22 İyun, Cümə


Niderlandın “Diplomat Magazine” jurnalında Azərbaycan qadınları barədə məqalə çap olunub

Siyasət

A- A A+

Azərbaycan Respublikasının Niderland Krallığındakı diplomatik nümayəndəliyindən verilən məlumata əsasən Niderlandın nüfuzlu“Diplomat Magazine” jurnalında “Azərbaycanda qadınlar: İslam dünyası və ətrafının ön cərgəsində” (“Women in Azerbaijan: Leading the Way for the Muslim World and Beyond”)adlı məqalə işıq üzü görmüşdür. Dominikanlı siyasi analitik, beynəlxalq məsələlər üzrə məsləhətçi Covanni Visente Romeronun müəllifi olduğu yazıda bu yaxınlarda Bakıda keçirilən “Global Startup Weekend Women” tədbirindən yola çıxılaraq Azərbaycanın tarixi və mədəniyyəti, burada hakim olan dini və milli tolerantlıq ənənələrinə toxunulur, hələ XX əsrin əvvəllərindəmövcud olmuş Azərbaycan Demokratik Respublikasında qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün şəraitin yaradıldığı qeyd olunur.

Məqalədə dövlət idarəetməsində bütün milli və siyasi qrupların bərabər təmsil olunduğu Azərbaycanın İslam dünyasında qadınlara siyasi haqlar təqdim edən ilk ölkə olması vurğulanır və bu baxımdan onun bir çox Avropa dövləti və ABŞ-ı qabaqladığı nəzərə çatdırılır. Həmin ənənələrin XXI əsrdə də davam etdirildiyinə diqqəti cəlb edən müəllif Azərbaycan Prezidenti Heydər Əliyevin 2000-ci ildə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalaması, 125 yerlik Milli Məclis üzvlərinin 16 %-i qadınların təşkil etməsi, aparılmış siyasət nəticəsində qadınlar arasında yoxsulluğun səviyyəsinin 49 %-dən 5.9 %-dək azaldılması, qadınların 90 %-nin orta təhsilə cəlb olunması, onların biznes və hərbi xidmət daxil olmaqla müxtəlif sahələrdə kişilərlə bərabər fəaliyyət göstərməsini qeyd etmişdir.

Daha sonra məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun apardığı işlərdən söhbət açılmış, bu qurumun yalnız Azərbaycanda deyil, həm də Misir, Niderland, Rumıniya, Rusiya, Pakistan və Gürcüstan kimi ölkələrdə həyata keçirdiyi xeyriyyə fəaliyyətindən bəhs edilmişdir.

“Azərbaycanın nümunəsi qadınlar barədə stereotiplərin necə alt-üst edilməsi, bərabərliyin necə təmin edilməsi və ən başlıcası – dünyanın necə yaşanacaq gözəl yerə çevrilə biləcəyinə dair əyani  sübutdur” – deyə yazıda qeyd olunur.

http://www.diplomatmagazine.nl/2018/03/03/women-azerbaijan-leading-way-muslim-world-beyond/

 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...