Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski RBK-Ukrayna agentliyinə müsahibə verib. Eurasia Diary müsahibəni təqdim edir.
RBK-Ukrayna: Uzun illər KVN-də oynamısınız.
Vladimir Zelenski: Böyük zövqlə.
- Turnirlərdə iştirak etmisiniz.
- Bəli.
- Heç fikir vermisinizmi, finala müəyyən komandaları çıxarırdılar. Qarabağ böhranı zamanı - "Yeni ermənilər" və "Bakılı oğlanlar"...
- Bəli. Bu zaman, zalda çox çətin anlar yaşandı. Hər kəs qarşıdurma yaranacağından qorxurdu. Mən sadəcə bunu xatırlayıram. Bu birgə oyunların hamısının müsbət bir məqsədi var. Hesab edirəm ki, AMIK-in ("Aleksandr Maslyakov və şirkət", KVN-nin rəsmi liqalarınını keçirən birlikdir) müsbət məqsədi vardl - birləşmək. Lakin bu, təəssüf ki, tez-tez hansısa münaqişələrə gətirib çıxarır. Xüsusilə dini məsələlərə aid olan hər şey və s. Ancaq bu AMİK-in qərarı idi", deyə Zelenski bildirib.
Bundan əlavə, Zelenski prezident seçildiyi halda Radanı buraxacağını deyib.
“Mən vaxtında çata bilməyəcəyimdən qorxuram. Qanunları pozmaq fikrim yoxdur. Növbəti seçkilərə 6 ay qalmış parlamenti buraxmaq hüququmuz var. Bu vaxta yetişsək parlamentə buraxacağıq” – Zelenski belə deyib.
Zelenski Poroşenkonun məğlub olacağı təqdirdə böyük fraksiya toplayaraq parlamentdə müxalifət lideri olacağına inanmadığını deyib.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.
Daha ətraflı videoda: