiyadakı səfirliyimizlə sıx əməkdaşlıq etmişik. Səfirliyin bütün tədbirlərində iştirak etməyə çalışırıq. Səfirliyin tədbirlərini “Misra tv” olaraq işıqlandırmağa çalışırıq. Səfirliklə olan əməkdaşlığımız bizə Azərbaycan dövlətinin ən böyük dəstəyidir.

 

- Qurultay təklifiniz oldu və bəziləri sizin bu təklifinizin, ümumilikdə fəallığınızın əsas hədəfi kimi Rusiyada bir siyasi partiya yaratmaq olduğunu qeyd etdilər. Doğurdanmı belə bir məqsədiniz var?

- Bəli, qurultay təklifim oldu. Rusiyada yaşayan azərbaycanlılar növbədənkənar qurultay keçirməklə “AzerRos” adlı diaspora təşkilatının rəhbərliyinin işdən uzaqlaşdırılması və yeni bir rəhbərliyin formalaşmasını tələb edirlər. Mən inanıram ki, bu fəaliyyət uğurla nəticələnəcək. Heç kimdən gizlətmirəm ki, burada yaşayan həmvətənlərimizin say çoxluğunu və problemlərini nəzərə alıb, bir partiya yaratmaq niyyətindəyəm. Çünki partiya quruculuğu diaspora fəaliyyətindən daha effektiv təsirə malikdir.

Burada yaşayan həmvətənlərimizin böyük bir qismi artıq Rusiya vətəndaşıdırlar və onların bu və ya digər şəkildə Rusiyanın ictimai-siyasi həyatında rol oynamaq haqları var. Burada yaşayan azərbaycanlılar bələdiyyə, parlament və digər seçkilərində demək olar ki, iştirak etmirlər. Halbuki, buna imkanları var. Ona görə də mən partiya quruculuğuna çox önəm verirəm, lakin əvvəl diasporadakı problemlərimizi həll etməli, gərəksiz insanları buradan uzaqlaşdırmalı və birləşərək güclü bir partiya yaratmalıyıq.

 

Müsahibəni götürdü: Nicat İsmayılov

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Hamısı