Əliyev İrəvanı xilas edən İranın rəsmisinə dedi ki... Sensasion müsahibə

Müsahibələr 09:58 10.03.2019

Eurasia Diary prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsini təqdim edir:

İkinci hissə

- O zaman siz indiki halda müharibənin olmayacağına inanırsınız?

- Əksinə, mən müsahibənin əvvəlində də qeyd etdim ki, ikinci hərbi əməliyyat keçirməyə ehtiyac var. Ümumiyyətlə, bəzi məsələlər var ki, onu Prezident və XİN səviyyəsində açıqlamaq olmaz, onun haqqında yalnız müstəqil adamlar danışa bilər. Hansısa dövlətin milli strategiyası ilə bağlı fikirləri adətən prezidentlər və XİN rəhbərləri ifadə etmir. Məsələn, Bjezinskinin “Böyük şahmat taxtası”nı götürək. O, prezidentin köməkçisi olanda niyə bu kitabdakı fikirlərini mətbuata demirdi? Ona görə ki, müəyyən qadağalar var idi, onun hər bir sözü artıq başqa məna daşıyacaqdı. Kitabda yazdıqlarının ən azı 10%-ni prezidentin köməkçisi olanda desəydi, gündə 10 səfirlik ABŞ-a etiraz notası göndərərdi.

Bu gün mən müstəqil adamam və öz fikirlərimi, təkliflərimi səsləndirirəm. Hesab edirəm ki, Naxçıvanın təhlükəsizliyinin təmin olunması Naxçıvanın Azərbaycanın digər hissəsinə quru yolla birləşməsini təmin edəndən sonra zəmanət altına alınacaq. Nə qədər ki, bizim aramızda işğal edilmiş Zəngəzur var, Naxçıvana qarşı da hər zaman təhlükə olacaq. Hesab edirəm ki, millət olaraq, yalnız Şimali Azərbaycanda yaşayan azərbaycanlıların yox, eyni zamanda, bu bölgədə yaşayan 40 milyon azərbaycanlının təhlükəsizliyinin birmənalı olaraq təmin olunması yalnız bizim vahid siyasi, iqtisadi, hüquqi müstəvinin formalaşmasından keçir.

İran üçün 3 variant

- İranın və Rusiyanın bölgədə kifayət qədər güclü olduğunu nəzərə alsaq, bunu gerçəkləşdirmək nə dərəcədə realdır?

- Bütün Avrasiya məkanı dünya geosiyasətinin mərkəzi sayılır. Geosiyasət elminin əsasını qoyan insanlar deyirdi ki, kim bu əraziyə nəzarət edirsə, o da dünya siyasətində aparıcı rol oynayır. Bu bölgədə - Türkiyədən başlayıb Çinə qədər uzanan ərazidə təxminən 400 milyona yaxın insan yaşayır. Onların yarısından çoxunu türk xalqları, digər böyük hissəsini isə slavyanlar təşkil edir. Bu gün Avrasiya məkanının təhlükəsizliyinin təminatı türk və slavyan xalqlarının münasibətindən asılıdır. Vaxtı ilə belə birlik var idi və orada böyüklük türklərə məxsus idi. Ruslar çarlıq mandatlarına razılığı türklərdən alırdılar. Bu razılıq alınmadan onlar knyaz ola bilmirdilər. Hətta rusların məşhur knyazı Aleksandr Nevski türklərdən knyaz olmaq üçün rəsmi icazə almışdı. Ondan sonra tarixin düzəni dəyişdi. Böyük bir rus dövləti yarandı və hegemonluq onlara keçdi.

XXI əsrdə artıq müstəqil türk dövlətləri var və bu gün İranla bağlı da proses gedir. Gələcəkdə, 30-40 ildən sonra dünya geopolitikasının mərkəzi sayılan Avrasiya məkanında geosiyasi durum slavyan-türk münasibətlərinin hansı formada olmasından asılı olacaq. Yəni burada böyük birlik də ola bilər. Bu birlik həm əhalinin sayına, həm iqtisadi potensialına görə AB-dən daha böyük ola bilər. İkinci variant isə odur ki, bu birlik yaranmayacaq və burada qarşıdurmalar olacaq.

- Amma indi İran Prezidenti Həsən Ruhani Azərbaycana qarşı ərazi iddiaları səsləndirir...

