“Ukraynanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi çoxdan bəllidir. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”
Bunu AzVision.az-a eksklüziv açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.
Səfir bildirib ki, Qarabağda mövcud status-kvo qəbuledilməzdir: “Ukraynada yaranan münaqişə nəticəsində bir daha əmin olduq ki, dondurulmuş münaqişə anlayışı yoxdur. Bütün bunlar sadəcə münaqişənin gizli formasıdır. Problemin kökü həll olunmadan, yəni ərazilər Azərbaycanın nəzarətinə qaytarılmayanadək sülh olmayacaq”