Azərbaycan Ordusu sınaq atışlarına başladı - FOTOLAR | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə axşamı


Azərbaycan Ordusu sınaq atışlarına başladı - FOTOLAR

Siyasət

A- A A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.

MN-dən verilən məlumata görə, müxtəlif təlim mərkəzlərində və çöl-səhra şəraitində keçirilən sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələr, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri üzrə məqbullar qəbul edilir və hərbi qulluqçuların fiziki hazırlığının səviyyəsi yoxlanılır.

Hərbi qulluqçuların döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan müasir zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirilir.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...