- İran prezidentinin o sözləri çox şeydən xəbər verir. Azərbaycan prezidenti çıxışlarında hər zaman deyir ki, biz ərazimizdən İrana qarşı istifadə edilməsinə imkan vermərik. İran prezidenti isə bizə qarşı ərazi iddiası ilə çıxış edir. İki prezidentin yanaşmasını müqayisə edin. Azərbaycan torpaqlarının işğalı prosesi başlayanda biz İran tərəfindən nə insanlığa, nə qonşuluğa, nə islam dəyərlərinə sığan münasibət gördük. Türkiyə, Pakistan kimi müsəlman ölkələri ermənilərlə bütün əlaqələrini kəsdiyi, Ermənistanın faktiki olaraq Azərbaycan, Gürcüstan, Türkiyə tərəfindən blokada vəziyyətinə düşdüyü bir vaxtda İran sərhədlərini açdı və Ermənistana iqtisadi yardım etməyə başladı. Faktiki olaraq, Ermənistanın işğalçı siyasətini davam etdirməsi üçün şərait yaratdı. Həmin dövrdə Ermənistan Prezidenti Levon Ter Petrosyan mətbuata açıq deyirdi ki, əgər İran bizlə sərhədləri bağlasa, 1 ay ərzində Ermənistan dövləti çökəcək. Deməli, işğala da son qoyulacaqdı. Ancaq İran bunu etmədi və şərait yaratdı ki, ermənilər Azərbaycan torpaqlarını işğal etsinlər, dinc əhalini qırsınlar.

Mən xatırlayıram, həmin dövrdə Azərbaycan Prezidenti Heydər Əliyev İran İslam Respublikasının xarici işlər naziri ilə görüş zamanı bütün bu faktları açıq şəkildə ona deyirdi və İranın XİN rəhbəri cavab verə bilməyib, susurdu. Axırda Heydər Əliyev son nöqtəni qoyaraq ona dedi ki, mən soruşmuram siz bunları niyə edirsiniz? Məni bir məsələ maraqlandırır, siz Azərbaycan torpaqlarını işğal edən, Azərbaycanın dinc əhalisini qıran ermənilərə dəstək verəndən, onlarla görüşəndən, salam verəndən sonra əlinizi gedib yuyursunuz, yoxsa yox? Burada heç bir cavab olmadı. İran XİN rəhbərini çox aciz vəziyyətdə gördüm.

Dediyim kimi, bəzi məsələlər var ki, dövlət rəsmiləri o barədə danışmalı deyillər. Ancaq İran bu qaydanı pozub, ərazi iddiası ilə çıxış etdi, Azərbaycan isə diplomatik qaydalara riayət edirək, nə prezident, nə də XİN səviyyəsində onlara cavab verdi.

Ruhaninin indi iddia etdiyi ərazilərdə Azərbaycan xanlıqları olub və Rusiya tərəfindən işğal ediliblər. Əgər buraları özününkü sayırdınsa, niyə gəlib yiyə durmadın? Niyə ruslarla döyüşmədin? Niyə bu əraziləri qorumadın? Azərbaycan xanlıqları isə döyüşdülər. İllərlə ruslar İrəvan qalasını ala bilmədi, Gəncədə gedən döyüşlərdə ruslar böyük itkilər verdi, bu işə rəhbərlik edən Sisianovun başı Bakı xanlığına ultimatum verdiyinə görə kəsildi. Bura İranın torpaqları olubsa, bəs biz bu döyüşləri aparanda harda idin? İndi sən ruslarla vuruşmursan, ruslara güldən ağır söz demirsən, ancaq Azərbaycana söz atırsan...

İkincisi, son 1000 ilin 880 ilində türklər, cəmi 120 ilində farslar İranı idarə edib. Bir çox hallarda da İranın paytaxtı Təbriz, Ərdəbil olub. Niyə 1925-ci ildə farslar hakimiyyətə gələ bildi?! Ona görə ki, Şimali Azərbaycan Rusiya tərəfindən işğal olundu, bu ərazidə yaşayan xalqların arasında demoqrafik balans dəyişdi. Bu isə hələ XIX əsrin ortalarında baş verdi və farslara 60-70 il lazım gəldi ki, balans dəyişməsindən istifadə edib hakimiyyətə gələ bilsinlər. İndi isə deyirlər ki, bu ərazilər bizim torpaqlarımızdır.

