20 İyun, Çərşənbə


Türkiyənin müdafiə nazirinin müavini Azərbaycana gəlir - Futbol oynamaq üçün

Siyasət

A- A A+

Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay Bakıya 3 günlük səfər edəcək. Bu haqda Modern.az saytına Türkiyə parlamentindən məlumat verilib.

Verilən məlumata görə Şuay Alpayın ölkəmizə səfəri 5 ölkənin deputatları arasında keçiriləcək beynəlxalq futbol turniri ilə bağlıdır.

Bildirilib ki, Şuay Alpay 3 gün Bakıda səfərdə olacaq və Türkiyəni təmsil edəcək komandada futbol yarışına qatılacaq.

Qeyd edək ki, Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək. Martın 9-11-i arasında gerçəkləşəcək yarış Azərbaycan  Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub. Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək.

Beynəlxalq əhəmiyyətli bu tədbir Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər Siyasətinin İdman və Turizm Komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki Mədəniyyət, İdman və Turizm Komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin Parlament komandalarının iştirakı ilə keçiriləcək.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...