- 28 illik müstəqillik dönəmində belə iddialar İran rəsmiləri tərəfindən ilk dəfə səsləndirilmir...

- Gəlin məsələyə soyuqqanlılıqla, obyektiv yanaşaq. Qonşu dövlətin rəhbəri bu haqda danışıb, biz də çox təmkinlə onun sözlərinə yanaşıb, verdiyi ideyanı, təklifi xırdalayarıq. Burada 3 yol var. Birincisi, indiki durum gələcəkdə də saxlanılır. Yəni müstəqil Azərbaycan dövləti və İran dövləti qalır.

Əgər Ruhani tarixi səhv hesab edib, onu düzəltmək istəyirsə, o zaman bunun yolu birləşməkdən keçir. Bu, ikinci variantdır.

Hesab edirəm ki, əgər Ruhani çıxışı ilə birləşmə ideyasını nəzərdə tuturdusa, bu ideya nə bizə, nə də onlara sərf edəcək. Ona görə ki, biz birləşsək, 1000 il bundan öncə formalaşan və 100 il öncə pozulan etnik balans yenidən bərpa olunacaq və türklər tam üstünlük təşkil edəcək. Sözsüz ki, həmin dövlətə əvvəlki dövrlərdə olduğu kimi yenə də türklər rəhbərlik edəcəklər. O zaman da farslar yenidən separatçı ideyalarla çıxış etməyə başlayacaqlar. Yəni onlar da özlərini narahat hiss edəcəklər. Bu da nə bizə, nə də onlara sərf edir. Ona görə də etnik balansı yenə də türklərin xeyrinə kəskin dəyişmək farslara xeyir verməz.

Üçüncü yol isə burada təqribən 50 milyonluq türk, digər kiçik etniklərin də daxil olduğu ümumilikdə 40 milyonluq fars dövlətinin yaranmasını nəzərdə tutur.

Bu 3 yol Ruhaninin açıqlamasına nəzəri-elmi cəhətdən olan yanaşmadır.

- Paşinyan bu yaxınlarda İranda oldu və onunla birgə təşkil edilən mətbuat konfransında Ruhani bəyan etdi ki, Tehran Gürcüstana da, Ermənistana da qaz tədarükünü artırmağa hazırdır. Üstəlik, bu açıqlama Rusiya ilə Ermənistan arasında yaranan qaz qiyməti böhranı, eləcə də Gürcüstanda “Azərbaycan qazı təhdidi” problemi yaranan anda baş verir. Ruhaninin dediyi və Paşinyanın sevərək dəstəklədiyi fikrin reallaşdırılması nə dərəcədə realdır?

- Bu ən böyük bleflərdən biridir. Bu blefdə həm İrəvan, həm də Tehran maraqlıdır. Ortalıqda da ciddi heç nə yoxdur. Ermənistanın qaz sistemi tam olaraq rusların sərəncamındadır. Rusiya maraqlıdır ki, həm Ermənistana, həm də Gürcüstana qazı özü satsın. Rusiya İran qazının nə Ermənistana getməsinin tərəfdarıdır, nə də Gürcüstana. Əksinə, qəti əleyhinədir. Digər tərəfdən, bu gün rusların orada tikdiyi qaz borularının diametri elədir ki, böyük həcmdə qazı o borulardan nəql etmək qeyri-mümkündür. Mövcud borularla yalnız Ermənistana müəyyən miqdarda qaz satmaq mümkün olacaq. Ermənistanın İran qazı üçün tranzit ölkəyə çevrilməsi yalnız rusların siyasi razılıq verməsindən sonra mümkündür. Rusiya isə bununla bağlı nə siyasi qərar verəcək, ya da imkan verəcək ki, onun icazəsi olmadan orada boru kəməri tikilsin. Ora ruslar nəzarət edir, sistemi də elə qurublar ki, onların icazəsi olmadan oradan heç bir ölkə qaz nəql edə bilməsin. Ermənistan hakimiyyəti bu planı həyata keçirmək üçün rusları Ermənistandan tam çıxarmalı, yəni qaz sistemini rusların əlindən tamamilə almalı, siyasi asılılığını sıfıra endirməlidir.

Vaxtı ilə Azərbaycan da boru kəmərlərini çəkmək üçün Rusiya ilə vuruşmalı olub. Rusiya neçə dəfə erməniləri Tərtər, Yevlax istiqamətində döyüşməyə məcbur edib. Ermənilər bu ərazilərdə döyüşmək istəmirdilər, ancaq ruslar məcbur edirdilər ki, Yevlaxa qədər getməlisiniz. Ermənilər isə düzənə çıxmağın onlar üçün təhlükəli olduğunu deyirdilər. Rusiya o vaxt Bakı-Tiflis-Ceyhan boru kəmərinin çəkilməsi üçün nəzərdə tutulan yolu tutmağa çalışırdı. Yəni biz həm də Avropaya qaz nəql edə bilmək üçün müharibə apardıq, itkilər verdik ki, rusların planlarını pozaq. Biz qaz müqavilələrini imzalamaq, boru xətlərini çəkmək və neftimizi Avropaya nəql etmək üçün bu yollardan keçmişik. İndi ruslar erməniləri İrandan nə qədər istəsə qaz alıb, Avropaya çıxarmağa elə-belə icazə verərmi? Bu, mümkün deyil!

- O zaman bu blef nəyə hesablanıb?

- Bu, ilk növbədə Paşinyana ölkə daxilində görüntü yaratmaq üçün lazımdır. Paşinyanın heç bir nailiyyəti yoxdur, günü-gündən də reytinqi aşağı düşür. Paşinyanın nə problemi olur, deyir, yürüş keçirək. Bununla problemi həll etmək olar? İranda ağzına gələni danışır. Bu, müəyyən mənada Rusiyaya qarşı təzyiqdir, ancaq ruslar blefi həqiqətdən ayırmağı bacarırlar. Hətta mümkün olmayan bir ehtimalı irəli sürsək ki, rusların siyasi razılığı ola bilər, belədə Ermənistana qaz borusunu çəkmək üçün maliyyəni kim verəcək?

Biz gərək Ermənistanın bu cür bleflərinə uymayaq, yalançını qapısına kimi qovaq. Hesab edirəm ki, əsas hədəfimiz Ermənistanı Azərbaycan Ordusunun bu ölkədən deportasiya olunan qaçqınların Göyçə və Zəngəzurda hüquqlarını bərpa edəcəyini düşünməyə məcbur etməkdir. Yəni onlara başa salmaq lazımdır ki, siz Dağlıq Qarabağ ermənilərinə qarant olduğunuz kimi, biz də sizin deportasiya etdiyiniz azərbaycanlılara qarantıq. Bunu düşünmək lazımdır. Ona görə diplomatiyamız və təbliğatımızı müəyyən mənada başqa cür qurmalıyıq. Onda gəlib bizim işğal edilmiş ərazilərdə sərsəm bəyanatlar verə bilməyəcəklər.

Putin üçün yeni “Navalnı layihəsi”

- Dediyiniz fikirlər nəzəri baxımdan gözəl səslənir, amma siz özünüz də bilirsiniz ki, İrəvanın hər zaman hamisi Rusiya olub. Sizcə, həmin Rusiya bizim sərt diplomatiya həyata keçirməyimizə imkan verərmi?

- Rusiyanı bu məsələdə neytrallaşdırmaq üçün çox gözəl imkanlar var. Bu da müəyyən bir konkret strategiyanın həyata keçirilməsini nəzərdə tutur. Yəni hər şey bizim özümüzdən asılıdır. Ağılsız hərəkət etsək, nəinki Rusiya, bütün dünya bizə qarşı ola bilər. Ağıllı siyasət yürütsək, bütün dünyanın, o cümlədən Rusiyanın razılığını ala bilərik. Bu gün Rusiya Türkiyə və Azərbaycanla əməkdaşlığa çox böyük önəm verir. Rusiya üçün bu, strateji əhəmiyyət kəsb edir. Ermənilər açıq etiraf edirlər ki, KTMT-yə Azərbaycan üzv olmasa da, burada Ermənistandan daha çox nüfuzu var. Orada Qazaxıstan və Belarus kimi Azəraycanın çox yaxın müttəfiqləri var. Rusiya da Azərbaycanla xoş münasibətlərdə olmaq istəyir.

Ermənistandakı hazırkı rəhbərlik məxməri inqilab nəticəsində hakimiyyətdədir. Bu da “Navalnı layihəsi”dir. Bu, Putin üçün ölümcül təhlükədir.

Bir müddət əvvəl Ermənistanda “məxməri inqilabları nə cür etmək lazımdır” adlı təlim konfransları keçirildi. Buraya Rusiyadan da böyük bir dəstə gənclər gətirilmişdi. Məxməri inqilablarla məşğul olan Qərb ekspertləri onlara dərs keçirdilər. Ermənilər də öz məxməri inqilablarından həmin gənclərə dərs keçirdi ki, onlar gedib Putini hakimiyyətdən devirsinlər. İndi Putin buna nə cür münasibət bəsləməlidir?

Sadaladığım bütün imkanlara baxın. Rusiya və Ermənistan hakimiyyətləri arasında artıq düşmənçilik səviyyəsində olan münasibətlərdən istifadə etmək lazımdır. Bu günə qədər Paşinyan Belarus nümayəndəsinin KTMT-yə baş katib vəzifəsinə təyin olunmasına imkan vermir. 5 ölkə artıq razılıq verib, Ermənistan isə sabotajla məşğuldur. Digər tərəfdən, Putin Paşinyana deyir ki, sən söz vermişdin keçmiş rəhbərləri (Sərkisyan, Köçəryan) həbs etməyəcəksən, qisas almayacaqsan, ancaq indi bu sözünü tutmursan. Putin öz saytında Köçəryana təbrik göndərir, Paşinyan da əvəzində Köçəryanın oğluna da cinayət işi açdırır. İndi sizin sualınıza qayıdıram. Azərbaycan bu vəziyyətdə, sadaladığım bu amillər qarşısında Rusiyanı neytrallaşdıra bilməzmi? Bəs, diplomatiya nə üçündür?

Əliyevin mesajı

- Eldar bəy, bu yaxınlarda Prezidentin “balanslı siyasət yox, milli maraqlara xidmət edən siyasət” ifadəsi ilə çox ciddi bir mesajı oldu. Sırf bu açıqlamadan sonra Ruhaninin, Ermənistanın aktiv bəyanatları gerçəkləşdi, Rusiyanın müəyyən KİV-lərində Azərbaycana qarşı qərəzli çıxışlar oldu. Bunlar arasında hər hansı əlaqə varmı?

- Dünyada və bölgəmizdə elə ciddi proseslər gedir ki, çox şeylər dəyişə bilər və dəyişəcək. Yeni dünya nizamı mütləq böyük bir regional, bəlkə də qlobal dəyişikliklərdən sonra baş verəcək. Bu dəyişikliklər ya qanlı, ya da soyuq müharibələr nəticəsində ola bilər. Həmin proseslərin içində ola bilsin elələri olsun ki, Azərbaycan bir mərkəzlə, başqa prosesdə başqa bir mərkəzlə daha çox əməkdaşlıq etsin. Bu məsələdə Azərbaycanı təhlükələrdən qorumaq və açılan imkanlardan istifadə etmək üçün bizim xarici siyasətimiz həm çox operativ olmalı, həm də geniş manevr imkanlarına sahiblənməlidir. Ola bilsin ki, biz Qarabağ məsələsində bir güc mərkəzi ilə, İran məsələsində isə başqa mərkəzlə daha çox əməkdaşlıq etdik. Yəni proseslər o qədər mürəkkəbdir ki, milli maraqlara hansı güc mərkəzi ilə əməkdaşlıq sərf edirsə, manevr imkanlarını təmin etmək lazımdır. Qərbyönlü siyasət də, rusiyayönlü siyasət də, balanslaşdırılmış siyasət də müəyyən bir məhdudiyyət deməkdir. Ona görə də Prezident çox doğru olaraq “yalnız milli maraqlar üzərində siyasət” dedi.

Unutmayın ki, dünyada baş verən toqquşmaların pik nöqtəsi hələ qabaqdadır.

Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
Dövlət Departamenti: İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır
10:07 23.04.2024
Artan ailədaxili münaqişələr, cinayətlər... - Günahkar kimlərdir? - Ekspertlərin RƏYİNDƏ
10:00 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanda ZƏLZƏLƏ oldu
09:51 23.04.2024
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
Serbiya prezidenti xəbərdarlıq ETDİ - - Kosovoda...
09:45 23.04.2024
Hamısı